Üzeyir bəyin ilk yetirməsi...
19.04.2024 [10:45]
Əfrasiyab Bədəlbəylinin doğum günüdür
O, musiqi mədəniyyətimizə böyük töhfələr verən ən böyük şəxsiyyətlərdən biridir. 20-ci əsrdə Azərbaycan bəstəkarlıq məktəbinin, peşəkar dirijorluq sənətinin, musiqi elminin, musiqi publisistikası və tənqidinin inkişafında misilsiz xidmətləri olmuşdu. Üzeyir Hacıbəyovun ilk yetirməsi, ilk peşəkar opera və simfonik dirijoru, ilk milli bəstəkarlıq nəslinin təmsilçisi, ilk musiqi şərqşünası, ilk uşaq baletinin müəllifi, Rusiyada bəstəkarlıq və dirijorluq təhsili alan ilk azərbaycanlı... Təkcə bu “ilk”lərə imza atması yetərlidir ki, Əfrasiyab Bədəlbəyli şəxsiyyətinin, sənətinin və sənətkarlığının Azərbaycan xalqı və mədəniyyəti üçün yüksək qiyməti və əbədiliyi öz həqiqiliyini təsdiqləmiş olsun.
Əfrasiyab Bədəlbəyli Üzeyir Hacıbəylinin nəsil şəcərəsinə daxil olan, Üzeyir bəyin yaxın qohumu, məşhur Bədəlbəylilər nəslindəndir. Atası Bədəl bəy Üzeyir bəy ilə doğma xalauşağı idi. Bədəlbəylilər Azərbaycan tarixinə ziyalı, yaradıcı, maarifçi, musiqiçi nəsli kimi daxil olmuşdu. Bu gün görkəmli bəstəkar Ə.Bədəlbəylinin anadan olmasından 117 il ötür.
Ə.Bədəlbəylinin yaradıcılığı çoxşaxəlidir: bəstəkar, dirijor, musiqişünas, publisist, tənqidçi, şərqşünas, librettoçu, jurnalist, folklorçu, musiqi maarifçisi. Yaradıcılığının bütün sahələrində o, eyni dərəcədə professionaldır, ciddidir, fəaldır, məhsuldardır, dəyərli və səmimidir. Fəaliyyətinin hər bir anını, hər bir məqsədini, bütün yaradıcılıq yolunu və ömrünü Azərbaycan professional musiqi mədəniyyəti və incəsənətinin inkişafına, təbliğinə həsr edib. Həyat və fəaliyyətinin əvvəldən sona qədər yeganə və dəyişməz məramı, məqsədi də yalnız bu olub.
Bəstəkar kimi fəaliyyətinə Cəfər Cabbarlının dram əsərlərinə musiqi yazmaqla başlayıb. 1928-ci ildə Cəfər Cabbarlının “Od gəlini” dramına yazdığı musiqi müəllif, teatrın kollektivi və tamaşaçılar tərəfindən müsbət qarşılanır. İlk uğuru onu daha da ruhlandırır. 1920-40-cı illərdə C.Cabbarlının “Sevil”, “Almaz”, “1905-ci ildə”, “Yaşar”, “Solğun çiçəklər”, A.Afinegovun “Qorxu”, M.F.Axundovun “Hacı Qara”, “Müsyo Jordan”, H.Cavidin “Knyaz”, “Səyavuş”, S.Vurğunun “Xanlar”, “Fərhad və Şirin”, M.S.Ordubadinin “Dumanlı Təbriz” və başqa dram tamaşalarına musiqi yazır. Eyni zamanda, 1928-1932-ci illərdə Dövlət Dram Teatrının Musiqi bölməsinin rəhbəri işləyir.
Ə.Bədəlbəyli və C.Cabbarlı gənclik dostu idilər. C.Cabbarlının öz əsərlərinin tamaşasına musiqi üçün müraciət etdiyi ilk bəstəkar da Ə.Bədəlbəyli olmuşdu. 1920-ci illərin sonlarından başlayaraq davamlı şəkildə sonrakı illərdə də Azərbaycan dilli dram əsərlərinə musiqi yazan bəstəkar əslində, ilk yaradıcılığı ilə respublikada teatr musiqisinin əsasını qoyub.
Üzeyir Hacıbəyli 20-ci əsr musiqi tarixində Şərqdə Avropa tipli və sintez modelli ilk milli operanın müəllifidirsə, Ə.Bədəlbəyli Şərqdə həmin model əsasına ilk baletin - “Qız qalası”nın müəllifidir. Bu əsərlə Azərbaycan musiqisində balet janrının əsası qoyulub, qarşıdakı dövrlərdə neçə-neçə istedadlı baletin yazılmasına bədii zəmin yaranıb. İlk baletin libretto müəllifi də bəstəkar özüdür.
Ə.Bədəlbəylinin daha bir yaradıcılıq nailiyyəti opera janrı ilə bağlıdır. Belə ki, o, “Koroğlu” ənənələrini davam etdirən ilk klassik operalardan birinin-“Nizami” operasının müəllifidir. Bu əsər müharibədən sonra, 1948-ci ildə Nizami Gəncəvinin yubileyi münasibətilə yazılıb. Bundan başqa, özünün libretto mətni əsasında “Xalqın qəzəbi” və “Söyüdlər ağlamır” operalarının da müəllifidir.
Ə.Bədəlbəylinin çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətimizin qiymətli səhifələrini təşkil edir. Dahi bəstəkar 78 yaşında, 1976-cı ilin 6 yanvar tarixində vəfat edib. O, “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı” ordenləri və medallarla təltif olunub. Bakıdakı 23 saylı musiqi məktəbi bəstəkarın adınadır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxAnalitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16

