Tarixi qədimə söykənən kəndlərimiz: Maştağa yoxsa Məşqətə?
24.08.2023 [13:01]
Şahanə Xankişiyeva
Bakının 32 kəndi, yoxsa...
Azərbaycan tarixi qədim zamanlara söykənən coğrafi ərazidə yerləşən bir ölkədir. Bunun nəticəsidir ki, ölkə ərazisində yerləşən şəhərlərin, rayonların, kəndlərin kökləri, yaranma tarixləri neçə 100 il əvvəllərə aiddir.
Bakı şəhəri ətrafında salınmış kəndlərin sayı tarixdə fərqli rəqəmlərlə göstərilir. I Pyotrun Xəzərsahili vilayətlərə səfəri ərəfəsində Bakıda olmuş katolik missionerlərindən birinin yazdığına görə, Bakı əyalət şəhəridir və onun 34 kəndi vardır.1870-ci il siyahısında isə Bakıda 41 kənd olduğu qeyd edilir. Ancaq əhali Bakının yalnız 32 kəndi olduğunu iddia edir. Bakının 32 kəndi adı altında ehtiva edilən kəndlərin bir qismi sözügedən anlayışdan sonra yaranıb.
1813-cü ilin məlumatına əsasən o zaman Bakının ən böyük kəndi olan Maştağada 582 nəfər, Sarayda 183 nəfər, Novxanada 202 nəfər, Fatmayıda 777 nəfər, Əmirhacıyanda 276 nəfər, Balaxanada 286 nəfər, Qalada 332 nəfər, Qobuda 735 nəfər, Buzovnada 263 nəfər, Mərdəkanda 94 nəfər, Şağanda 57 nəfər, Binəqədidə 738 nəfər, Qulam Mahmudda (Əhmədli) 77 nəfər yaşayıb.
Tarixi mənbələrin göstərdiyinə görə, Bakı kəndlərində yaşayanların xeyli hissəsi isə tatlar olub. Daha çox talışlara yaxın olan tatlar fars dilində danışırdılar. Tatlar Azərbaycana köçdükdən sonra başqa xırda millət və tayfaları öz gücləri ilə təsirləri altına ala biliblər. Onlara təkcə dillərini deyil, öz milli adət və ənənələrini də qəbul etdiriblər. Vaxtilə Massakit tayfası da (Maştağa kəndi əhalisi) bu yolla tatlaşdırılıb.
Vaxtilə tatlaşdırılmış massakitlər (indiki maştağalıların babaları) onların təsirindən xilas ola biliblər. Bunun nəticəsindədir ki, Maştağada tat dilini bu yaxınlaradək ancaq qocalar bilirdilər. Təsadüfi deyil ki, Bakı kəndlərinin adları da əsasən tat dili əsasında yaranıb.
Maştağa yoxsa Məşqətə?
Maştağa Bakının ən böyük kəndidir. 1813-cü il məlumatına görə həmin illərdə bu kənddə 582 nəfər əhali yaşayıb, daha sonra, 19-cu əsrin əllinci illərində Bakı qəzası təkcə bir sahədən — Maştağadan ibarət imiş ki, bu da qırx kəndi əhatə edirmiş. Maştağa (və ya Məşqətə) toponimi vaxtilə burada məskən salmış massakit tayfasının adı ilə bağlıdır. Eramızdan 5 əsr əvvəl yaşamış herodot massakit tayfaları barədə xəbər verir. Onlar ilk əvvəllər türk tayfalarının beşiyi olan Türküstanda yaşayırdılar. Sonralar Aralıq və Xəzər dənizinin şimalını və Qırğızıstan torpaqlarını işğal etmişdilər. Bir müddətdən sonra yeni türk tayfaları tərəfindən sıxışdırılan massakitlər Azərbaycana yayılmışdılar.
A. Bakıxanov özünün «Gülüstani-İrəm» kitabında Maştağa kəndi əhalisinin massakitlərdən qaldığını təsdiq edib. Abşeronda tatlar arasında yaşayan massakitlər, tatlaşaraq öz doğma dillərini unudublar. Sonralar tat dili sıxışdırılaraq aradan çıxarılıb. İndi isə Maştağada tat dilini bilən tək-tük adam tapılar, bəlkə də heç yoxdur.
Bakı xanlarından Mirzə Məhəmməd xan İkinci ilə Hüseynqulu xan arasında xanlıq üstündə mübarizə getdiyi illərdə Hüseynqulu xan Bakıda, Mirzə Məhəmməd xan isə Maştağada yaşayıb. Tarixdən məlum olduğu üzrə Mirzə Məhəmməd xan İkinci Maştağada özünə möhkəm bir qala da tikdirib. Təəssüf ki, indi bu qaladan heç bir əsər-əlamət qalmayıb. Tarixi mənbələrin göstərdiyinə görə maştağalılar çox zəhmətkeş və mərd olublar. Onlar başlıca olaraq, əkinçilik, maldarlıq və bağçılıqla məşğul olurlarmış.
Maştağa sözünü bəzən səhvən Maştağı yazırıq. Bakı kəndlərindən bəzilərinin adları kimi Maştağa sözündəki A saitinin I ilə əvəz edilməsi rus dilinin təsirindən əmələ gəlib. Biz bu tələffüzə ancaq 19-cu əsrin ortalarından rast gəlirik.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

