/ / Polad Bülbüloğlu: Səviyyəsi çox yüksək olan Qəbələ Beynəlxalq Musiqi Festivalı illər keçdikcə dünyada daha da məşhurlaşır
Polad Bülbüloğlu: Səviyyəsi çox yüksək olan Qəbələ Beynəlxalq Musiqi Festivalı illər keçdikcə dünyada daha da məşhurlaşır
25.07.2013 [09:53]
“Bilirsiniz ki, Azərbaycanda hər 2-3 ildən bir Vokalçıların Bülbül adına Beynəlxalq Müsabiqəsi keçirilir. Qəbələ V Beynəlxalq Musiqi Festival çərçivəsində ilk dəfə olaraq bu müsabiqələrin laureatlarının konserti təqdim ediləcək. Mən xüsusi olaraq buna görə Qəbələyə gəlmişəm. Əgər dəvət etsələr mən də orada bir-iki mahnımı oxuyaram”.
AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Qəbələdə jurnalistlərə müsahibəsində deyib.
Səfir Qəbələdə ənənəvi olaraq hər il belə yüksək səviyyəli beynəlxalq musiqi festivalının keçirilməsinə görə çox sevindiyini, festivalın proqramının ildən-ilə genişləndiyini və dünyada daha da məşhurlaşdığını bildirib. P.Bülbüloğlu sözünə davam edərək deyib: “Rusiyada bu festivalı yaxşı tanıyırlar. Bu il festivalın 5 illiyi tamam olur. Arzu edirəm ki, bu musiqi tədbirinin 50 illik yubileyi keçirilsin. Bu işdə əməyi olan bütün insanlara, xüsusən də Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya təşəkkür edirəm. Çox şadam ki, Mehriban xanım Əliyevanın himayəsi ilə keçirilən bu festivalda çox görkəmli ifaçılar iştirak edirlər. Bu festivalın əks-sədası bütün dünyada çox geniş yayılıb”.
Səfir Polad Bülbüloğlu bu festivalın musiqi səviyyəsinin çox yüksək səviyyədə olduğunu qeyd edərək deyib: “Festival keçirmək olar, amma onu belə yüksək səviyyədə təşkil etmək çətindir. Elə edilməlidir ki, festivalın musiqi səviyyəsi yüksək olsun, hər yerdə tanınsın və ona qiymət verilsin. Bilirəm ki, 5 il əvvəl bu festival ilk dəfə keçirilən vaxt konsertləri izləmək üçün gələn tamaşaçıların sayı az olurdu. Amma indi tamaşaçılar üçün yer tapılmır. Minlərlə insan konsertləri izləmək üçün Qəbələyə gəlir. Artıq insanların bu festival barədə geniş məlumatları və ən əsası isə buna maraqları var. Müxtəlif rayonlardan musiqi məktəblərini təmsil edən müəllim və şagirdlərin bu festivalı həvəslə izləməsi çox sevindirici haldır. Belə möhtəşəm musiqi tədbirləri onların inkişafı üçün bir təkandır.
Mən çox sevinirəm ki, belə mötəbər tədbir paytaxtda deyil, məhz bölgədə keçirilir. Gözəl otellər, yollar, hava limanı və digər imkanlar festivalın yüksək səviyyədə keçirilməsinə şərait yaradan amillərdir. Bilirsiniz ki, bu günlərdə Qəbələ 2013-cü il üçün MDB-nin mədəniyyət paytaxtı elan edilib. Təqdimat mərasiminə 10 ölkədən 130 qonaq gəlmişdi və onlar şəhərin gözəlliyi, burada keçirilən tədbirlərin möhtəşəmliyi ilə bağlı təəssüratlarını hələ də bizimlə bölüşürlər. Mən bir azərbaycanlı, səfir və keçmiş mədəniyyət naziri olaraq bu uğurlara çox sevinirəm”.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57

