/ / Azərbaycan Xəzər-Qara dəniz regionunda müxtəlif sahələri əhatə edən çoxşaxəli əməkdaşlığın dərinləşməsində mühüm rol oynayır
Azərbaycan Xəzər-Qara dəniz regionunda müxtəlif sahələri əhatə edən çoxşaxəli əməkdaşlığın dərinləşməsində mühüm rol oynayır
09.10.2020 [08:39]
Ölkəmizin moderatorluğu ilə reallaşdırılan transmilli layihələr iqtisadi fəallığın artmasına və çoxtərəfli münasibətlərin inkişafına müsbət təsir göstərib
Bir sıra mühüm amillər böyük bir coğrafiyanı əhatə edən Xəzər-Qara dəniz regionunu beynəlxalq miqyasda çox mühüm geosiyasi və geoiqtisadi önəmə malik bölgə kimi səciyyələndirir. Ekspertlərin qənaəti belədir ki, sahilyanı dövlətlər arasında fəaliyyətin uzlaşdırılması, müxtəlif istiqamətlərdə əməkdaşlığın dərinləşdirilməsi bütövlükdə regionun siyasi və iqtisadi üstünlüklərindən daha səmərəli istifadə olunmasına geniş imkanlar aça bilər.
Bu kontekstdə Azərbaycanın rolu xüsusilə diqqəti cəlb edir. Respublikamızın milli maraqlar üzərində qurulan xarici siyasətində daim xoş məram nümayiş etdirməsi region dövlətləri ilə münasibətdə də qabarıq şəkildə nəzərə çarpır. Ölkəmiz öz imkanlarını təqdim edərək bəhs olunan geniş coğrafiyada sabitliyin, təhlükəsizliyin möhkəmlənməsinə, iqtisadi və humanitar əlaqələrin dərinləşməsinə, inteqrasiya proseslərinin sürətlənməsinə güclü siyasi iradə nümayiş etdirir. Eyni zamanda, Azərbaycanın moderatorluğu ilə reallaşdırılan transmilli layihələr Xəzər - Qara dəniz hövzələri coğrafiyasında əməkdaşlıq münasibətlərinin dərinləşməsində ölkəmizin rolunu getdikcə daha da artırır. Son vaxtlarda ölkəmizin təşəbbüsü ilə yaradılan və region dövlətlərini bir araya gətirən ikitərəfli və çoxtərəfli əməkdaşlıq platformaları uğurla fəaliyyət göstərərək bəhs olunan geniş coğrafiyada iqtisadi fəallığın artmasına müsbət təsir göstərib.
Azərbaycan işğalçı Ermənistan istisna olmaqla bütün region dövlətləri ilə yüksəksəviyyəli münasibətlərə malikdir
Bütövlükdə, respublikamız işğalçı Ermənistandan başqa, bütün region dövlətləri ilə çox müsbət əlaqələr qurmağa nail olub. Münasibətlərin yüksələn xətlə inkişafının nəticəsidir ki, Azərbaycan Prezidentinin region dövlətlərinin yüksəksəviyyəli rəsmiləri ilə həm ölkəmizdə, həm də qonşu dövlətlərdə müntəzəm görüşləri baş tutur. Bu görüşlərdə regional inkişaf və təhlükəsizlik məsələləri müzakirə edilərək ümumi mənafeyə, qarşılıqlı maraqların təmin olunmasına hesablanan qərarlar qəbul edilir.
Qonşu dövlətlər olan Azərbaycan və Gürcüstanı yalnız coğrafi sərhədlər birləşdirmir - onlar həm də oxşar tarixə malik ölkələrdir. Qafqazın aborigen sakinləri olan azərbaycanlılar və gürcülər əsrlər boyu yaşadıqları coğrafiyada zəngin mədəniyyət yaradıblar. Çox doğru olaraq bu iki xalqı həm dar, həm də xoş günlərin dostları kimi səciyyələndirirlər. Onlar xoş günlərin sevincini bölüşdükləri kimi, həm də tarixin çətin məqamlarında bir-birilərinə kömək əli uzadıblar.
