“Allah da bu gəmini batıra bilməz!”
14.04.2023 [11:10]
111 il öncə okeanın dibinə qərq olan “Titanik”...
Yeganə BAYRAMOVA
“Allah da bu gəmini batıra bilməz” deyə “Titanik” gəmisinin ekipaj üzvü nigaran sərnişini arxayın etdi. Ancaq bir neçə gün sonra, aprelin 14-dən 15-ə keçən gecə dünyanın ən iri okean layneri və “White Star Line” şirkətinin tacı aysberqlə toqquşaraq Şimali Atlantikin 3 kilometr dərinliyinə qərq oldu. Müasir nəslin əksər üzvləri bu haqda məlumatı Ceyms Kameronun rejissorluq etdiyi epik “Titanic” filmindən alıblar. Üstündən 111 il keçməsinə baxmayaraq bu gəmi qəzası insanları riqqətə gətirməkdə davam edir.
“Titanik” gəmisinin batması dəniz sərnişin daşımaları tarixində ən böyük faciələrdən biri hesab edilir. 1912-ci ildə gəminin Atlantik okeanda aysberqlə toqquşması nəticəsində göyərtədə olan 2224 sərnişin və ekipaj üzvündən 1513-ü həlak olub. “Titanik”, Britaniyanın öz dövrünün ən nəhəng sərnişin gəmisi sayılırdı. 66 min ton ağırlığında olan gəminin inşasına 1909-cu il martın 31-də Şimali İrlandiyanın paytaxtı Belfastda başlanmış, 1911-ci il mayın 31-də isə gəmi istismara verilmişdi.
Gəmi 1912-ci il aprelin 10-da ilk və son səfərinə yola düşdü. Aprelin 14-ü saat 23:40-da gəmi aysberqlə toqquşdu və 2 saat 40 dəqiqədən sonra batdı.
Özü-özlüyündə “Titanik”in batması qeyri-adi faciə deyildi. Tarixdə çox gəmilər batıb. Elə onlardan biri 3 il sonra Birinci Dünya Müharibəsi zamanı alman sualtı qayığı tərəfindən batırılmış “Lusitania” gəmisinin hekayəsidir...
Bəs “Lusitania”nı “Titanik”dən fərqləndirən nə idi? Gəminin adına diqqət yetirək: Qədim yunan əsatirində Titanlar Allaha qarşı üsyan qaldırmış və sonda məğlub olmuş super məxluq irqi sayılırlar. “Lusitania”nın batması cəmi 18 dəqiqə vaxt aparmışdı. “Titanik” isə aysberqə toqquşandan 2 saat 40 dəqiqə sonra sulara qərq olmuşdu. Bu vaxt bir kinonun süjet xətti üçün, saysız hesabsız məhəbbət, fədakarlıq hekayələri üçün bəs edir. “Lusitania”dan fərqli olaraq, Transatlantik səyahət “Titanik”in ilk səyahəti idi. Gəmiçilik zavodundan yenicə çıxmış bu gəmidə hər şey təzə idi. Mühəndislər son model texnologiyaya əsaslanan “Titanik”in suda qalaya çevrilməsi üçün əllərindən gələni əsirgəməmişdilər. Gəmi az qala istənilən ssenariyə qarşı sığorta olunmuşdu, amma...
2224 sərnişinə cəmi 22 xilasetmə qayığı
Amma bütün bunlarla yanaşı, “Titanik” özündə ölümcül səhvləri də əks etdirirdi. Gəminin xarici görünüşünün gözəlliyini korlayar deyə təhlükəsizlik qayıqları az sayda qoyulmuşdu. 2 mindən artıq sərnişinə cəmi 22 xilasedici qayıq nəzərdə tutulmuşdu. Bəlkə də bu ondan irəli gəlirdi ki, “Titanik”də maksimum təhlükəsizlik tədbirləri görülmüş, hər şey nəzərə alınmışdı. Nəhəng gəmini kiçik bir sükan idarə edirdi, təbii olaraq bu da belə böyük bir nəhəngin manevr qabiliyyətini məhdudlaşdırırdı.
Bundan başqa, gəmi nədənsə, xəbərdarlıq və kəşfiyyat avadanlıqları ilə zəif təchiz olunmuşdu. Sərnişinlər və gəmi heyəti bu möhtəşəm laynerin qəzaya uğramasının mümkünlüyünə inanmırdılar. Onların buna haqqı var idi. Gəmini təcrübəli dəniz mütəxəssisi- kapitan Edvard Smit idarə edirdi və ona xüsusi kurs keçmiş bacarıqlı ekipaj üzvləri kömək edirdilər. Həm də “Titanik” çox möhkəm və etibarlı düzəldilmişdi. Bəli, sərnişinlərin kiçik üzən şəhəri-“Titanik” müasirlik, rahatlıq və təhlükəsizlik simvolu idi...
