Rəqəmsal iqtisadiyyat quruculuğu...
22.06.2023 [10:50]
Azərbaycanın yeni texnologiyalardan istifadə imkanları genişdir
Günel ABBAS
Sürətlə dəyişən dünyanın hazırkı dövrünü İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) inkişafı xarakterizə etməkdədir. İKT artıq cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilib və bizi əhatə edən bütün sahələrə geniş şəkildə sirayət edib.
Təbii ki, yeni texnologiyalardan istifadə bütün dünyada bərabər şəkildə təmin edilə bilməz - bu, hər bir ölkənin inkişaf tempi və daxili imkanlarından daha çox asılıdır. Eyni zamanda, İKT-nin tətbiqi və yayılma dərəcəsi ölkələrin təhsil səviyyəsi, intellektual potensialı, insan kapitalına verilən dəyər və s. kimi göstəricilərdən asılıdır. Bu isə ümumi planda süni intellektdən geniş istifadəni, istehsalın avtomatlaşdırılmasını, robotlaşmanı, iqtisadiyyatın bütün sahələrində rəqəmsal texnologiyaların tətbiqini aktuallaşdırır. Ümumilikdə yeni sənaye inqilabı rəqəmsallaşma ilə bağlı bütün sahələrdə ən yeni, fərqli və daha əlverişli texnoloji infrastrukturdan istifadəyə imkan yaradır, zəmin formalaşdırır.
Son onillikdə dünya bazarında təbii olaraq elektron ticarətin rolunun artdığı müşahidə olunmaqdadır. Hazırki dövrdə ölkələrin iqtisadi rəqabətlilik qabiliyyəti onların informasiya kommunikasiya texnologiyalarından səmərəli istifadə əmsalından yüksək dərəcədə asılıdır. Hətta bəzi ölkələr bu sahənin inkişaf etdirilməsi üçün ardıcıl addımlar atmaqla yanaşı, bu istiqaməti özünün dövlət siyasətinin prioritetlərindən birinə çevirib.
Hazırda Azərbaycanın sosial-iqtisadi həyatında mühüm rol oynayan informasiya kommunikasiya texnologiyaları sahəsi inkişaf səviyyəsinə görə müsbət mənada fərqlənir. Ölkəmizdə bu sahə üzrə innovativ fəaliyyətin inkişaf etdirilməsi və gücləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Bununla bağlı ümumiləşdirmə aparsaq, dövlət tərəfindən müasir texnologiyaların tətbiqinin təkmilləşdirilməsi, daha informativ cəmiyyətin qurulması yönündə davamlı islahatların həyata keçirildiyini görmüş olarıq. Mahiyyət etibarı ilə islahatların prioritet istiqamətləri isə iqtisadi tədbirlərin səmərəliliyinin artırılmasını təmin etməkdir. İstiqamətlər isə əsasən İKT sahəsinin inkişafına dövlət dəstəyinin artırılması, informasiya cəmiyyəti və iqtisadiyyatının təşkilində digər ölkələrin təcrübələrinin öyrənilməsi və tətbiqi, bu sahədə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, İKT üzrə innovativ fəaliyyətlə məşğul olan subyektlərə stimullaşdırıcı xarakterli yardımların ayrılması, eyni zamanda, müxtəlif yeni texnoloji vasitələr və mexanizmlərin hazırlanması istiqamətlərində yardımlardan ibarətdir. Eyni zamanda, İKT sahəsi üzrə nəzərdə tutulan mühüm tədbirlərin lazımi səviyyədə həyata keçirilməsi və fəaliyyətin səmərəlilik əmsalının artırılması üçün, yüksək nəzəri biliklərə və təcrübəyə malik olan kadr hazırlığı səviyyəsinin artırılması zəruridir.
Müasir dövrdə baş verən bir sıra hərbi-siyasi kataklizmlər bəzi reallıqları ortaya çıxardı - üstünlüklərin əldə edilməsi yalnız hərbi vasitələrlə deyil, həm də informasiyanın, texnologiyanın yaratdığı imkanlar daxilində mümkündür. Müasir dünyada İKT-nin imkanlarından düzgün yararlana bilməyənlər nə qədər güclü olsalar da, onların məğlubiyyətlə üzləşmə ehtimalı böyükdür. İnformasiyanın toplanması, ələ keçirilməsi, həmin informasiyaya operativ reaksiya və digər bu kimi amillər rəqibə qarşı böyük üstünlüklər yaradır. Xüsusi olaraq vurğulanmalıdır ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan dövləti nəinki yalnız hərb meydanında, eləcə də İKT-nin imkanlarından geniş və peşəkar şəkildə yararlanaraq informasiya müharibəsində qəti qələbə əldə etdi. Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsindən sonrakı mərhələdə isə işğaldan azad edilmiş torpaqlarımızda quruculuq-bərpa işlərində İKT-nin imkanlarından yüksək səviyyədə istifadə olundu. Məsələn, “Ağıllı kənd”, “Ağıllı şəhər” kimi layihələr İKT-nin verdiyi imkanların əyani nümayişidir. Bu layihələrin həyata keçirilməsində əsas məqsəd həmin regionlarda yaşayacaq insanların ən müasir texniki imkanlardan yararlanmasına şərait yaratmaqdır. Bu, həm də işğaldan zad edilmiş bölgələrimizdə yaşayan insanların məşğulluq və daha çox gəlir əldə etmək imkanlarını genişləndirir. Eyni zamanda, bu addım həm də insanlara göstərilən xidmətlərdən daha asan yararlanmağa imkan verir. Bir sözlə, “Ağıllı kənd”. “Ağıllı şəhər” layihələrinin əsas məqsədi daha rahat və müasir imkanlardan istifadəni asanlaşdırmaqdır.
