Maddələr mübadiləsini sürətləndirən 3 ədviyyat
18.06.2026 [14:49]
Az yeyirsiniz, amma çəkiniz yerində sayır? Bunun səbəblərindən biri maddələr mübadiləsinin yavaş işləməsi ola bilər. Mütəxəssislərin fikrincə, üç məşhur ədviyyat kayen bibəri, zəncəfil və sarıkök maddələr mübadiləsini 5-10 faiz sürətləndirməyə kömək edə bilər. Lakin bunun üçün onların düzgün dozada və uyğun şəkildə qəbul edilməsi vacibdir.
Lent.az bu 3 ədviyyatı təqdim edir:
Kayen bibəri: (acı çili bibərinin xüsusi növü) gündə 0,5-1 qram
Kayen bibərinin əsas aktiv maddəsi olan kapsaisin orqanizmdə istilik istehsalını artıraraq maddələr mübadiləsini sürətləndirir. Mütəxəssislər gündə 0,5-1 qram, yəni bıçağın ucunda qədər kayen bibəri qəbul etməyi tövsiyə edirlər. Bu ədviyyatı yeməklərə əlavə etmək məsləhətdir. Onu acqarına qəbul etmək isə mədə narahatlığı yarada bilər. Araşdırmalara görə, kapsaisin termogenezi təxminən 8 faiz artırır.
Zəncəfil: gündə 1-2 qram
Zəncəfilin tərkibində olan gingerol maddəsi həzm sistemini aktivləşdirir və enerji sərfiyyatını artırır. Gündə 1-2 qram qurudulmuş və ya 10 qram təzə zəncəfil istifadə etmək kifayətdir. Zəncəfil çayı hazırlamaq üçün bir stəkan qaynar suya bir qaşıq sürtgəcdən keçirilmiş zəncəfil əlavə etmək lazımdır. Bu çayı yeməkdən əvvəl içmək daha faydalı hesab olunur.
Sarıkök: gündə 1-3 qram
Sarıkök əsas təsiredici maddəsi kurkumindir. Onun orqanizm tərəfindən daha yaxşı mənimsənilməsi üçün qara istiot və yağla birlikdə qəbul edilməsi vacibdir. Mütəxəssislər bildirirlər ki, qara istiotun tərkibindəki piperin kurkuminin mənimsənilməsini 20 dəfəyə qədər artıra bilər. Buna görə də zərdəçalı yağ və qara istiotla birlikdə istifadə etmək tövsiyə olunur.
Bu ədviyyatları necə birləşdirmək olar?
Ən məşhur kombinasiya sarıkök, qara istiot və yağ qarışığıdır. Zəncəfil limon və bal ilə yaxşı uyğunlaşır. Kayen bibərini isə pomidor şirəsinə əlavə etmək olar. Bundan başqa, sarıkök, qara istiot, zəncəfil və ilıq sudan hazırlanan içki də faydalı hesab olunur. Bəzi insanlar bu qarışığı süd ilə hazırlasa da, mütəxəssislər südün bəzi şəxslərdə maddələr mübadiləsini ləngidə biləcəyini qeyd edirlər. Buna görə su ilə hazırlanması daha məqsədəuyğun sayılır.
Kimlər ehtiyatlı olmalıdır?
Qastrit, mədə xorası, pankreatit və hemoroid problemi olan şəxslər bu ədviyyatlardan istifadə edərkən diqqətli olmalıdırlar. Xüsusilə kayen bibəri selikli qişaları qıcıqlandıra bilər. Mütəxəssislər istifadəyə kiçik dozalarla başlamağı tövsiyə edirlər. Həmçinin unutmaq olmaz ki, bu ədviyyatlar maddələr mübadiləsini sürətləndirsə də, kalori kəsiri olmadan arıqlamağa kömək etməyəcək.
Zəncəfil çayını nə qədər içmək olar?
Gündə 1-2 fincan zəncəfil çayı içmək məsləhət görülür. Bir ay istifadə etdikdən sonra iki həftəlik fasilə vermək tövsiyə olunur.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

