Görkəmli yazıçı Kamal Abdullanın trilogiyası Rusiyada nəşr olunub
10.09.2016 [11:34]
Görkəmli Azərbaycan yazıçısı Kamal Abdullanın “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox...” adlı romanlardan ibarət trilogiyası Rusiyanın məşhur “Xudojestvennaya literatura” nəşriyyatı tərəfindən “Qarağacın kölgəsində” adlı kitabda (Pod senğö Karaqaça. Moskva, “Xudojestvennaə literatura” nəşriyyatı, 2016-cı il, 728 səhifə) bir yerdə nəşr edilib.
AZƏRTAC xəbər verir ki, dünyanın aparıcı dillərində 20-dən çox ölkədə çap olunan bu romanlar fərqli süjet xəttinə, müxtəlif zamanlarda baş verən hadisələrdən və müxtəlif qəhrəmanlardan bəhs etdiyinə baxmayaraq, ilk dəfə bir ədəbi çevrəni qapayan və bir-birinə dərin ədəbi lağımlarla bağlanan trilogiya halında nəşr olunur.
“Qarağacın kölgəsində” kitabı müəllifin rus oxucusuna müraciəti ilə başlayır. Müəllif burada oxucu ilə romanları barədə fikir mübadiləsi aparır, bir növ əsərlərdə gizlənən mətləblərdən oxucunun xəbərdar olması üçün yardımçı olur.
Kitabdakı ilk roman “Yarımçıq əlyazma” mərhum sənətkarımız Vaqif İbrahimoğlunun, digər iki roman - “Sehrbazlar dərəsi” və “Unutmağa kimsə yox...” isə rus yazarı Lüdmila Lavrovanın tərcüməsində təqdim olunur.
“Qarağacın kölgəsində” kitabına “son söz”ü “Xudojestvennaya literatura” nəşriyyatının direktoru, rus yazıçısı, akademik Georgiy Pryaxin yazıb. Ürək genişliyi ilə yazılan bu “son söz”də Azərbaycan yazıçısının əsərlərinə yüksək qiymət verilir və onun mətnləri dünya ədəbiyyatının korifey yazarlarının əsərləri ilə müqayisə edilir.
Kitabın arxa üzündə Kamal Abdullanın ədəbi və elmi fəaliyyəti, əsərlərinin tərcümə olunduğu dillər, nəşr olunduğu ölkələr və layiq görüldüyü ədəbi mükafatlar (“Scanno Prize” (İtaliya), “Qızıl Delviq” (Rusiya), “Humay” (Azərbaycan) haqda qısa məlumat öz əksini tapıb.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

