Hər gənc - yeni bir ümid
02.06.2022 [10:29]
Nicat PAŞA
Ölkəmizdə aparılan məqsədyönlü dövlət siyasətinin prioritet istiqamətlərindən biri də gənclərin hərtərəfli inkişafının yüksək səviyyədə təmin edilməsidir. Dövlətimizin başçısı gənclərlə mütəmadi olaraq görüşür, onların qayğıları ilə şəxsən maraqlanır. Bu da təbii olaraq ölkə gənclərini daha da ruhlandırır. Dövlətimizin başçısı gənclərin yanındadır. Gənclər isə Ali Baş Komandanın “Dəmir Yumruğ”unun əsas güc hissəsidir. Bütün sadalananlar isə 44 günlük Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini şərtləndirən əsas amillərdən biri, bəlkə də birincisi idi. Çünki istər cəbhədə, hərb meydanında, istərsə də informasiya müharibəsində - bütün sahələrdə gənc nəslin nümayəndələrinin birbaşa iştirakı sanki bir imtahan idi. İllərlə yığılmış kapitalın xərclənməsi imtahanı. Qələbəmiz isə imtahanın ən uğurlu nəticəsi oldu. İllər, əsrlər keçsə də unudulmayacaq bir tarix...
Lakin bu, son deyil. Tarixin ən parlaq, qürurlu səhifələrini tarixə həkk etməyi bacarmışıqsa, şəhidlərimizin canı-qanı bahasına işğaldan azad etdikləri torpaqlarımızı qorumaq, orada abadlıq, bərpa-quruculuq işlərini sürətləndirmək, eyni zamanda həm şərəf yerimiz olan 44 günlük Vətən müharibəsi tarixini, həm də ümumilikdə Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün var gücümüzlə, dayanmadan çalışmalıyıq. Çünki mənfur qonşularımızın məkrli planları artıq bizi heç də təəccübləndirmir. Belə olduğu halda bizə yüksək intellektə sahib olan gənclər mütləq lazımdır. Qarşımızda duran olduqca əhəmiyyətli məsələdə yük orta və ali məktəblərlə yanaşı, gənclər mərkəzlərinin, ictimai birliklərin, gənclər federasiyalarının, ümumilikdə gənclər sektorunda fəaliyyət göstərən bütün qurum və təşkilatların üzərinə düşür. Bu istiqamətdə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq görülən işlərin nəticələri artıq bir neçə ildir ki, vətəndaşlarımızı sevindirir. Belə ki, ölkəmizdə gənclərin asudə vaxtlarının səmərəli şəkildə təşkil olunması, onların cəmiyyətə düzgün şəkildə inteqrasiya olunmaları, həm ölkəmizdə, həm də xaricdə nüfuzlu təhsil müəssisələrində təhsil almalarına dövlət tərəfindən hərtərəfli dəstəyin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər ölkə gənclərinin peşəkar kadr kimi formalaşmasına zəmin yaradır.
“Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti mühüm nailiyyətlərə yol açıb. Ümumiyyətlə, milli inkişaf strategiyamızın mühüm istiqamətlərindən birini təşkil edən gənclər siyasəti Azərbaycanın dövlət siyasətinin mühüm prioritetlərindəndir. Bu siyasətin əsas istiqamətlərindən biri də gənclərin hərtərəfli inkişafının təmin edilməsidir. Bunun nəticəsidir ki, bu gün yalnız paytaxtda deyil, həm də şəhər və rayonlarımızda yaşayan gənclər böyük uğurlara imza atırlar”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova deyib. O deyir ki, 44 günlük Vətən müharibəsi Azərbaycan gəncliyinin nəyə qadir olduğunu bütün dünyaya göstərdi: “Ali Baş Komandanımızın əmri ilə bütün ölkə gəncləri bir oldu, “Dəmir yumruğ”un ətrafında birləşdi. Hər bir gəncimiz könüllü orduya yollanmaq üçün günlərlə hərbi komissarlıqların rayon nümayəndəliklərinin qarşısında gözləyirdi. Bu şərəfli tarixə şahidlik etdiyimiz üçün çox şanslıyıq. İllər keçsə də Azərbaycan xalqı onları unutmayacaq. Çünki bu qələbəmizdə onların da böyük payı var”.
