Orqanizmimizin gizli dostu- duz lampaları
10.09.2024 [08:25]
Təbiət qoynunda olarkən, xüsusən dağlıq və dağətəyi zonalarda, meşədə, dənizdə, eləcə də yağışdan sonrakı təmiz hava insana xoş əhval-ruhiyyə, orqanizmə rahatlıq bəxş edir. Bunun səbəbini qısaca oksigen bolluğu ilə əlaqələndirsək də, əslində, havadakı neqativ ionların ona təzəlik, canlılıq və təravət verməsidir. “Hava vitaminləri” də adlanan neqativ ionlar sayəsində havada olan zərərli bakteriyalar azalır və insan daha rahat, ciyər dolusu nəfəs alır.
Təəssüf ki, bunu məişətdə əldə etmək olmur. Çünki gündəlik həyatımızda istifadə etdiyimiz elektrik alətlərinin yaydığı ion seli orqanizmin təbii elektrik yükündən çoxdur. Komputer, telefon, televizor və bu kimi cihazlar havaya müsbət ionlar yayır ki, bunun da nəticəsində bu qədər elektrik yükü orqanizmdəki bəzi hüceyrələrin zədələnməsinə, bəzilərinin aqressivləşməsinə gətirib çıxarır. Komputer qarşısında, ya da telefonun başında çox zaman keçirərkən yaranan əsəb gərginliyi, yuxusuzluq, halsızlıq, baş ağrısı da bununla izah olunur.
Mütəxəssislər bu kimi hallardan çıxış yolu olaraq duz lampalarından istifadəni məsləhət görürlər. Duz lampaları ətraf mühitdə olan müsbət ionları neytrallaşdırır, onların orqanizmə göstərdiyi mənfi təsirləri aradan qaldırır.
Duz lampaları qaya duzunun unikal təbii formasına və kristal quruluşuna nail olmaq üçün diqqətlə oyulur, içinə qoyulan lampanın yandırılması ilə isinən duz mənfi ionlar yayır. Kristal Qaya Duzu Lampaları tərəfindən yayılan mənfi ionların ətraf mühitin hava keyfiyyətini artırdığı və nəfəs almağı rahatlaşdırdığı müəyyən edilib. Soyuduqda da faydalı təsir göstərən lampalar, yandırıldıqda çıxardıqları az miqdarda istiliklə böyük miqdarda ionları udur. Bazarda olan bir çox ionlaşdırıcı maşınlarla müqayisədə, kristal duz lampaları havanın keyfiyyətini yaxşılaşdırmaq üçün təbii, gözəl və daha az xərc tələb edən, texniki xidmət tələb olunmayan alternativdir. Kristal qaya duzu emal edilib formalaşdırılaraq ionlaşma effekti baxımından heç bir azalma və ya dəyişməyə məruz qalmır. Duz Lampasından yayılan işıq bütün bədən funksiyalarına müsbət təsir göstərir. Xüsusilə, qan dövranı, immun və həzm sistemi, hərəkət, qocalıq və ruh sağlamlığına müsbət təsirləri olduğu müəyyən edilmişdir. Həmçinin stresli vəziyyətlərdə duz lampasının yaydığı mənfi ionlardan faydalana bilərsiniz.
Qaya duzu tərkibindəki minerallarla insan orqanizminin bir çox ehtiyacını qarşılayacaq xüsusiyyətlərə malikdir. Göl və dəniz duzlarında görünə bilən təhlükəli maddələr qaya duzunda yoxdur.
Məsələn, komputerin yanına qoyulan duz lampası baş ağrıları, stress yuxusuzluq kimi problemləri aradan qaldırmaq üçün ideal vasitədir. Həmçinin, o, əhval-ruhiyyənin yüksəlməsinə də müsbət təsir göstərir. Eləcə də duz lampalarını yataq otağında gecə lampasının yerinə də istifadə etmək olar.
Qəbul etdiyimiz dərmanlardan fərqli olaraq qaraciyər və böyrəklərə mənfi təsir göstərmir. Ümumiyyətlə, heç bir mənfi təsiri yoxdur və buna görə də uşaq bağçalarında da istifadə edilə bilər. Mütəxəssislər otağın sahəsini nəzərə almaqla duz lampasını seçməyi məsləhət görürlər, çəkisi və ölçüsü böyük olan lampalar daha da effektivdir.
Şahanə MÜŞFİQ
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