Milyonçuların ekspresi
Hələ reysə çıxmazdan əvvəl gəmini “milyonçuların ekspresi” adlandırmışdılar. Həqiqətən də özünün ilk və son səfərində gəminin göyərtəsində xeyli zəngin adamlar-neft, kömür, dəmiryol və polad kralları toplaşmışdı. Bu adamlar özləri ilə çoxlu qızıl, brilyant və digər daş-qaşlar, həmçinin qiymətli sənət əsərləri aparırdılar.
Ölüm anında sinfi ayrı-seçkilik
“Titanik” yalnız 2 saat davam gətirə bildi və sonra ortadan iki yerə ayrıldı. Gəmidə qalanlar özlərini okeanın soyuq sularına atdılar. Okeanın qaranlıq səması altındakı soyuq suda sarsıdıcı bir mənzərə yaranmışdı. Nəhayət, gecə saat 1 radələrində dünyanın ən nəhəng okean layneri, “Batmayan Gəmi” adlandırılan “Titanik” yüzlərlə sərnişini ilə birlikdə okeanın dibinə qərq oldu.
Atlantik Okeanının soyuq suları üzərinə səpələnmiş yüzlərlə insan isə hələ də ölümlə çarpışmaqda idi. Bu, yaşamaq uğrunda aparılan son savaş idi və bu savaşdan çox az adam qalib çıxdı. Səhər saat 9:30-da “Karpatiya” gəmisi qəza yerinə çatdı və bu müdhiş faciənin şahidləri olan 711 sərnişini götürərək, Nyu-Yorka çatdırdı.
Sirr pərdəsi qalxır
“Titanik”in batmasından bəri onun haqqında çox yazılıb. Son illər isə daha bir versiya meydana çıxıb. Həmin versiyaya görə, guya bu gəmini hazırlayan şirkət həmin vaxt müflis olmaq həddində imiş və bundan yaxa qurtarmaq üçün “Titanik”i elə birinci səfərindəcə məhv etmək haqqında çox məxfi şəkildə qərar qəbul edib. Çünki “Titanik” çox böyük məbləğə sığorta edilmişdi...
Fişənglər düz atılsaydı...
“Titanik” batarkən son ümid olaraq uzaqdakı gəmilərin diqqətini çəkə bilmək üçün dalbadal havaya fişənglər atılıb. Hava fişənglərini görən “Kaliforniya” adlı gəminin heyəti atılan fişənglərin ağ olması səbəbindən gəmidə əyləncə olduğunu təxmin ediblər. Çünki o zaman gəmilərin fişəng rənglərinə görə bir qaydaları vardı. Ağ rəng əyləncə, qırmızı rəng isə təhlükə demək idi. “Titanik” səfərdən öncə kifayət qədər qırmızı fişənglə təmin edilmişdi, amma buna baxmayaraq, havaya ağ fişənglər atılır.
“Titanik”dən təxminən 70 km uzaqlıqda olan “Mount Temple” gəmisi kömək çağırışını duyub və ona verilən koordinatlara doğru sürətlə hərəkət edib. Ancaq koordinatlar səhv verildiyindən “Mount Temple”, “Titanik”ə 12 km uzaq olan başqa bir bölgəyə gedib çıxıb.
Gəminin fitləri o zamana qədər ən böyük və ən gurultulu fitlər idi. Bu fitləri dənizdə 11 mil uzaqlıqdan belə duymaq mümkün idi. Demək, bir qədər uzaq olan gəmilər də bu siqnalı duymalı idi. Amma araşdırmalar zamanı məlum oldu ki, həmin vaxt okeanda olan və “Titanik”ə 11 mildən də az məsafə yaxınlığında olan gəmilər nədənsə fit səsini duymayıblar.
Kapitan Smit ilə gəminin dizayneri “Titanik”lə batmağı seçmişdi. Ancaq bütün aysberq xəbərdarlıqlarına baxmayaraq, gəminin son sürətdə Amerikaya getməsini tələb edən “White Star Line” dənizçilik şirkətinin idarəçisi Brus İsmay, qadın və uşaqların mindiyi bir avarlı qayığa minib və uzaqdan “Titanik”in batmasını izləyirmiş...
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14