Müstəqillik illərində də oxşar problemlə - ərazi bütövlüyünün pozulması və işğalın uzun illər davam etməsi faktı ilə üz-üzə qalan Azərbaycan və Gürcüstan yaşadıqları çətinliklərə baxmayaraq, inkişaf ediblər və dövlət quruculuğu yolunda böyük uğurlara nail olublar. Bu gün Azərbaycanla Gürcüstan arasında münasibətlərin əhatə dairəsi kifayət qədər genişdir. Bu əlaqələr həm siyasi məsələləri, həm iqtisadi sektoru, həm də humanitar-mədəni sahələri əhatə edir və yaxşı nəticələr verir. Bütövlükdə, iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Respublikamız Gürcüstanda fəal investisiya siyasəti həyata keçirir. Azərbaycanın SOCAR şirkəti qonşu dövlətin enerji təchizatında böyük paya malikdir. Qeyd edək ki, SOCAR artıq bir neçə ildir ki, bu ölkədə ən böyük investor və ən böyük vergiödəyicisi statusunu özündə saxlayır. SOCAR-la yanaşı, Azərbaycanın digər şirkətləri də Gürcüstanda tikinti, turizm və digər sahələrə böyük həcmli sərmayələr yönəldiblər.
İki ölkənin energetika sahəsində əməkdaşlığının əhəmiyyətini ayrıca vurğulamaq lazımdır. Qonşu Gürcüstan Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının Türkiyəyə və Avropaya daşınması üçün ölkəmizin liderliyi ilə reallaşdırılan infrastruktur layihələrində yer alıb.
Azərbaycanla İran arasında münasibətlərin möhkəmlənməsi regional əməkdaşlığın dərinləşməsinə yaxşı nümunədir. Prezident İlham Əliyevin İran Prezidenti və bu ölkənin digər yüksəksəviyyəli rəsmiləri ilə keçirdiyi çoxsaylı görüşlərdə ilk növbədə regional təhlükəsizlik, iqtisadi bloka aid məsələlər müzakirə olunub, bölgədə və daha geniş coğrafiyada sabitliyin təmin olunmasında, terrorizm, separatizm və digər bu kimi bəşəriyyəti təhdid edən hallarla mübarizədə birgə əməkdaşlığın inkişaf etdirilməsinin və səylərin gücləndirilməsinin zəruriliyi vurğulanıb. İki ölkə arasında iqtisadi əlaqələr də durmadan genişlənir. Azərbaycanla İran müştərək iqtisadi layihələr həyata keçirir, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edirlər.
İki ölkə arasında investisiya qoyuluşunun genişlənməsi məmnunluq doğurur. Azərbaycanın Pirallahı Sənaye Parkında İranın “TPİCO Holdinq” Şirkətlər Qrupunun iştirakı ilə “Caspian Pharmed” əczaçılıq zavodunun təməli qoyulub. Müəssisə 5 hektar ərazidə inşa olunur. Əczaçılıq zavodunun yaradılmasına ilkin mərhələdə 20,6 milyon ABŞ dolları həcmində investisiya qoyulacaq. Azərbaycan və İran şirkətlərinin müştərək layihəsi əsasında Neftçala Sənaye Məhəlləsində avtomobil zavodu yaradılıb və hazırda müəssisə fəaliyyətini uğurla davam etdirir. 2019-cu il aprelin 19-da Hacıqabul Sənaye Məhəlləsində “Azərmaş” ASC-nin və İran şirkətlərinin birgə layihəsi çərçivəsində avtobus və yük avtomobilləri istehsalı zavodunun təməli qoyulub.
Regional əməkdaşlıq kontekstində Azərbaycan-Rusiya münasibətləri xüsusilə diqqəti cəlb edir. İki ölkə arasında müxtəlif istiqamətləri əhatə edən qarşılıqlı münasibətlərin yüksək səviyyəsi ilk növbədə hər iki ölkənin dövlət başçılarının siyasi iradəsi ilə şərtlənir. Eyni zamanda, Azərbaycanla Rusiya arasında siyasi dialoqun səviyyəsinə uyğun olaraq iqtisadi və ticarət sahələrində də əlaqələr yüksələn xətlə inkişaf edir. Hər iki ölkə qarşılıqlı fəaliyyətin, demək olar ki, bütün sahələrini - ticarət, nəqliyyat, energetika, innovasiyalar, gənclər siyasəti, humanitar sahə və turizmi əhatə edən yol xəritələri çərçivəsində proqramı fəal surətdə rellaşdırır. Hazırda Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın şirkət fəaliyyət göstərir. Ötən il ölkələrimiz arasında əmtəə dövriyyəsi təqribən 20 faiz artıb və 3 milyard dollardan çox olub. Azərbaycan da qonşu ölkədə investisiya qoyuluşunu getdikcə artırır. Hazırda respublikamız Rusiyada müxtəlif investisiya layihələri reallaşdırır. İndiyədək Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1 milyard ABŞ dollarından çox sərmayələr yönəldilib.
