Gənc Tamaşaçılar Teatrı 80 illik yubileyə hazırlaşır
16.04.2009 [16:27]
Məlum olduğu kimi, bir neçə gün öncə dövlət başçısı İlham Əliyev Azərbaycan teatr tarixində özünəməxsus yeri olan Dövlət Gənc Tamaşaçılar Teatrının binasında aparılan bərpa və yenidənqurma işləri ilə tanış olub. Həmin gün xanımı Mehriban Əliyeva ilə birlikdə, həm də Dövlət Film Fondunun yeni binası ilə tanış olan Prezident İlham Əliyev hər iki mədəniyyət ocağında görülən işləri müsbət dəyərləndirib.
Xatırladaq ki, binasında bərpa və yenidənqurma işlərinə beş il öncə başlanılan Gənc Tamaşaçılar Teatrında köklü dəyişiklik dövlət başçısının 2007-ci il 19 fevral tarixli müvafiq Sərəncamından sonra aparıldı. Sərəncama uyğun olaraq yenidənqurma və bərpa işləri üçün yeni təklif və eskizlər hazırlandı.
Yaradıcı kollektivin nə zaman yeni quruluşa malik binada tamaşaçılar qarşısına çıxacağına, habelə, bu mədəniyyət ocağında iki və daha artıq teatr kollektivinin birgə fəaliyyəti ilə bağlı nə kimi işlərin görüləcəyinə dair suallarla Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidova üz tutduq.
Əvvəlcə yenidənqurma və bərpa işlərindən, daha sonra müasir və gözoxşayan quruluşa malik teatrın hazırkı halından söhbət açan direktor bildirdi ki, binanın bütün elektrik və su xətləri, istilik və havalandırma sistemləri tamamilə yenilənib. 360 yerlik əsas tamaşa salonu isə tamamilə yeni görkəm alıb: “Quraşdırılan 4 kameradan ibarət videoçəkiliş sistemi tamaşaların lentə alınmasına və canlı yayımına şərait yaradacaq. Həmçinin, spayder sistemində xüsusi şüşə və metal konstruksiyadan yığılan altıncı mərtəbədə qış bağı, kafe və çayxana fəaliyyət göstərəcək. Binanın baş fasadı da spayder sistemi əsasında qurulub. Yenidənqurma işləri zamanı ABŞ, Böyük Britaniya, İtaliya, İsrail, çexiya, Türkiyə, Rusiya və digər ölkələrin avadanlıq və sistemlərindən, ən son texnologiyalarından istifadə olunub”.
Teatrın binaya nə zaman köçürüləcəyinə gəlincə, M.Həmidov bildirdi ki, avadanlıqlarının çoxluğu yerləşməni nisbətən ləngidir: “Kollektiv teatra yaxın bir-iki həftə ərzində yerləşəcək. Binaya köçəndən sonrakı altı ayı isə özümüzə hazırlıq müddəti kimi nəzərdə tutmuşuq. Yeni teatr mövsümünün açılışına (Sentyabr ayının 15) kimi beş-altı yeni tamaşanın hazırlanması da nəzərdə tutulub”.
Nazirlər Kabinetinin bir müddət öncə qəbul etdiyi müvafiq qərara əsasən Azərbaycan Dövlət Gənclər Teatrı və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının birləşdirilməsi məsələsinə gəlincə, M.Həmidov deyir ki, hər iki yaradıcı heyət bundan sonra yeni görünüşə malik olan möhtəşəm binada eyni ad və eyni amal uğrunda çalışacaq: “Nazirlər Kabinetinin 19 mart tarixli bir nömrəli qərarı ilə Dövlət Gənclər Teatrı bizim teatra birləşdirilib. Artıq yeni truppa ilə tanışlıq da baş tutub. Burada iki teatrın birləşməsindən ibarət vahid truppa yaranır. Bildiyiniz kimi, dövlət başçısı cənab İlham Əliyev ötən il Azərbaycan teatrının inkişaf etdirilməsi haqqında müvafiq Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq 2008-2018-ci illər üçün Dövlət Proqramı təsdiq olunub və Azərbaycan teatrlarında islahatların aparılması nəzərdə tutulub. Artıq ötən ildən bu sahədə aparılacaq islahatlara başlanılıb. örnək olaraq xatırladım ki, teatrımızda fəaliyyət göstərən rus bölməsi 2008-ci ilin iyun ayının 1-dən rəsmi olaraq Dövlət Rus Dram Teatrına birləşdirildi. Gəncə Poeziya Teatrı isə Gəncə Dövlət Teatrı ilə birgə çalışır. Hazırda Kamera Teatrının da gənclər teatrı kimi teatrımıza birləşdirilməsi yönündə sənədləşmə işləri aparılır”.
