Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / “Mahmud və Məryəm” romanı Türkiyədə yenidən nəşr olunub

“Mahmud və Məryəm” romanı Türkiyədə yenidən nəşr olunub

09.02.2016 [09:40]

Bu günlərdə Xalq yazıçısı Elçinin məşhur “Mahmud və Məryəm” romanı Türkiyənin ən nüfuzlu nəşriyyatlarından olan “Ötüken” tərəfindən yenidən çap olunub.
AZƏRTAC xəbər verir ki, romanı türk dilinə görkəmli türk ədəbiyyatşünası, professor Əli Duymaz uyğunlaşdırıb və kitaba Elçinin yaradıcılığı haqqında geniş “Ön söz” yazılıb.
“Mahmud və Məryəm” romanı Türkiyədə müxtəlif nəşriyyatlar tərəfindən dəfələrlə nəşr edilib, səhnələşdirilib. Roman əsasında qardaş respublika ilə Azərbaycanın ilk müştərək filmi çəkilib və bir çox ölkələrdə müvəffəqiyyətlə nümayiş olunub. Filmlə bərabər, üç seriyalı televiziya filmi də hazırlanıb.
Qeyd edək ki, “Mahmud və Məryəm” Xalq yazıçısı Elçinin Türkiyədə nəşr olunmuş sayca iyirmi beşinci kitabıdır.

Paylaş:
Baxılıb: 1224 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Gündəm

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30