ISESCO Baş Konfransının Bakıda keçirilən XII sessiyası başa çatıb
28.11.2015 [11:35]
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının Bakıda keçirilən XII sessiyası noyabrın 27-də başa çatıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrlik etdiyi yekun iclasda ISESCO-nun yeni loqosunun təqdimatı olub. Loqo ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, təşkilatın İcraiyyə Şurasının sədri Bubakar Dukure, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən imzalanıb və qəbul edilib.
Sonra ISESCO-nun yeni elektron saytı təqdim edilib. Diqqətə çatdırılıb ki, müasir üslubda işlənmiş saytda müəyyən bölmələr yaradılıb. Elektron resursun dinamikliyi artıb və cəlbedici forma alıb. Bunun nəticəsində təşkilatın fəaliyyətini izləmək daha da asanlaşıb.
Yekun iclasda elektron xidmətlər üçün təşkilatın portalının da təqdimatı keçirilib. İnnovativ xidmətləri, elektron idarəetmə sahəsində tətbiq olunan innovasiyaları əks etdirən portal ISESCO ölkələri üçün nəzərdə tutulur.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarına həsr olunmuş təqdimatla çıxış edib. Nazir Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Oyunlara hazırlıqla bağlı Təşkilat Komitəsinin yaradıldığı və ona birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi barədə məlumat verib. Qeyd edib ki, IV İslam Həmrəylik Oyunlarında beş mindən çox atlet 20 idman növündə yarışacaq. Bu Oyunlar İslam aləmində əməkdaşlığın və həmrəyliyin inkişafı, idmançıların bir araya gəlməsi baxımından möhtəşəm addım olacaq. Odur ki, Azərbaycan yarışların yüksək səviyyədə keçirilməsinə böyük əhəmiyyət verir və buna ciddi hazırlaşır.
Azərbaycanda mühüm beynəlxalq tədbirlərin keçirildiyini vurğulayan A.Rəhimov gələn il ölkəmizin “Formula-1” Avropa Qran-pri yarışına, Şahmat Olimpiadasına, 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarına ev sahibliyi edəcəyini söyləyib. Diqqətə çatdırıb ki, 2009-cu ildə Bakı “İslam mədəniyyətinin paytaxtı” olub. 2018-ci ildə isə bu missiya Azərbaycanın qədim Naxçıvan şəhərinə həvalə ediləcək.
Sonra “Bakı-2015” birinci Avropa Oyunlarının maraqlı məqamlarını əks etdirən videoçarx nümayiş olunub.
Əbdüləziz Osman əl-Tuveycri IV İslam Həmrəylik Oyunlarına ISESCO-nun da öz dəstəyini və töhfəsini verəcəyini bildirib.
İclasda Səudiyyə Ərəbistanının nümayəndəsi distant təhsillə bağlı təqdimat edib.
Daha sonra ISESCO Baş Konfransının XII sessiyasının hesabatı, 3 illik fəaliyyət planı və yekun qətnamə layihələri qəbul olunub.
ISESCO Baş Konfransının XII sessiyasının yekunlarına dair bəyanat qəbul edilib. Bəyanatda İslam dünyasında son dövrlərdə baş verən hadisələr, torpaqların işğalı, milli irsin məhv edilməsi ilə bağlı narahatlıq ifadə olunub, Azərbaycan Prezidenti İlham Əliyevin, ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin və digər nüfuzlu şəxslərin fikirləri əksini tapıb.
Misir nümayəndəsi ölkəsi adından ISESCO-nun baş direktoruna, təşkilatın İcraiyyə Şurasının sədrinə və Azərbaycanın mədəniyyət və turizm nazirinə səmərəli fəaliyyətə görə diplomlar təqdim edib.
Ə.Qarayev Bakıda qəbul olunmuş qərarların ISESCO-nun gələcək fəaliyyətinə müsbət töhfələr verəcəyinə inamını vurğulayıb. Onun fikrinə şərik çıxan Əbdüləziz Osman əl-Tuveycri bildirib ki, bu qərarlar üzərinə sivil missiya götürmüş təşkilatın qarşıdakı hədəflərə çatmasında yol xəritəsi olacaq.
ISESCO-nun baş direktoru tədbirin Bakıda təşkilinə görə üzv dövlətlər adından Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan təşəkkür məktubunu oxuyub. Məktubda ölkə rəhbərliyinə təşkilatın sessiyasının yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə minnətdarlıq ifadə olunub.
Bununla da ISESCO Baş Konfransının XII sessiyası öz işini yekunlaşdırıb.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