Teatr sahəsində aparılan islahatların müxtəlif kollektivlərin birgə fəaliyyətinə təsirinə gəlincə isə, Mübariz Həmidov aşağıdakıları bildirdi: “ötən ilin iyun ayında rus bölməmizin 25 nəfər aktyor heyəti Rus Dram Teatrının truppasına birləşdiriləndə ilkin vaxtlarda gümansızlıq və narahatlıq müşahidə olunurdu. İndi isə onlar o qədər qaynayıb-qarışıblar ki, teatrda olan müsbət yaradıcı ab-hava hətta sıravi tamaşaçılar tərəfindən sezilir. Artıq bir kollektiv olaraq birgə tamaşalarda iştirak edirlər. özüm də onların birgə oynadığı tamaşaları izləmişəm. Əksər səhnə əsərlərində bizim rus bölməsinin aktyorları uğurlar qazanıblar”.
Yeni birləşməyə gəlincə isə, direktor burada da heç bir problem görmür. çünki yaradıcı insanlar üçün istedad amili daha vacibdir. M.Həmidov söyləyir ki, hansı teatrda çalışmasından asılı olmayaraq, istedadlı aktyora hər zaman ehtiyac duyulur. “Təbii olaraq bu birləşmə nəticəsində heç kim işsiz qalmayacaq. Hər kəs işlə təmin olunacaq. Kimin teatra daha çox lazım olması isə müəyyən müddətdən, iş prosesindən sonra məlum olacaq”. Yeri gəlmişkən, M.Həmidov məlum səbəbdən kollektivin sayının çoxluğu məsələsinə də münasibət bildirdi. Bunun, həm də gənc rejissorların işindən bəhrələnməyə imkan verəcəyini deyən direktorun sözlərinə görə, hazırda yeni şərait eyni vaxtda 4 məşqi aparmağa imkan verir. Teatrda əlavə 40 yerlik kiçik tamaşa salonu və 2 məşq salonu da yaradılıb. Təmir-bərpa işlərindən sonra teatrda eyni vaxtda 82 nəfərə xidmət edəcək 21 qrim otağı fəaliyyət göstərəcək. Bütün otaqlar internet, kompüter şəbəkələri, telefon rabitəsi və digər kommunikasiya sistemi ilə təchiz edilib.
“Hazırda bir böyük və bir kiçik səhnəmiz, iki böyük məşq salonumuz var. Bu, o deməkdir ki, bir teatrda paralel olaraq bir neçə məşqi aparmaq mümkündür. Altı aylıq hazırlıq prosesində bu imkanlardan yararlanaraq beşdən artıq tamaşanı növbəti teatr mövsümünə kimi hazır edəcəyik” - söyləyən mədəniyyət ocağının rəhbəri sentyabr ayının sonunda teatrın 80 illiyinin qeyd olunacağının da nəzərdə tutulduğunu diqqətə çatdırdı. Xatırladaq ki, binada təmir-bərpa işləri həyata keçirildiyi üçün 80 yaşına ötən il noyabr ayının 26-da qədəm qoyan teatrın yubileyi təntənəli şəkildə qeyd olunmamışdı.
Qeyd edək ki, Gənc Tamaşaçılar Teatrı cari ilin yayında Kazan şəhərində türkdilli xalqların beynəlxalq teatr festivalında Ə.Haqverdiyevin “Pəri cadu” tamaşası ilə çıxış edəcək. Növbəti mövsümdə teatr tamaşaçıları qarşısında “Şeyx Sənan”, “Aydın”, “ Hekayəti-xırs quldurbasan” kimi tamaşaları, uşaqlar üçün “Yatmış gözəl” nağıl-tamaşası ilə çıxış edəcək.
TURANƏ
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34

