2024-cü il...
30.12.2024 [09:10]
Azərbaycan mədəniyyəti nə ilə yadda qaldı?
Azərbaycanın mədəniyyət inciləri - musiqisi, poeziyası və incəsənəti qədim milli-mənəvi dəyərlərin vəhdətindən doğan nadir bir xəzinədir. Bu gün ölkəmiz müxtəlif sivilizasiyaların qovuşduğu bir məkan olaraq həm Şərq, həm də Qərb mədəniyyətlərinin təsirini özündə əks etdirir və bizi dünya mədəniyyət xəritəsində seçilən və tanınan bir zirvəyə aparır.
“İslam dünyasının mədəniyyət paytaxtı”
2024-cü il ölkəmizin mədəniyyətini dünya səhnəsinə təqdim edən mühüm tədbirlərin, festival və sərgilərin keçirilməsi ilə əlamətdar il oldu. Belə ki, 2023-cü il sentyabrın 25-də Qətərin paytaxtı Dohada keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi tarixi hadisə kimi yadda qaldı.
İl ərzində İslam Dünyasının Mədəniyyət Forumu təşkil edildi və bu çərçivədə Şuşada İslam Əməkdaşlığı Təşkilatının mədəni irsin mühafizəsinə həsr olunmuş beynəlxalq konfrans, “İslam dünyasının itirilməkdə olan qeyri-maddi mədəni irs nümunələri” mövzusunda dəyirmi masa, sərgi və digər təqdimatlar keçirildi. Mayın 11-də Şuşanın Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı - 2024” ilinin açılış mərasimi keçirildi. Azərbaycanın mədəniyyət paytaxtı yenə doğmalarını, qonaqlarını qarşıladı. Həmçinin builki festival iştirakçıları arasında ICESCO-ya üzv ölkələrdən ifaçılar və yaradıcı kollektivlər də yer almışdı.
“Şuşa türk dövlətləri birliyinin mədəniyyət incisidir”
Bundan başqa, Şuşada iyun ayının 1-də rəngarəng mədəniyyətlərin harmoniyasını nümayiş etdirən “Şuşa türk dövlətləri birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçirildi. Bu möhtəşəm tədbir Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstandan gələn 250-yə yaxın məktəblinin iştirakı ilə baş tutdu. Beynəlxalq yaradıcılıq festivalının əsas qayəsi türkdilli dövlətlərdən olan uşaqlar arasında dostluq münasibətlərini möhkəmləndirmək, onlara öz milli kimliklərini və mədəni irslərini tanıtmaq üçün imkan yaratmaqla yanaşı, Şuşanın füsunkar təbiətini və mədəni əhəmiyyətini beynəlxalq ictimaiyyətə tanıtmaq idi.
Azərbaycan mədəniyyətinin dünya miqyasında tanıdılması və mədəniyyətlərarası əlaqələrin inkişaf etdirilməsi sahəsindəki mühüm nailiyyətlərdən biri iyun ayında Özbəkistanda keçirilən Azərbaycan Mədəniyyət Günləridir. Bu tədbir iki qardaş ölkə arasında mədəni əlaqələrin daha da möhkəmlənməsi, Azərbaycanın zəngin mədəni irsinin təqdim edilməsi və müxtəlif sahələrdəki uğurlarının tanıdılması məqsədi daşıyırdı. Qeyd edək ki, “Özbəkistan” Forumlar Sarayında keçirilən konsertdə Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Emin Sabitoğlu, Tofiq Quliyev, Rauf Hacıyev, Ələkbər Tağıyev, Faiq Sücəddinovun əsərlərinə müraciət olunub, xalq rəqsləri nümayiş etdirilib və tədbirə Rauf Hacıyevin “Azərbaycan” mahnısı ilə yekun vurulub.
Şəki “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalı
Növbəti ay Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə musiqi bayramına - Şəki “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalına start verilib. Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutan festival üç gün davam edərək bir sıra ölkələrin, eləcə də Azərbaycanın tanınmış musiqi kollektivlərini və istedadlı musiqiçilərini bir araya gətirib. Bu növ tədbirlərin keçirilməsi musiqi mədəniyyətimizin zənginliyini bir daha ortaya qoyur.
