Virusun “mirus”u
28.04.2023 [11:07]
Yeni virus haqqında nələri bilməliyik?
Koronavirus pandemiyasından sonra alimlər yarana biləcək yeni viruslar üzərində araşdırmalar aparmağa başladılar. COVID-19 elan edilməsindən artıq xeyli vaxt keçməsinə baxmayaraq, elm adamları bu günə qədər bir neçə yeni virus növünü aşkarlayıblar. Onlardan biri də dəniz və okeanların səthində, xüsusilə də Günəş işıqlarının düşdüyü hissələrdə aşkarlanan tamamilə yeni bir virus növüdür. Bu virus “mirus” adlanır ki, onun da latıncadan tərcüməsi sehirli (və ya ecazkar) və ya qəribə anlamlarına gəlir. “Mirus” adlandırılan bu orqanizmləri alimlər “herpes” virusları ilə əlaqələndirirlər. Alimlərin fikrincə, yeni virusun aşkar edilməsi, xüsusiyyətlərinin dərindən araşdırılması “herpes”in təkamül tarixinin öyrənilməsinə də kömək ola bilər.
Yeni virus haqqında elmə nə məlumdur?
Yeni araşdırmada alimlər mirusvirusların kəşfini təfərrüatlı şəkildə izah ediblər. Belə ki, bu virusların Duplodnaviria adlı viruslar krallığına aid olduqları açıqlanıb. Bundan başqa, araşdırmalar nəticəsində yeni aşkar olunan bu virusların “herpes simplex” (sadə herpes) virusu kimi herpesvirusları ehtiva edən ikiqat zəncirli DNT virusunun böyük bir növü olduğu da diqqətə çatdırılır. Sevindirici haldır ki, yeni virus insana təsir qabiliyyətinə malik deyil. Onlar əsasən, bir hüceyrəli planktonu, yəni, suda rast gəlinən və cərəyana qarşı hərəkət edə bilməyən müxtəlif orqanizmlər toplusunu yoluxdurmağa meyillidirlər. Mütəxəssislərin qənaətinə görə, bu viruslar daha əvvəl dənizdə olan təkhüceyrəli orqanizmləri də yoluxdurmaq qabiliyyətinə malik olublar.
Araşdırmaların nəticələrini özündə əks etdirən elmi məqalədə alimlər belə bir virusun daha əvvəl aşkar edilmədiyini bildirərək okeanların və dənizlərin səthi kimi əsas ekosistemlərdə yayılmış ikiqat zəncirli DNT viruslarının tam ekoloji və təkamül mürəkkəbliyini hələ də dərk etmədiklərini etiraf ediblər.
Yeni viruslar “Tara Ocean” ekspedisiyası tərəfindən toplanan çoxsaylı məlumatlar nəticəsində aşkar edilib. Belə ki, layihə dünyanın 200-dən çox fərqli yerindən 35.000-dən çox virus, yosun və plankton nümunəsi toplayıb. Bu məlumatlar elm adamlarına bir xeyli məlumat toplamaq və həm də yeni növlərin kəşf edilməsi üçün olduqca geniş imkanlar yaratmış olub.
Nicat
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14

