Skandinaviya ölkələrinin əsas Milad yolkaları
27.11.2025 [21:53]
Milad yolkası qurmaq ənənəsi hələ XVI əsrdə yaranıb.
Əhalisi katolik olan cənubi Almaniya və İsveçrədə yığıncaq yerləri yolkalarla bəzədilirdi. Budaqlara meyvə və pirojnalar asılırdı, on üçüncü gün isə uşaqlara ağacdan “məhsulu” yığışdırmağa icazə verilirdi.
XIX əsrdə Milad yolkası, demək olar, bütün Avropa və Amerikaya yayıldı - bu ənənəni alman missionerləri, immiqrantlar və tacirlər gətirdilər.
Bu adət Skandinaviyaya da çatdı və burada zaman-zaman özünəməxsus Milad yolkası ənənələri yarandı.
İsveç, Stokholm

1996-cı ildən bəri hər il “Kinnevik” konserni dünyada ən hündür Milad yolkasını İsveç paytaxtına hədiyyə edir. Bunun tarixçəsi “Kinnevik”in qurucusu Yan Stenbekin Nyu-York şəhərindəki “Rockefeller Center”də hər il ucaldılan ənənəvi Milad yolkasına bənzər olanın Stokholmda yaradılması istəyi ilə başlayıb.
Gələcəyin gözəl yolkası Uppland meşələrində diqqətlə axtarılır. Nəhəng ağac - adətən gecə vaxtı, nəqliyyatın hərəkətinin pozulmasının qarşısını almaq və riskləri azaltmaq üçün - Skeppsbrona gətirilir və burada o, ən görkəmli yerdə qurulur. Bu, təsadüfi deyil, çünki “Kinnevik”in qərargahı birbaşa meydanın üzərində ucalır.
Küknar ağacı səliqəyə salınır: artıq, görkəmsiz budaqlar mişarlanır, sonra diqqətlə kəsilir və yenidən ağacda bərkidilir. Daha sonra möhtəşəm dekorasiyalarla bəzədilir. Milad bayramında Stokholmu hündürlüyü 40 metrdən çox olan bu klassik küknar ağacı olmadan təsəvvür etmək çətindir. Ənənə ilk dəfə yarandıqda ona münasibət birmənalı deyildi. Çoxları yolkanı vulqar və “həddindən artıq amerikalı” hesab edirdilər. Lakin bu gün bu səxavətli hədiyyəni az adam tənqid edir, çünki bu hədiyyə şaxtalı günlərdə Stokholm sakinlərinə çoxlu sevinc və Milad əhvali-ruhiyyəsi gətirir.
Finlandiya, Turku

Turku Katedralındakı Milad yolkası üçüncü ildir ki, Virmo meşələrindən gətirilir.
Bu il ağac yerli “Tarvaisen Seudun Kylat ry” kənd birliyi tərəfindən bağışlanıb. Onun çəkisi 4,6 tondur, 112 yaşı var və hündürlüyü 22 metrdir.
Şənbə günü kafedralda Milad mövsümünün ənənəvi açılış mərasimi çərçivəsində yolkada 726 işıq yandırılacaq.
Turku Katedralında Milad yolkası qurmaq ənənəsi bir əsrdən çoxdur ki, davam edir. Yolka ilk dəfə 1900-cü ildə meydanda qurulub, 1930-cu illərdən isə ənənəyə çevrilib.
Ölkənin əsas Milad yolkası adını qazanmaq üçün ağacın hündürlüyü 20-25 metr arasında, özü isə möhtəşəm, düz və parlaq yaşıl rəngdə olmalıdır. Builki ağac tələblərə tam cavab verir.
Milad yolkası Turku Katedralında öz vəzifəsini yerinə yetirdikdən sonra, odun kimi istifadə olunmaq üçün Virmoya qaytarılacaq. Budaqların bir hissəsi ağac yonqarlarına çevriləcək, yazda isə kənd birliyi biokömür istehsalı üzrə kurs keçirəcək.
Danimarka, Kopenhagen

Milad bayramı Kopenhagendəki Şəhər Bələdiyyəsi Meydanında da hiss olunur. İşıqlarla parlayan yolkanın başındakı ulduz və hörülmüş Milad ürəkləri çox gözəl bir mənzərə yaradır.
Ənənə 1914-cü ilə gedib çıxır, o zaman Danimarkanın ilk əsl jurnalisti, “Politiken” qəzetindən Henrik Kavlinq Şəhər Bələdiyyəsi Meydanında böyük bir Milad yolkası qurmağı təklif etmişdi. Bu, sadəcə bir bəzək deyildi - həm də Kopenhagen sakinləri ilə elektrik işığını bölüşmək üçün bir vasitə idi, çünki o vaxtlar heç də hər kəsin evində elektrik yox idi. Ağac Qribskov meşəsindən gətirilmişdi. Bu gün də ağac həmin meşədən gətirilir və onun hündürlüyü adətən 17 metrdən 20 metrə qədər dəyişir.
Norveç – Oslodan Londona

Norveçdə Milad yolkası ənənəsi qonşu ölkələrin ənənələrindən fərqlənir. Burada əsas Milad yolkası Norveçin özündə deyil, Londona göndərilir və orada Trafalqar meydanında qurulur.
1947-ci ildən bəri Oslo, İkinci Dünya müharibəsi zamanı Norveçə göstərilən köməyə görə minnətdarlıq əlaməti olaraq Şimal dənizinin o tayından Britaniyaya Milad təbrikləri göndərir.
Milad yolkasının seçilməsi üçün bir neçə tələb mövcuddur. Bu, onu kəsmək üçün kran və yük maşınının girişinə imkan verən meşə yoluna yaxın bitən Norveç küknarı (Picea abies) olmalıdır. Ağac hər tərəfdən gözəl olmalı, eni isə daşındığı xüsusi konteynerə uyğun olmalıdır. Kəsildikdən sonra ərazidə yeni bir ağac əkilir.
Bu il “London yolkası” üçün ağacın kəsilmə mərasimində toplaşanları sürpriz gözləyirdi. “Extinction Rebellion” təşkilatından Pal Toft-Eriksen, Böyük Britaniya və Norveçdə neft hasilatına etiraz olaraq ağaca dırmaşdı. Oslo meri Anne Lindbu ağacda “arzuolunmaz Milad bəzəyi” gördüyündə təəccübləndi. Nümayişçi daha sonra yerə endi və mərasim başlaya bildi. Hündürlüyü 20 metr, yaşı təxminən 60 olan ağaca “Ever Oslo” adı verildi.
Dekabrın 4-də saat 18:00-da Trafalqar meydanında enerjiyə qənaət edən lampalardan istifadə olunmaqla işıqların yandırılması mərasimi keçiriləcək.
Milad tətilindən sonra ağac kompostlaşdırılır və bu da tullantıların azaldılmasına kömək edir.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

