TÜRKPA ilə əlaqələr daha da genişlənir
26.05.2022 [10:06]
Azərbaycan beynəlxalq təşkilatların yaxın tərəfdaşıdır
Günel ABBAS
Ölkə başçısının dəfələrlə çıxışlarında bildirdiyi kimi dövlətimizin xarici siyasət kursu bütün ölkələrlə əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Bu, çoxşaxəli və funksional kursun nəticəsidir ki, Azərbaycan dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən yaxın tərəfdaş qismində qəbul edilir. Dövlətimiz üzvü olduğu bütün beynəlxalq təşkilatların fəaliyyətində aktiv iştirak edir, təşkilatdaxili münasibətlərin daha da genişlənməsinə, əməkdaşlığın inkişaf etdirilməsinə öz töhfələrini verir. Bu baxımdan, beynəlxalq təşkilat statusuna malik olan TÜRKPA ilə əməkdaşlığı xüsusi qeyd etmək lazımdır.
Türkdilli Ölkələrin Parlament Assambleyasının əsas prinsipi müstəqillik, suverenlik, ərazi bütövlüyü və dövlət sərhədlərinin pozulmazlığı, hüquq bərabərliyidir. Azərbaycanın təşkilatda təmsil olunan parlamentariləri öz ölkələrinin siyasi və ictimai həyatında vacib rol oynayırlar. Onların vahid bir assambleyada birləşməsi dövlətimizin ümumi məqsədlərinin həyata keçirilməsi yollarının axtarılmasına kömək göstərir.
Son vaxtlar digər beynəlxalq təşkilatlarla yanaşı TÜRKPA ilə birgə həyata keçirilən tədbirlərin istiqaməti də bir qədər genişləndirilib. Ötən gün Milli Məclisdə TÜRKPA-nın hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyası çərçivəsində baş tutan konfrans məhz bu əlaqələrin inkişafında olduqca əhəmiyyətlidir. “TÜRKPA-ya üzv dövlətlərdə insan hüquqlarının qorunması” mövzusunda keçirilən konfrans Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili təsisatının 20 illiyinə həsr edilib. Qeyd edək ki, Azərbaycanın Ombudsman təsisatı ilə ali qanunvericilik orqanı olan parlament arasında ötən 20 il ərzində səmərəli əməkdaşlıq əlaqələri qurulub və bu əməkdaşlıq hazırda daha da inkişaf etdirilməkdədir.
Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, TÜRKPA tarix, dil və mədəniyyət ümumiliyinin verdiyi imkanlardan istifadə edərək xalqlarımızın və dövlətlərimizin ümumi problemlərinin açıq müzakirəsi üçün əlverişli siyasi dialoq forumu rolunu oynayır: “Burada təmsil olunan dövlətlər bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə hörmət bəsləyir. TÜRKPA-nın əsas prioritetləri təbii ehtiyatlardan tam və səmərəli istifadə yolu ilə xalqların rifahının yüksəldilməsi, milli iqtisadiyyatların dinamik inkişaf etdirilməsi, parlament diplomatiyası sahəsində yeni uğurlara imza atılmasından ibarətdir. TÜRKPA-da təmsil olunan deputatlarımız region və digər beynəlxalq aləmin üzvü olan ölkələrin parlamentləri və digər beynəlxalq təşkilatlar ilə yeni əlaqələrin qurulması və mövcud əlaqələrin inkişaf etdirilməsində fəal iştirak edirlər.
İnsan hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi, bu istiqamətdə beynəlxalq müqavilələrin ratifikasiyası prosesinin təkmilləşdirilməsi sahəsində parlamentlə ombudsmanların və milli insan hüquqları institutlarının əməkdaşlığı olduqca əhəmiyyətlidir. Milli Məclisdə keçirilmiş “TÜRKPA-ya üzv dövlətlərdə insan hüquqlarının qorunması” mövzusunda konfransda da vurğulandığı kimi, Azərbaycan Respublikasının yurisdiksiyası altında olan hər kəsin, o cümlədən uşaqların, qadınların, əlilliyi olan şəxslərin, ahılların, habelə digər sosial cəhətdən həssas əhali qruplarının hüquqlarının müdafiəsinin heç bir ayrı-seçkiliyə yol verilmədən həyata keçirilməsi ombudsmanın əsas fəaliyyət istiqamətini təşkil edir. Ombudsman öz növbəsində bununla bağlı təkliflər hazırlayaraq Milli Məclisə təqdim edir. Toplantıda proseslərin şəffaflıq və dinamiklik səviyyəsi ilə bağlı məlumatların beynəlxalq aləmə çatdırılmasının özü də Azərbaycan dövlətinin xarici siyasətinə xidmət edir. Bu nöqteyi-nəzərdən üzv ölkələr arasında məhz bu cür yüksək səviyyəli görüşlərin keçirilməsi, önəmli qərarların qəbul olunması artıq öz müsbət nəticələrini verir və bundan sonra da artan templə davam edəcək. Düşünürəm ki, bu toplantı ortaq tarixə, dinə, dilə malik dövlətlər arasında daha möhkəm əməkdaşlıqların qurulmasına və xalqlarımızın rifahının daha da yaxşılaşdırılmasına xidmət edəcək”.
Deputat mayın 24-də Ombudsman təsisatının yaradılmasının 20 illiyi münasibətilə TÜRKPA nümayəndələrinin Şuşa şəhərinə səfər etmələrinin əhəmiyyətini də qeyd edib. Bildirib ki, iştirakçılar arasında Türkiyə, Qırğızıstan, Qazaxıstan və Özbəkistanın ombudsmanları və milli insan hüquqları təsisatlarının rəhbərləri, parlament nümayəndələri yer alıb: “Səfərdə iştirakım səbəbilə qonaqların Şuşa ilə bağlı təəssüratlarına birbaşa şahid oldum. Onların Şuşaya səfər etməkdən məmnunluq duyduğunu xüsusi vurğulamaq lazımdır. Digər tərəfdən, qonaqların Şuşanın Ermənistan işğalı altında saxlandığı müddət ərzində Azərbaycana məxsus tarixi, mədəni, dini irs nümunələrinin dağıdılması və təhqir edilməsi faktları ilə yerində tanış olması beynəlxalq əlaqələr baxımından olduqca əhəmiyyətlidir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