Sentyabr ayında Şuşada Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin ev-muzeyinin təntənəli açılışı ilin mühüm hadisələrindən biri oldu. Muzeyin bərpası həm milli-mədəni irsin qorunması, həm də Qarabağın mədəni dirçəlişinin simvolu kimi qiymətləndirildi. Muzeydə təqdim olunan 136 unikal eksponat, bəstəkarın şəxsi əşyaları və ailə fotoşəkilləri ziyarətçilərə böyük təsir bağışladı. Şuşada mədəni dirçəlişi əks etdirən bu mühüm addımla yanaşı, Qarabağın digər bölgələrində də tarixi-mədəni irsin bərpası istiqamətində genişmiqyaslı işlər görüldü. 2023-cü ildə yerli və xarici mütəxəssislərin iştirakı ilə restavrasiya və arxeoloji tədqiqat işlərinə başlanılan Ağdam İmarət Kompleksinin də bu il açılışı keçirildi. Açılışda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kompleksdə yaradılan şəraitlə tanış oldu, Qarabağ atlarına baxdı və düşmən tərəfindən məhv edilən tarixi çinarların yerində ağac əkdi.
“Azərbaycan mədəniyyətinin inciləri”
Göründüyü kimi, 2024-cü il ölkəmizin mədəniyyətini dünya səhnəsinə təqdim edən mühüm tədbirlərin, festival və sərgilərin keçirilməsi ilə əlamətdar il oldu. Qazaxıstanda Azərbaycan Mədəniyyəti günlərinin başlanması da bu ilin sentyabr ayına təsadüf edir. Bu münasibətlə ölkəmizin incəsənət ustaları, bədii kollektivləri, yazıçıları və media nümayəndələri Astanaya səfər ediblər. Sentyabrın 24-də “Füzuli-530” kitabının təqdimatı və etnocaz konserti, növbəti gün isə Qazaxıstan və Azərbaycan milli kitabxanaları arasında əməkdaşlığa dair Memorandumun imzalanması mərasimi, Elmira Axundovanın kitabının təqdimatı, habelə “Azərbaycan mədəniyyətinin inciləri” sərgisinin açılışı və rəqs ansamblının konserti keçirildi. Hər bir təqdimat, hər bir tədbir iki ölkə arasında mədəni əlaqələrin daha da güclənməsinə xidmət edərək mədəniyyətimizin beynəlxalq səviyyədə tanıdılmasında mühüm rol oynayır.
Prezident İlham Əliyev müxtəlif sahələrdə olduğu kimi, mədəniyyətin inkişafını da hər zaman diqqət mərkəzində saxlayır. Prezidentin rəhbərliyi altında Azərbaycanın mədəni irsinin qorunması və dünya səhnəsində tanıdılması sahəsində bir çox uğurlar əldə edilib. 22 oktyabr tarixli qərara əsasən, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakıdakı Muğam Mərkəzinə “beynəlxalq” statusunun verilməsi bu sahədə növbəti mühüm addım oldu.
2024-cü ildə itirdiklərimiz...
2024-ci ildə Azərbaycan mədəniyyəti, ədəbiyyatı, incəsənəti, elmi adına itkilərimiz də oldu. Yanvar ayının 5-də Əməkdar artist, qarmon ifaçısı Gülbahar Şükürlü, yanvarın 6-da isə Əməkdar artist, xanəndə Aygün Bəylər dünyasını dəyişdi. Fevralın 21-də isə Xalq yazıçısı, nasir, dramaturq, ssenarist Mövlud Süleymanlı vəfat etdi. Mayın 22-də tanınmış alim-türkoloq, tərcüməçi, filologiya elmləri doktoru, professor Ramiz Əskər dünyasını dəyişdi. Oktyabrın 26-da Xalq artisti, opera müğənnisi Şahlar Quliyev və Xalq artisti, bəstəkar, dirijor Yaşar İmanov haqqın rəhmətinə qovuşdu.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23