Azərbaycan-Türkiyə münasibətləri regional əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir
Azərbaycanla Türkiyənin dostluğu bütün dünya üçün örnəkdir. Dünyada elə iki ölkə tapmaq mümkün deyil ki, Azərbaycan və Türkiyə qədər bir-birinə möhkəm tellərlə bağlı olsun. Hər şeydən əvvəl onu vurğulamaq yerinə düşər ki, ölkələrimizi xalqlarımızın ortaq dəyərləri, tarixdən gələn dostluq, qardaşlıq ənənələri, dil və din eyniliyi birləşdirir. Lakin Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı səviyyəsi yalnız tarixi amillərlə və ortaq dəyərlərlə şərtlənmir. Eyni zamanda, müasir dövrdə meydana çıxan çağırışlar, yeni geostrateji amillər, regional müstəvidə - Xəzər və Qara dəniz hövzələrini əhatə edən böyük coğrafiyada müşahidə edilən siyasi proseslər, iqtisadi inkişaf, təhlükəsizlik, enerji və nəqliyyat dəhlizlərinin şaxələndirilməsi və bu kimi digər məsələlər iki qardaş ölkənin bütün sahələrdə əməkdaşlığının daha da möhkəmləndirilməsini strateji zərurətə çevirib. Başqa sözlə desək, bu gün Azərbaycan-Türkiyə müttəfiqliyi regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır və Xəzər - Qara dəniz hövzələri regionunda əməkdaşlığın genişlənməsinə güclü impuls verir.
Dostluğun, qardaşlığın zirvə nöqtəsi sayılan Azərbaycan-Türkiyə münasibətlərindən bəhs edərkən iki ölkə arasında siyasi dialoqun ən yüksək səviyyədə olmasının önəmini xüsusi qeyd etmək lazımdır. Bu gün Azərbaycan Prezidentinin dövlət başçısı seçildikdən sonra ilk səfərini Türkiyəyə etməsi, eləcə də Türkiyə Prezidentinin dövlət başçısı statusunda ilk səfərini respublikamıza reallaşdırması gözəl bir ənənəyə çevrilib. Qardaş ölkələr beynəlxalq müstəvidə fəaliyyətlərini daim əlaqələndirirlər və müxtəlif məsələlərə münasibətdə bir-birilərini dəstəkləyirlər.
Azərbaycan və Türkiyə arasındakı siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq ölkələrimiz iqtisadi sahədə əməkdaşlığın miqyasını da getdikcə genişləndirirlər. Hazırda iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın əhatə dairəsi kifayət qədər genişdir. Azərbaycan və Türkiyə qarşılıqlı investisiya qoyuluşunu getdikcə genişləndirirlər. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 33 faiz artaraq 4,5 milyard dollara çatıb. Ölkələrimiz arasında ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdirilib və bu, tamamilə real məqsəddir. Hazırda Azərbaycanda 4 minə yaxın Türkiyə şirkəti fəaliyyət göstərir. Türkiyə şirkətləri 300-dən çox layihədə 16 milyard dollar həcmində iş görmüşlər və bu parametrlərə görə Türkiyə birinci yerdədir. İndiyədək Azərbaycan Türkiyə iqtisadiyyatına 18 milyard, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12,5 milyard dollar sərmayə qoyub. Belə böyük ölçüdə sərmayələrin qoyuluşu bir daha iki ölkə arasındakı qardaşlığı təsdiqləyir. Çünki ancaq qardaş ölkələr bir-birilərinin iqtisadiyyatına bu qədər vəsait - yatırım qoya bilərlər.
Respublikamızın moderatorluğu ilə reallaşdırılan enerji layihələri qlobal əhəmiyyət daşıyır
Azərbaycanın moderatorluğu və qonşu dövlətlərin fəal iştirakı ilə reallaşdırılan enerji layihələri böyük regional və qlobal əhəmiyyət daşıyır. İndiyədək Azərbaycanın, Türkiyənin və Gürcüstanın fəal əməkdaşlığı sayəsində bir neçə nəql marşrutunun yaradılması mümkün olub. Ötən əsrin 90-cı illərinin sonlarında Xəzər və Qara dənizləri birləşdirən Bakı-Supsa neft kəmərinin istifadəyə verilməsi enerji resurslarının nəql marşrutlarının şaxələndirilməsi baxımından çox mühüm əhəmiyyət daşıyan hadisə idi. Daha sonra 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan kəməri istifadəyə verildi.
(davamı növbəti sayımızda)
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

