Sözün, azadlığın, hüquqların qorunması yolunda
06.04.2023 [10:43]
Məqsədimiz müdafiədir
Günel ABBASOVA
Respublikamız insan hüquq və azadlıqlarının qorunması sahəsində özünün spesifik modelini təqdim edir. Dövlət hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə geniş təminat verir. Bu öhdəliklər isə istisnasız olaraq hakimiyyətin bütün qollarına şamil edilir. Ölkəmizdə insan hüquq və azadlıqlarının qorunmasına, vətəndaşların sosial və siyasi fəallıqlarının artırılmasına yüksək təminatlar verən təkmil qanunvericilik bazası formalaşıb. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabr ayının 12-də keçirilmiş ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin və milli inkişafımızın başlıca hüquqi - siyasi əsasıdır.
Əsas qanunda ölkəmizdə demokratikləşmə prosesinin əhatə dairəsinin genişlənməsini, vətəndaş cəmiyyətinin fəallığının artırılmasını, vətəndaşların hüquq və azadlıqlarının qorunmasını, fikir plüralizminin, siyasi fəaliyyət azadlığının təmin olunmasını özündə ehtiva edən çoxsaylı müddəalar yer alıb. Konstitusiyaya uyğun olaraq bu gün respublikamızda siyasi baxışlarından asılı olmayaraq bütün partiyaların, vətəndaş cəmiyyəti təsisatlarının fəaliyyətinə heç bir məhdudiyyət qoyulmur.
Milli Məclisin deputatı Tahir Rzayev bildirib ki, ölkəmizdə söz, mətbuat azadlığı yüksək səviyyədə təmin olunub: “Konstitusiyamızın ən geniş fəslində məhz əsas insan və vətəndaş hüquq və azadlıqları, bu hüquqların və azadlıqların təminatı, habelə ayrı-ayrı hüquq və azadlıqların qanuni məhdudlaşdırılmasının yol verilən hədləri öz əksini tapıb. Eyni zamanda, həyata keçirilən konstitusiya islahatları çərçivəsində Əsas Qanuna insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasını özündə ehtiva edən bir sıra dəyişikliklər olunub. Konstitusiyamızın 12-ci maddəsində müəyyən edilib ki, insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
Sonrakı mərhələdə ölkəmizdə Əsas Qanunun tələblərinə uyğun olaraq, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasını hədəfləyən qanunvericilik bazası daha da genişləndirilib. O cümlədən ölkədə aparılan hüquqi islahatlar çərçivəsində demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni məhkəmə sistemi, konstitusiya nəzarəti, insan hüquqları üzrə müvəkkil kimi yeni təsisatlar yaradılıb, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin fəaliyyəti genişləndirilib. 2001-ci il dekabrın 28-də Milli Məclis tərəfindən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında” Konstitusiya Qanunu qəbul olunub. Hazırda ölkəmizdə Ombudsman institutu uğurla fəaliyyət göstərir. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiqlənən “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”na və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na uyğun olaraq respublikamızda insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasını hədəfləyən çoxsaylı tədbirlər həyata keçirilib. Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər il iyunun 18-nin ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunması Azərbaycan dövlətinin bu sahəyə necə böyük önəm verməsinin daha bir ifadəsidir”.
Deputat vurğulayıb ki, ölkəmizdə insan hüquq və azadlıqlarının qorunmasının qanunvericilik bazasının möhkəmləndirilm?si ilə paralel şəkildə, vətəndaşların sosial və siyasi fəallığının artması üçün münbit zəminin formalaşdırılması da diqqət mərkəzində saxlanılır: “Bu baxımdan “Siyasi partiyalar haqqında” yeni Qanunun yaratdığı geniş imkanların önəmini xüsusi qeyd edə bilərik. Artıq qüvvədən düşmüş “Siyasi partiyalar haqqında” Qanun 30 il bundan əvvəl - 1992-ci il iyunun 3-də qəbul olunmuşdu. Ötən dövrdə Azərbaycanın mənzərəsi dəyişib, ölkəmizdə yeni reallıqlar formalaşıb. Azərbaycan dövlətinin siyasi iradəsi ona yönəlib ki, ölkədə yeni siyasi konfiqurasiyanın palitrası daha da zənginləşsin, burada bütün siyasi partiyaların, cəmiyyətin bütün təbəqələrinin iştirakı təmin olunsun. Buna isə vətəndaşların sosial və siyasi fəallığının artırılması yolu ilə nail olmaq mümkündür. Dövlət başçısı tərəfindən təsdiqlənən “Siyasi partiyalar haqqında” yeni Qanun bunu təmin etmək üçün geniş hüquqi əsaslar yaradır”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