Heydər Əliyev Mərkəzi olaraq rayon gənclərinin inkişafı istiqamətində nəzərdə tutulan tədbirlərimiz, layihələrimiz sürətlə davam etdirilir: “Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın anım tədbirləri, şəhid ailələri və qazilərlə görüşlər və gənclərin bu görüşlərdə iştirakının təmin edilməsi işimizin əsas tərkib hissəsidir. Bununla yanaşı, mütəmadi olaraq gənclərimiz üçün sərgilər, bilik yarışmaları, görüşlər, müxtəlif istiqamətlərdə tədbirlər təşkil edirik. Bütün bunlar gənclərimizin mənəvi tərbiyəsində mühüm rol oynayır, onların özünəinam hisslərini daha da artır. Mərkəzimiz gənclərin fərdi inkişafına da diqqət yetirir, onlarla fərdi söhbətlər aparırlar, gənclərin aktivliklərinin artırılması istiqamətində addımlar atırıq. Gənclərimizin bizə inandıqlarını, güvəndiklərini görmək bizi çox sevindirir, daha da ruhlandırır. “Düşünürəm ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan gəncliyi günü-gündən inkişaf edir, yeni çağırışlara cavab verir. Cənab Prezident İlham Əliyev hər zaman bildirir: “?ənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. Gənclərimiz də hər zaman dövlət başçısının inamını, etimadını doğrultmaq üçün bütün güclərini səfərbər edirlər.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07
YAP xəbərləri
20 Oktyabr 20:49
Dünya
20 Oktyabr 20:42
Mədəniyyət
20 Oktyabr 20:10
İdman
20 Oktyabr 19:10
İqtisadiyyat
20 Oktyabr 18:49
İqtisadiyyat
20 Oktyabr 18:32
İqtisadiyyat
20 Oktyabr 18:11
Sosial
20 Oktyabr 17:59
YAP xəbərləri
20 Oktyabr 17:40
İqtisadiyyat
20 Oktyabr 17:28
Sosial
20 Oktyabr 16:43
Dünya
20 Oktyabr 16:22
Sosial
20 Oktyabr 16:17
Mədəniyyət
20 Oktyabr 16:11
YAP xəbərləri
20 Oktyabr 16:11
Dünya
20 Oktyabr 15:51
Sosial
20 Oktyabr 15:19
İqtisadiyyat
20 Oktyabr 15:16
YAP xəbərləri
20 Oktyabr 15:15
YAP xəbərləri
20 Oktyabr 14:52
Dünya
20 Oktyabr 14:52
YAP xəbərləri
20 Oktyabr 14:30
Dünya
20 Oktyabr 14:28
İdman
20 Oktyabr 14:21
Hadisə
20 Oktyabr 14:14
Elm
20 Oktyabr 14:13
İqtisadiyyat
20 Oktyabr 14:13
YAP xəbərləri
20 Oktyabr 13:50
YAP xəbərləri
20 Oktyabr 13:47
İdman
20 Oktyabr 13:47
Dünya
20 Oktyabr 13:24
Dünya
20 Oktyabr 12:41
İqtisadiyyat
20 Oktyabr 12:39
Elm
20 Oktyabr 12:28
Dünya
20 Oktyabr 11:45
İqtisadiyyat
20 Oktyabr 11:42
İqtisadiyyat
20 Oktyabr 11:15
YAP xəbərləri
20 Oktyabr 11:03
İqtisadiyyat
20 Oktyabr 10:59
YAP xəbərləri
20 Oktyabr 10:29
Analitik
20 Oktyabr 10:23
YAP xəbərləri
20 Oktyabr 10:15
Dünya
20 Oktyabr 10:12
Gündəm
20 Oktyabr 10:05
Dünya
20 Oktyabr 09:50
YAP xəbərləri
20 Oktyabr 09:47
Analitik
20 Oktyabr 09:41
Gündəm
20 Oktyabr 09:30
YAP xəbərləri
20 Oktyabr 09:28
Sosial
20 Oktyabr 09:17
İqtisadiyyat
20 Oktyabr 08:51
Sosial
20 Oktyabr 08:36
Gündəm
20 Oktyabr 08:12
İdman
19 Oktyabr 23:17
Dünya
19 Oktyabr 22:55
Dünya
19 Oktyabr 22:12
Sosial
19 Oktyabr 21:49
Dünya
19 Oktyabr 21:13
Mədəniyyət
19 Oktyabr 21:09
Dünya
19 Oktyabr 20:41
İdman
19 Oktyabr 20:19
Siyasət
19 Oktyabr 20:18
YAP xəbərləri
19 Oktyabr 19:06
İqtisadiyyat
19 Oktyabr 18:53
YAP xəbərləri
19 Oktyabr 18:26
Müsahibə
19 Oktyabr 18:25

