Vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti...
20.06.2023 [10:37]
Dövlət quruculuğu siyasətinin əsas tərkib hissələrindəndir
Günel ABBAS
Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin əsas qanunu - Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması birmənalı şəkildə Ümummilli Liderin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələrindən idi. Məhz bu prinsiplər üzərində bərqərar olan Azərbaycan dövləti sürətli inkişaf tempi qazanaraq beynəlxalq arenada özünəməxsus yer tuta bildi.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Naqif Həmzəyev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, vətəndaş cəmiyyətinin inkişafı, vətəndaş cəmiyyəti institutlarının fəaliyyət konsepsiyasının qurulması ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət siyasətinin mühüm prioritetlərindən biri idi: “Bu mənada, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması, onların fəaliyyəti üçün hüquqi və maddi- texniki bazanın təmin edilməsi, peşəkarlıqlarının artırılması olduqca mühüm əhəmiyyət daşıyırdı. Məhz Ulu Öndərin rəhbərliyi ilə aparılan siyasət nəticəsində vətəndaş cəmiyyəti sektoru öz fəaliyyətində mühüm inkişaf mərhələsinə qədəm qoydu. Bütün bunlar isə bütövlükdə ölkəmizdə həyata keçirilən dövlət quruculuğu siyasətinin əsas tərkib hissələrindən biri sayıla bilərdi. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə qəbul edilən ilk milli Konstitusiyamız vətəndaş cəmiyyətinin gələcək inkişafının bütün itiqamətlərini özündə ehtiva etmiş oldu”.
Millət vəkili bildirib ki, Ulu Öndər tərəfindən əsası qoyulan bu ənənələr müasir dövrümüzdə də davam və inkişaf etdirilir. İstər vətəndaş cəmiyyəti quruculuğu prosesinin davamlı hal alması, istərsə də hüquqi dövlət quruculuğu prosesinin daha da inkişaf etdirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan dövlət siyasətimizin də ən mühüm prioritetlərindəndir. “Son 20 ildə Azərbaycan olduqca böyük inkişaf yolu keçib. Həm siyasi, həm də iqtisadi sferada mühüm nailiyyətlərə imza atılıb. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilib, öz milli peykini orbitə çıxardıb. Belə bir dövlətin vətəndaş cəmiyyəti institutları da təbii ki, nümunəvi olmalıdır. Ulu öndər Heydər
Əliyevin əsasını qoyduğu və bu gün də uğurla davam etdirilən siyasətin nəticəsidir ki, Azərbaycanda müstəqil, güclü, azad, peşəkar vətəndaş cəmiyyəti sektoru formalaşıb, fəaliyyət göstərir”, - deyən N.Həmzəyev vurğulayıb ki, Prezident
İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasət bütün sahələrdə olduğu kimi vətəndaş cəmiyyəti institutlarının da fəaliyyət sferasına mühüm yeniliklər qazandırıb: “Qeyri-hökumət təşkilatları ilə yanaşı, müstəqil mətbuatın, siyasi partiyaların daha effektiv fəaliyyətləri üçün dövlət tərəfindən diqqət göstərilməsi önəmli faktorlardandır. Bu, siyasi mühitin daha dinamik və aktiv fəaliyyəti üçün bir stimuldur. Eyni zamanda, bu addım ölkədə siyasi dialoqun inkişafına mühüm töhfələr verir. QHT-lərə dövlət tərəfindən maddi dəstəyin verilməsi, yerli qeyri-hökumət təşkilatlarına dövlət büdcəsindən qrantlar verilməsi ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının inkişafında olduqca mühüm dönüş mərhələsinə çevrildi. 2007-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiqlənən “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası” ölkədə QHT sektorunun inkişafının yeni mərhələsinin başlanması üçün baza prinsiplərini müəyyənləşdirdi. Konsepsiya ilə bağlı ictimai sektorda gedən geniş müzakirələrdən sonra Prezidentin Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası müstəqil bir qurum kimi fəaliyyətə başladı. Beləliklə, yeni münasibətlər modelinin formalaşdırılması, vətəndaş cəmiyyəti institutlarının müasirləşdirilməsi, milli maraqların qorunması sahəsində QHT-lərin fəaliyyətinin artırılması, onların sosial problemlərin həllinə cəlb olunması, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən proqram və layihələrin maliyyələşdirilməsi kimi məsələlər yeni mərhələnin əsas çağırışları kimi yadda qaldı”.
Onun sözlərinə görə, bu addımlar Azərbaycan vətəndaş cəmiyyəti institutlarının imkanlarını və fəaliyyət sferalarını genişləndirdi. Artıq QHT-lərin ən güclü, ən yaxın partnyoru məhz dövlət qurumlarıdır: “Hazırda Azərbaycan dövləti fərqli istiqamətli vətəndaş cəmiyyəti institutlarına maliyyə dəstəyi verir. Bu indiki kataklizmlərlə dolu dünyada həm də təhlükəsizliyin təmini baxımından olduqca mühüm amildir. Müasir Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyət sistemi çox ciddi əsaslar üzərində qurulub. Ötən dövr ərzində QHT-lərin gördüyü işlər müsbət xarakterə malik olub və hətta mühüm tarixi nailiyyətlərə imza atılıb. Bu missiya uğurla davam etdirilir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti və dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40

