Qərbdə Avitsenna, Şərqdə...
22.06.2023 [11:15]
Mikrobu kəşf edən dahi - İbn Sina...
Yeganə BAYRAMOVA
Onun “Tibbin qanunu” adlı kitabı bütün dünyada 7 əsr boyunca istifadə edilən tək və ən böyük kitab olub. Söhbət tibbi kəşflərindən zamanəmizdə belə istifadə edilən Əbu Əli Hüseyn ibn Sinadan gedir. Qərbdə Avitsenna, Şərqdə isə “təbiblərin hökmdarı” kimi tanınan İbn Sinanın adı ənənələrin ünvanı sayılan Asiya üçün uzun əsrlər “çıraq” rolunu oynayıb. İbn Sina özündən sonra dünya mədəniyyəti xəzinəsini zənginləşdirən böyük bir irs qoyub. İyunun 22-si müdrik təbibin vəfat etdiyi gündür.
İbn Sina 980-ci ildə Buxara yaxınlığındakı Afşana kəndində anadan olub. Deyilənə görə, istedadı lap uşaqlıqdan üzə çıxan balaca Hüseyn bir gün əlində saxsıdan bir oyuncaq oynadırmış. Birdən saxsı əlindən düşüb çilik-çilik olur. Buna çox sarsılan körpə ilk sözü tələffüz edir: “Niyə?”. Və bütün ömrü boyu o, müxtəlif “niyə”lərə cavab axtarıb. Valideynləri ondakı istedadı görüb uşağa yetərli tərbiyə vermək üçün Buxaraya köçürlər.
Buxaraya köçəndən sonra İbn Sinanı müəllimlərə tapşırırlar. Amma qısa müddətdə yeniyetmə onları heyrətə salır. O, paralel şəkildə, ərəb dilini, fəlsəfəni, stilistikanı, tibbi, astronomiyanı öyrənmək üçün ayrı-ayrı müəllimlərin yanına gedirdi. Deyilənə görə, unikal zəkaya sahib olan ibn Sina səkkiz yaşında artıq Quranı əzbər bilirmiş. Necə çalışması barədə o, xatiratında belə yazır: “On altı yaşım olanda gecələri və gündüzləri elm öyrənməkdən başqa heç nə ilə məşğul olmurdum. Kitabxanalarda işimi qurtarıb evə qayıdandan sonra şamı yandırıb oxumağa başlayırdım. Bəzən yuxu məni təntidir, yatırdım. Amma yuxuda da məni narahat edən mövzular barədə düşünürdüm. Bütün elmləri öyrənənə qədər belə davam elədi”.
On yeddi yaşı olanda elmi dairələrdə İbn Sinanı yetişmiş alim kimi qəbul edirdilər. İyirmi yaşında isə artıq bir neçə kitabın müəllifi idi: fərqli elmlərə aid geniş ensiklopediyaya, qanunların 20 cildlik izahına, etikaya dair kitaba və tibbi lüğətə sahib idi.
İbn Sina tibb də daxil olmaqla, özünün 29 elmi kəşfi ilə tarixə damğasını vurmuş şəxsiyyətdir - Mikrobu belə ilk kəşf edən məhz o olub. O, tibb mütəxəssisi olaraq əvvəllər tibb elmində yer alan bir çox üsulu dəyişdirib və bir çox kəşflər edib. İbn Sina 14 yaşı olanda tibb elmləri ilə maraqlanır. Onun bu elmə marağının olmasında məşhur həkim Əbu Səhl Məsihinin rolu böyükdür. Məsihi dövrün böyük alimi, Hippokrat və Qalenin davamçısı idi. Birgə çalışmaları Xarəzmdə baş tutur. Buxarada saray çevrilişindən sonra İbn Sina Xarəzmə köçmüşdü. Çox keçmədən böyük alim Əbu Reyhan Biruni və Məsihi də buraya köçürlər. Xarəzmşah alimləri himayə edən bir insan idi. O, sarayda tez-tez disputlar təşkil edirdi. Onlar birlikdə çalışır, fizika və kimyadan təcrübələr edir, gecələr ulduzları, meteoritlərin düşməsini seyr edirdilər. Məsihi ilə İbn Sina insan bədəninin quruluşunu öyrənməyə başlayırlar. Hələ gənc ikən İbn Sinanın başına çoxlu elm təşnəsi olan şagirdlər toplaşır. Onların içində hətta ağsaqqal adamlar da olurdu. 18 yaşı olanda fizika, fəlsəfə və astronomiya üzrə Şərqin böyük alimləri ilə yazışır, diskussiyalara girirdi.
İbn Sinanın tibb ilə yanaşı digər sahələrdə də bir çox nailiyyətləri olub. Onun geologiya elmindəki kəşfləri dövründən çox-çox irəli gedib. Yüz yetmişə yaxın kitabı olan İbn Sinanın tibb sahəsində ən böyük əsəri “Əl Qanun fit-Tıp” adlı kitabıdır. Beş cilddən meydana gələn bu əsər tələbələrin asanlıqla anlaya biləcəyi şəkildə qısa qeydlər və xülasələr halında yazılıb.
İbn Sina insanın fiziologiyası ilə yanaşı, həmçinin, onun ruhi sağlamlığı üçün də əlindən gələni əsirgəməyib. Böyük alimin tətbiq etdiyi tibbi metodlar bu gün də öz aktuallığını qoruyub saxlayır. Deyilənə görə, şagirdi onun resepti ilə dərmanı düzgün hazırlamamış və 57 yaşlı böyük alim mədə xorasının deşilməsindən dünyasını dəyişib.
Xəbər lenti
Hamısına baxGündəm
22 May 13:17
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34