Bütün bunlarla bərabər, istifadə olunan “Ağıllı kənd təsərrüfatı” konsepsiyası istehsal üçün tələb olunan insan əməyini optimallaşdırarkən məhsulların miqdarını və keyfiyyətini artırmaq məqsədilə müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə edən yenilikdir. 5 komponenti özündə birləşdirən layihə yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələrindən ibarətdir. Buradakı evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulur. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunur, turizm infrastrukturu formalaşdırılır.
Təbii ki, sadalanan bütün üstünlüklər, yeniliklər ölkəmizdə rəqəmsallaşma və elektron xidmətlərdə əldə etdiyimiz nailiyyətlərin verdiyi imkanlardan qaynaqlanır. Aparılan islahatlar, dövlət və özəl sektor tərəfindən icra edilən mühüm proqramlar rəqəmsal iqtisadiyyat quruculuğu üçün mühüm baza formalaşdırır. Regionun Enerji və Nəqliyyat Mərkəzi sayılan Azərbaycan artıq yeni dövrdə mövcud resurslardan, qabaqcıl dünya təcrübəsindən istifadə etməklə qısa zamanda rəqəmsal iqtisadiyyat qurmaq, beləliklə də regionun həm də Rəqəmsal Mərkəzinə çevrilmək imkanı əldə edir.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07
YAP xəbərləri
20 Oktyabr 20:49
Dünya
20 Oktyabr 20:42
Mədəniyyət
20 Oktyabr 20:10
İdman
20 Oktyabr 19:10
İqtisadiyyat
20 Oktyabr 18:49
İqtisadiyyat
20 Oktyabr 18:32
İqtisadiyyat
20 Oktyabr 18:11
Sosial
20 Oktyabr 17:59
YAP xəbərləri
20 Oktyabr 17:40
İqtisadiyyat
20 Oktyabr 17:28
Sosial
20 Oktyabr 16:43
Dünya
20 Oktyabr 16:22
Sosial
20 Oktyabr 16:17
Mədəniyyət
20 Oktyabr 16:11
YAP xəbərləri
20 Oktyabr 16:11
Dünya
20 Oktyabr 15:51
Sosial
20 Oktyabr 15:19
İqtisadiyyat
20 Oktyabr 15:16
YAP xəbərləri
20 Oktyabr 15:15
YAP xəbərləri
20 Oktyabr 14:52
Dünya
20 Oktyabr 14:52
YAP xəbərləri
20 Oktyabr 14:30
Dünya
20 Oktyabr 14:28
İdman
20 Oktyabr 14:21
Hadisə
20 Oktyabr 14:14
Elm
20 Oktyabr 14:13
İqtisadiyyat
20 Oktyabr 14:13
YAP xəbərləri
20 Oktyabr 13:50
YAP xəbərləri
20 Oktyabr 13:47
İdman
20 Oktyabr 13:47
Dünya
20 Oktyabr 13:24
Dünya
20 Oktyabr 12:41
İqtisadiyyat
20 Oktyabr 12:39
Elm
20 Oktyabr 12:28
Dünya
20 Oktyabr 11:45
İqtisadiyyat
20 Oktyabr 11:42
İqtisadiyyat
20 Oktyabr 11:15
YAP xəbərləri
20 Oktyabr 11:03
İqtisadiyyat
20 Oktyabr 10:59
YAP xəbərləri
20 Oktyabr 10:29
Analitik
20 Oktyabr 10:23
YAP xəbərləri
20 Oktyabr 10:15
Dünya
20 Oktyabr 10:12
Gündəm
20 Oktyabr 10:05
Dünya
20 Oktyabr 09:50
YAP xəbərləri
20 Oktyabr 09:47
Analitik
20 Oktyabr 09:41
Gündəm
20 Oktyabr 09:30
YAP xəbərləri
20 Oktyabr 09:28
Sosial
20 Oktyabr 09:17
İqtisadiyyat
20 Oktyabr 08:51
Sosial
20 Oktyabr 08:36
Gündəm
20 Oktyabr 08:12
İdman
19 Oktyabr 23:17
Dünya
19 Oktyabr 22:55
Dünya
19 Oktyabr 22:12
Sosial
19 Oktyabr 21:49
Dünya
19 Oktyabr 21:13
Mədəniyyət
19 Oktyabr 21:09
Dünya
19 Oktyabr 20:41
İdman
19 Oktyabr 20:19
Siyasət
19 Oktyabr 20:18
YAP xəbərləri
19 Oktyabr 19:06
İqtisadiyyat
19 Oktyabr 18:53
YAP xəbərləri
19 Oktyabr 18:26
Müsahibə
19 Oktyabr 18:25

