İstanbulda Azərbaycanın Novruz adətləri nümayiş etdirilib
06.04.2025 [13:41]
İstanbul Universitetinin Türkiyyat Araşdırmaları İnstitutunda "Novruz adətləri" mövzusunda konfrans və konsert proqramı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir İstanbulda fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Vəqfi tərəfindən təşkil edilib.
Mərasimdə iştirakçılara “TRT Türkü” radiosunda yayımlanan “Azərbaycan ruzigarı” proqramının müəllifi və aparıcısı Səidə Ömər tərəfindən Novruz bayramı ilə bağlı adətlərimiz və bu ənənələri əks etdirən filmlərdən fraqmentlər toplusu təqdim olunub.
Azərbaycanın görkəmli şairi Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasından Novruz bayramı ilə bağlı bölümü səsləndirən Səidə Ömər çıxışında Qarabağ Zəfəri haqqında danışaraq artıq bir neçə ildir Novruz bayramının Şuşada qeyd edilməsinin sadəcə Azərbaycanın deyil, bütün Türk dünyasının qələbəsi olduğunu deyib.
Proqram çərçivəsində qonaqlar Novruz adətlərinə uyğun olaraq yumurta döyüşdürüb, bayram şamları yandırıblar. İştirakçılara Azərbaycanın Novruz şirniyyatları təqdim edilib.
Tədbir Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan ruzigarı” qrupunun konsert proqramından ibarət bədii hissə ilə davam edib.
Konsertdə qiraətçi Səidə Ömər Azərbaycan ədəbiyyatından Novruz və vətənpərvərlik mövzusunda şerlər səsləndirib, qrupun bədii rəhbəri və tarzəni Pərviz Musayev ilə kamança ustası Ruzbeh Moqaddamın ifasında Azərbaycan muğamları, xalq və bəstəkar mahnıları dinlənilib.
Sonda qrup üzvlərinə vəqfin sədri Közhan Yazgan tərəfindən təşəkkürnamə və kitab təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

