Himalay dağlarında “gülümsəyən” hörümçəyin yeni növü aşkar edilib
21.05.2026 [16:34]
Alimlər Himalay dağlarında qarın hissəsində gülümsəyən sifətə bənzər naxışı olan yeni hörümçək növü aşkar ediblər.
AZƏRTAC xəbər verir ki, araşdırmanın nəticələri “Evolutionary Systematics” jurnalında dərc olunub.
Tor hörən hörümçəklərdə fərqli rəng və naxışların olması uzun illər yalnız Amerika qitəsində və Havay adalarında yaşayan bəzi növlərə aid xüsusiyyət hesab edilirdi. Yeni araşdırma isə göstərib ki, buna bənzər “gülümsəyən” naxışlar Qərbi Himalayın dağ meşələrində yaşayan hörümçəklərdə də müstəqil şəkildə yaranıb.
Alimlər bu hadisəni “rəng polimorfizmi” adlandırırlar. Bu, eyni növə aid canlıların fərqli rəng və naxışlara malik olması deməkdir. Belə xüsusiyyət təkamül biologiyası ilə məşğul olan alimlərin xüsusi maraq göstərdiyi mövzulardan biridir.
Bu sahədə ən məşhur nümunələrdən biri 1900-cü ildə Havay adalarında aşkar edilmiş “Theridion grallator” növüdür. Onun qarın hissəsindəki naxış gülümsəyən sifətə bənzədiyi üçün bu hörümçəyə “xoşbəxt hörümçək” adı verilib.
Sonrakı illərdə alimlər oxşar naxışların Kaliforniya, Çili və digər bölgələrdə yaşayan bəzi hörümçəklərdə də yarandığını müəyyən ediblər. Bu hallar alimləri fərqli yerlərdə oxşar xüsusiyyətlərin necə formalaşdığını araşdırmağa sövq edib.
Tədqiqat zamanı alimlər 2024-cü ildə üç müxtəlif ərazidən 61 hörümçək nümunəsi toplayıblar. Onlar xüsusi mikroskoplar vasitəsilə hörümçəklərin bədən quruluşunu, rənglərini və hiss orqanlarını araşdırıblar.
Bu heyvanların cinsiyyət orqanlarının unikal quruluşu onların elm üçün yeni növ olduğunu göstərib. Yeni növ “Theridion himalayana” adlandırılıb. Paralel olaraq alimlər tor hörən hörümçəklərin 44 növü üzrə molekulyar-filogenetik analiz aparıblar. Araşdırma göstərib ki, yeni tapılan növ Havaydakı “xoşbəxt hörümçək”lə yaxın qohum deyil. Yəni bu oxşar naxışlar bir-birindən asılı olmadan yaranıb.
Bu fakt Asiyada “xoşbəxt” naxışın müstəqil və paralel şəkildə meydana gəldiyini sübut edir. Bundan əlavə, alimlər beş əsas tip üzrə qruplaşdırılmış 32 unikal rəng naxışını müəyyən ediblər.
Tədqiqatçılar erkək və dişi fərdlərdə rast gəlinən rəng formalarını müqayisə etdikdə çox kəskin fərq aşkar ediblər. Məlum olub ki, erkəklərin təxminən 90 faizinin qarın hissəsi solğun və naxışsızdır. Belə maskalanma rəngi hörümçəyi yarpaq fonunda demək olar ki, görünməz edir. Dişilərin isə təxminən dörddə üçünün qarın hissəsində qırmızı dairədən və onu əhatə edən ağ və ya qara halqadan ibarət parlaq naxış yerləşir. Bu görüntü gülümsəyən sifəti xatırladır.
Başqa sözlə, parlaq görünüş əsasən dişi fərdlərə xas xüsusiyyət olub, erkəklərin böyük əksəriyyəti nəzərə çarpmayan görnüşdə qalıb. Statistik testlər də fərdin cinsi ilə rəng tipi arasında çox güclü əlaqə olduğunu təsdiqləyib. Bu fakt alimlərə qarın hissəsindəki naxışın yaranmasına cavabdeh genlərin adi xromosomlarda deyil, cinsi xromosomlarda yerləşdiyini ehtimal etməyə əsas verib.
Beləliklə, “Theridion himalayana” unikal təkamül modeli hesab olunur. Onun kəşfi təsdiqləyib ki, tor hörən hörümçəklərin inkişafını müəyyən edən genetik “proqramlar” oxşar ekoloji şəraitdə, xüsusilə zəncəfil bitkisinin iri yarpaqlarının alt hissəsində yaşama zamanı bənzər rəng variasiyalarının yaranmasına meyillidir. Naxışların cinslə bağlı olması isə erkək və dişilərin fərqli rəngə malik olmasının funksional bölgü ilə əlaqəli ola biləcəyini göstərir.
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20

