Nəsiminin ideyaları və əsərləri Türk dünyasında birləşdirici rol oynayıb
23.09.2025 [15:42]
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə keçirilən 3-cü Nəsimi – şeir, mənəviyyat və incəsənət festivalı çərçivəsində təşkil olunan “Əbədi həqiqət axtarışında” mövzusunda beynəlxalq forum işini panel sessiyalarla davam etdirib.
AZƏRTAC xəbər verir ki, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin direktoru, professor və AMEA-nın həqiqi üzvü Rafael Hüseynovun moderatorluğu ilə keçirilən “İradə azadlığı və ümumbəşəri ideallar uğrunda mübarizliyin Nəsimi modeli” mövzusunda panel sessiyada Pakistan, Böyük Britaniya, Özbəkistan, Türkiyə, İraq, İrandan olan alim, professor və ziyalılar Nəsimi irsi ətrafında geniş müzakirələr aparıblar.
“Sabit çağırışlar: dəyişən epoxalar və fərqli mədəniyyətlərin bənzər Nəsimiləri”, “Seyid İmadəddin Nəsimi və Əllamə Məhəmməd İqbal poeziyasında eşq və məhəbbət fəlsəfəsi”, “Osmanlı və Səfəvi sərhədində Nəsimi”, “İmadəddin Nəsimi şeirində kamil insan konsepsiyası”, “Nəsimi ruhu Osmanlı sarayında: Fateh və Sultan Süleymanın Nəsimi şeirlərinə nəzirələri”, “Şair İmadəddin Nəsimi: Türk dünyasının ortaq dəyəri” və “Bəşər vasitəsilə transsendensiya: Nəsimi və Sultan Bahunun kamil insan fəlsəfəsinin müqayisəli tədqiqi” mövzularında çıxış edən iştirakçılar Nəsiminin mədəniyyətlərarası təsirini, Osmanlı və Səfəvi dünyasında əksini və Türk dünyasında ortaq dəyər kimi rolunu vurğulayıblar.
Eyni zamanda, paneldə Nəsiminin poeziyasının yalnız ədəbi qiyməti deyil, həm də mənəvi və etik dəyərlərin təbliği baxımından önəmi qeyd edilib. İştirakçılar, həmçinin şairin sözlərinin insanın daxili azadlığına, bəşəri prinsiplərə və əxlaqi dəyərlərə səslədiyini, onun ideyalarının gənc nəsillərə ilham verdiyini diqqətə çatdırıblar.
Pakistanın MUSLIM İnstitutunda Sultan Bahoo Araşdırma Mərkəzinin rəhbəri Məhəmməd Əzim AZƏRTAC-a açıqlamasında bildirib ki, Nəsiminin mesajı sevgi, sülh və həmrəylik üzərində qurulub. O qeyd edib ki, bu dəyərlər müasir dünyamızda hər zamankından daha vacibdir.
M.Əzim, həmçinin əlavə edib: “Bu festival yalnız böyük mədəni təcrübə deyil, həm də Azərbaycanın universal dəyərləri qorumaq və təşviq etmək yolunda liderliyini göstərən gözəl nümunədir”.
“Türkmən əli” qəzetinin və “Türkmən əli” ədəbiyyat və incəsənət jurnalının sədri və baş redaktoru Necat Kevseroğlu deyib ki, Nəsimi yalnız ədəbiyyat sahəsində deyil, bütün Türk dünyasının fəlsəfi, humanist və mədəni irsini zənginləşdirən bir şəxsiyyətdir.
N.Kevseroğlunun fikrincə, şairin ideyaları və yaradıcılığı Türk dünyasında birləşdirici rol oynamış, milli və bəşəri dəyərlərin qorunmasında mühüm nümunəyə çevrilmişdir.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

