Sahibkarlığın inkişafı...
09.09.2023 [11:35]
Azərbaycan üçün prioritet məsələlərdən biri
Yeganə BAYRAMOVA
İqtisadi inkişafın əsas elementlərindən biri və ən əsası ölkədə sahibkarlıq üçün əlverişli mühitin olmasıdır. Çünki iqtisadiyyatın tərəqqisi üçün rəqabət mühiti və şaxəli şəkildə inkişaf mühüm amildir. Hər bir ölkənin iqtisadi tərəqqisində onun azad sahibkarlıq və biznes mühitinin vəziyyəti vacib rol oynayır. Təbii ki, dövlətin təmin etdiyi azad bazar institutu ölkədə sahibkarlığın inkişafını stimullaşdırır, ona geniş meydan verir. Eyni zamanda ölkədəki xarici sərmayəçilərə yaradılan mühitin şəffaflıq dərəcəsi iqtisadiyyatın inkişafının əsas göstəricilərindən biri hesab olunur. Müasir dünyada bazar iqtisadiyyatını azad sahibkarlıq fəaliyyəti və liberal iqtisadiyyat olmadan təsəvvür etmək mümkün deyil. Əlbəttə ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının təminatı özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafından asılıdır. Bunun üçün də respublikamızda sahibkarlığın inkişafı prioritet istiqamətlərdən biridir.
Prezident İlham Əliyevin siyasi iradəsi ilə həyata keçirilən davamlı tədbirlər sayəsində Azərbaycanda əlverişli biznes mühiti formalaşıb. Respublikamızda özəl sektorda fəallığın artmasını şərtləndirən bir sıra mühüm amillər sadalamaq olar. Onların sırasında bütün ölkə boyunca yaradılan yüksək səviyyəli infrastrukturun önəmini xüsusi vurğulamaq lazımdır. Demək olar ki, ölkəmizdə özəl sektorun dinamik inkişafı üçün lazım olan bütün addımlar atılır.
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən iqtisadçı Fuad İbrahimovun sözlərinə görə, azad sahibkarlıq və liberal iqtisadiyyatın təşviqi ilə bağlı ölkə rəhbərinin çıxışlarının hər birində bu sahədə inkişafın sürətlənməsi vurğulanır. Yəni inkişafa mane olan mənbələrin, neqativ halların aradan qaldırılması və qanunvericilik bazasının təkmilləşdirilməsi yönündə işlər görülür: “Nəzərə almaq lazımdır ki, bununla bağlı kifayət qədər qanunvericilik bazamız var. Ölkə başçısı bu işlərin sürətləndirilməsini hər zaman xüsusi nəzarətdə saxlayır. Ötən illər ərzində sahibkarlığın inkişafına əlverişli şəraitin yaradılması məqsədilə dünya təcrübəsinə uyğun olaraq işlər görülüb. Sahibkarlığın inkişafı sahəsində qəbul olunmuş dövlət proqramları bu sahənin inkişafında xüsusi rola malikdir. Kiçik və orta sahibkarlığın inkişafı üzrə dövlət tədbirləri Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə çevirilib. Bu dövlət proqramları çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində mühüm tədbirlər həyata keçirilib. Sahibkarlara dövlət maliyyə köməyi sistemi formalaşdırılıb. Onlar üçün vergi yükünün azaldılması istiqamətində dövlət səviyyəsində müəyyən addımlar atılıb”.
İqtisadçı qeyd edib ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə sahibkarlığın inkişafı istiqamətində strateji xətt uğurla davam etdirilir: “Ölkədə sahibkarlıq fəaliyyətində dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması üçün bütün işlər görülür. Əvvəlki zamanlarla müqayisə etsək, ölkəmizdə böyük inkişaf olub. Bir zamanlar vətəndaşlarımız iş axtarmaq üçün Rusiya və digər MDB ölkələrinə üz tuturdularsa, son illər ölkədə sahibkarlığın inkişafı sayəsində əks proses başlayıb. Nəinki MDB-dən, ümumilikdə, dünyanın bir çox ölkəsindən işaxtaranlar iqtisadi baxımdan cəlbedici ölkə kimi respublikamıza üz tuturlar. Vaxtilə iş tapmaq ümidi ilə başqa ölkələrə gedən vətəndaşlarımızın son illər geri qayıtması, habelə əcnəbi miqrantların leqal, bəzən də qeyri-leqal şəkildə respublikanın əmək bazarına can atmaları sahibkarlıq subyektlərinin və yüksək gəlirli iş yerlərinin sayının artması ilə izah olunur. Yeni iş yerlərinin yaradılması bilavasitə sahibkarlığın inkişafı və kapital qoyuluşlarının həcminin artması ilə sıx bağlıdır. Ona görə də hökumət iş adamları üçün ildən-ilə daha yaxşı imkanların yaradılmasına çalışır”.
F.İbrahimov bildirib ki, ölkədə makroiqtisadi sabitlik sahəsində əldə olunmuş nailiyyətlərin möhkəmləndirilməsi, yerli sənaye məhsullarının dünya bazarında rəqabət qabiliyyətinin yüksəldilməsi, ədalətli rəqabət mühitinin formalaşdırılması sahibkarlığın inkişafına təkan verir: “Bununla belə, işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin edilməsinə kömək edən xüsusi tədbirlərin həyata keçirilməsi, kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı digər tədbirlərin görülməsi bu sahənin inkişafına töhfə verir. Görünən odur ki, Azərbaycanda azad sahibkarlıq və liberal iqtisadiyyat ilbəil daha da inkişaf edir. Bu da ölkə iqtisadiyyatının dayanıqlı inkişafına ciddi təkan verir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

