/ / Bakıda Cahangir Səlimxanovun “Yaradıcı qüvvəni hərəkətə gətirək)” mövzusunda ustad dərsləri təşkil olunacaq
Bakıda Cahangir Səlimxanovun “Yaradıcı qüvvəni hərəkətə gətirək)” mövzusunda ustad dərsləri təşkil olunacaq
08.03.2014 [09:48]
Martın 31-dən aprelin 27-dək “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə Bakıda Cahangir Səlimxanovun “Yaradıcı qüvvəni hərəkətə gətir(ək)” mövzusunda ustad dərsləri təşkil olunacaq.
“YARAT” Müasir İncəsənət Məkanından AzərTAc-a bildiriblər ki, ilk addımlarını musiqişünaslıqda atmış, sonralar isə incəsənətin müxtəlif növləri və mədəniyyətin sahələrinə aid onlarla layihələrə imza atmış Cahangir Səlimxanov həmkarları arasında “yeni fikirlər dəryası”, başqalarını yaradıcı ideyalara sövq etmək və şövqləndirmək əzmində olan, hətta yeni yaranan cərəyan, yaxud gizli imkana işarə edə bilən şəxs kimi rəğbət qazanıb.
Onun reallaşdırdığı ideyalar arasında Hindistanda ilk dəfə nümayiş etdirilmiş iki ənənəvi musiqi mədəniyyətini qovuşduran konsert proqramından tutmuş qədim qayaüstü rəsmlərdə bərpa olunmuş balet tamaşasınadək, Şimalı Avropanın beş ölkəsindən olan təsviri sənət ustalarına sifariş olunmuş Bakının ətraflarındakı mədəniyyət evləri üçün “public/community art” əsərlərində teatrda gender mövzusuna həsr edilmiş festivaladək rast gəlmək olar.
Təlim kursunun əsas mövzu dairəsi bədii yaradıcılıqdır, lakin yaradıcı düşüncə və əməl anlamlarının daha geniş yozumuna yer verildikdə, bu səpkili təcrübə hər bir peşə sahibi üçün faydalı görünə bilər. Şəxsi, şəxslər arası və şəxsdənkənar yaradıcı proseslərin müxtəlif müstəviləri sərbəst və zövqverici tərzdə təhlil olunacaq.
Kurs qrupun tərkibindən asılı olaraq Azərbaycan və rus dillərində aparıla bilər. İştirakçılar mühazirələri hər iki dildə qavramağa hazır olmalıdırlar. Bununla belə fərdi məşğələlərdə seçim hər tələbənin dil bacarığı səviyyəsinə müvafiq olaraq təyin ediləcək.
Yaşı 18-36 arasında, istənilən fəaliyyət sahəsi və peşəkar istiqaməti olan, təxəyyülünü sərbəst ifadə etməyə, fərdi yaradıcılıq məhsulu və birgə təcrübələr barədə müasir mülahizələri öyrənməyə hazır və innovativ ideya və həlləri formalaşdırmağa və ifadə etməyə meylli gənclər kurslarda iştirak edə bilərlər. Seçilmiş tələbələrdən kurs boyu fərdi bloqlarını, böyük həcmdə ədəbiyyatla (əsasən, ingilis dilində) tanış olaraq icmal yazmaq və kursun fəaliyyəti ilə paralel hazırlanan və genişləndirilən internet saytı üçün öz materiallarını vermək tələb olunacaq.
Kurs iştirakçılarının fərdi bloqlarından və eynilə dörd həftəlik məşğələdə verilmiş tapşırıqlar əsasında ərsəyə gələcək sənət əsəri (və ya tədbir, innovativ sosial təşəbbüs, satış məhsulu) ideyalarını özündə ehtiva edən veb-saytın yaradılması nəzərdə tutulur. İnternet məkanında yerləşdirilən belə “ideyalar bazarı” həm marağında olan yeni tərəfdaşlar, həm də kurs iştirakçıları arasında sonrakı əməkdaşlığın inkişafına şərait yarada bilər. Yenicə işlənib-hazırlanmış ideyalar toplusundan olan təkliflərin həmişə yeni istedadların yolunu gözləyən “YARAT”ın dəstəyi və tanıdılması da istisna olunmur.
Kurslar üçün martın 20-dək qeydiyyata yazılmaq olar.
Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət ediləcəklər. Seçilmiş iştirakçılara kursun başlanma tarixinədək nəzərdən keçirilməsi tələb olunan bəzi materiallar (oxu materialları, videofilmlər, veb-saytlar) təqdim ediləcək.
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Siyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30

