/ / Dünya şöhrətli fotoqraf Reza Deqatinin Azərbaycana həsr edilmiş fotosərgisi Parisdə böyük marağa səbəb olub
Dünya şöhrətli fotoqraf Reza Deqatinin Azərbaycana həsr edilmiş fotosərgisi Parisdə böyük marağa səbəb olub
02.12.2014 [09:02]
Noyabrın 28-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə dünya şöhrətli fotoqraf Reza Deqatinin Azərbaycana həsr olunan fotosərgisinin və iki kitabının təqdimatı keçirilib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva təqdimat mərasimində iştirak ediblər.
Parisin məşhur “Pöti Pale” sərgi-muzey kompleksində təşkil olunan sərgi artıq neçə gündür ki, Fransa ictimaiyyətinin, Paris sənətsevərlərinin, xüsusilə nüfuzlu media orqanlarının diqqət mərkəzindədir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə birlikdə Fransanın tanınmış ictimai və mədəniyyət xadimlərinin bu tədbirə qatılması bir daha Reza Deqatinin sənətinə və onun mövzularına olan maraqdan qaynaqlanır.
Tədbirin aparıcısı ölkəmiz, onun zəngin mədəniyyəti və tarixi barədə qonaqlara məlumat verib. Bildirilib ki, Reza Deqatinin bu sərgisi Paris sənətsevərləri tərəfindən böyük maraqla qarşılanıb.
“Pöti Pale” sərgi-muzey kompleksinin direktoru Kristof Löğibo deyib ki, Reza Deqatinin fotoları hər zaman Fransa mədəni mühitində özünəməxsusluğu ilə fərqlənib və bu amil fotoqrafa sənət dünyasında böyük maraq oyadıb. Kristof Löğibo dünya şöhrətli fotoqrafın sərgisinin bu salonda keçirilməsindən məmnunluğunu ifadə edib.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bildirib ki, humanist ideyaların, bəşəri hisslərin tərənnümçüsü olan Reza Deqati ölkəmizə sonsuz məhəbbəti ilə də tanınır. Bütün dünyaya məxsus olan bu istedadlı insanın çəkdiyi fotoların hər yerdə maraqla qarşılandığını deyən səfir onun yaradıcılığında Dağlıq Qarabağ münaqişəsinə də yer verməsini xüsusi vurğulayıb. Diqqətə çatdırıb ki, Qarabağ müharibəsinin və Xocalı soyqırımının əks olunduğu bu fotolar faciənin miqyasını daha aydın əks etdirir. Elçin Əmirbəyov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də danışıb, ölkəmizin ərazisinin 20 faizinin işğal olunduğunu, xalqımıza qarşı etnik təmizləmə siyasəti aparıldığını bildirib.
Parisin Vlll rayonunun meri xanım Jann Doteser qeyd edib ki, Azərbaycan dünyada mədəniyyəti və incəsənəti ilə məşhurdur. Bu sərgidə təsvir olunan Azərbaycan mənzərələri də ölkənin humanizm ideyalarına bağlılığından xəbər verir. Mer Fransa ilə Azərbaycan arasındakı münasibətlərin genişləndiyini deyib və bunun da mədəniyyət sahəsində özünü daha çox büruzə verdiyini vurğulayıb. Qeyd edib ki, bu amil hər iki ölkənin mədəniyyətinin birgə təmasından qaynaqlanır.
“Son illərdə Fransa ilə Azərbaycan arasında əlaqələr genişlənir. Bu məsələdə mədəniyyətin xüsusi çəkisi var”, - deyən Fransadakı Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Mansel Heydər Əliyev Fondunun Fransada Azərbaycan mədəniyyətinin təbliğinə xüsusi diqqət göstərdiyini vurğulayıb. Sərginin işinə uğurlar arzulayan assosiasiya sədri qeyd edib ki, Reza Deqatinin bugünkü ekspozisiyası Azərbaycanı yüksək səviyyədə tərənnüm edir.
Sərginin təşkilinə görə Heydər Əliyev Fondu və onun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirən dünya şöhrətli fotoqraf Reza Deqati Azərbaycanın çox tolerant, gözəl və zəngin ölkə olduğunu deyib. “Həyatımın böyük hissəsi münaqişə zonalarında keçib. Münaqişələr zamanı çəkdiyim hər bir foto mənə o münaqişəni yaşadıb”, - deyən Reza Deqati bildirib ki, Dağlıq Qarabağ münaqişəsi zamanı yaşadıqları anlar həyatının acı anlarıdır. Ölkəmizin bu münaqişədən əziyyət çəkdiyini, Azərbaycanın ərazisinin bir hissəsinin ermənilər tərəfindən işğal olunduğunu, problem nəticəsində azərbaycanlıların öz ata-baba yurdlarından didərgin düşdüyünü qeyd edən fotoqraf Xocalı soyqırımı barədə danışıb. “Xocalıda gördüklərim hafizəmdə əbədi qaldı və məni vadar etdi ki, bu faciəni bütün dünyaya çatdırım”, - deyən Reza Deqati Xocalı soyqırımının qurbanlarının və şahidlərinin yaradıcılığının əsas qəhrəmanları olduğunu söyləyib.
Sərgi çərçivəsində Reza Deqatinin iki kitabının təqdimatı da olub. Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr olunan “Odun cazibəsi” və “Günahsızların qırğını” kitablarında Reza Deqatinin bu sərgidə nümayiş olunan fotoları toplanıb.
“Odun cazibəsi” kitabında Reza Deqatinin 1987-ci ildən başlayaraq Azərbaycana səfərləri zamanı çəkdiyi fotolar yer alıb. Fotolarda Azərbaycanın rayonları, ucqar kəndləri, sadə insanların həyat tərzi, adət-ənənələri və digər məqamlar əksini tapıb. Müəllif, eyni zamanda, milli rəqslər, konsert, tamaşa, sərgi və digər müxtəlif tədbirlərdən çəkdiyi fotolarla Azərbaycan mədəniyyətinin özünəməxsus mənzərəsini yaradıb.
“Günahsızların qırğını” kitabında isə fotojurnalistin 1992-ci ildə Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı zamanı lentə aldığı görüntülər toplanıb. Kitabda, həmçinin Xocalı soyqırımının dünyada tanınması məqsədilə müxtəlif ölkələrdə keçirilən tədbirlərdən, qaçqın və məcburi köçkünlər üçün salınan şəhərcikdən fotolar da yer alıb.
Tanınmış fotojurnalist Azərbaycana ilk dəfə 1987-ci ildə səfər edib. 1997-ci ildə isə bir neçə ay Azərbaycanda yaşayıb, ölkəni gəzərək sadə insanların gündəlik həyatını, məişətini, adət-ənənələrini fotolarda əbədiləşdirib. 2013-cü ildə isə Parisdə Reza Deqatinin “Azərbaycan. Tolerantlıq məkanı” sərgisi keçirilib. Həmin sərgi sonralar Moskvada, İsrailin müxtəlif şəhərlərində, eləcə də BMT-nin mənzil-qərargahında, Avropa Parlamentində nümayiş olunub. Reza Deqatinin “Talelərin qovuşması”, “Müharibə+Sülh”, “Ümid”, “Qəlbin pəncərəsi” kimi layihələri dünyada məşhurdur. O, ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin üzvü, bir çox nüfuzlu universitetlərin fəxri doktoru, Fransa Respublikasının “Xidmətlərə görə” ordeninin laureatıdır.
Sərgi dekabrın 7-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 İyun 21:46
Siyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18

