/ / Bakıda UNESCO-nun İpək Yolu “Onlayn” Platformasının Beynəlxalq Şəbəkəsinin 3-cü toplantısı təşkil edilib
Bakıda UNESCO-nun İpək Yolu “Onlayn” Platformasının Beynəlxalq Şəbəkəsinin 3-cü toplantısı təşkil edilib
05.05.2017 [10:28]
“Bakı prosesi” dünyanı narahat edən problemlərin müzakirə olunduğu bir platformaya çevrilib. Azərbaycan həmişə bu istiqamətdə iş aparıb.
AZƏRTAC xəbər verir ki, bu fikir mayın 4-də Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində UNESCO-nun İpək Yolu “Onlayn” Platformasının Beynəlxalq Şəbəkəsinin üçüncü toplantısında səslənib.
Toplantıda çıxış edən Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov Bakının həm müasir, həm də klassik arxitektura mədəniyyətlərinin harmoniyası olduğunu, bu şəhərin Şərq və Qərb memarlığı ənənələrini birləşdirdiyini deyib. “Azərbaycan multikulturalizm ənənələrinin məkanıdır, sivilizasiyaların kəsişdiyi ölkədir. Azərbaycan artıq dördüncü dəfədir ki, bu nüfuzlu tədbirə ev sahibliyi edir. Bakı dünyada mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verir”, - deyə A.Kərimov qeyd edib. O bildirib ki, Azərbaycan İpək Yolunun mərkəzində yerləşən bir ölkədir. Buna görə də Azərbaycan hökuməti tərəfindən “İpək Yolu” layihəsinə böyük dəstək verilir.
UNESCO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini xanım Nada əl-Nashif mövzunun aktuallığını qeyd edib, belə bir tədbirin Bakıda yüksək səviyyədə keçirilməsinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. O, böyük İpək Yolunun bərpası ideyasının gerçəkləşməsində Azərbaycanın fəal iş aparan ölkələrdən biri olduğunu deyib.
Toplantıda “İpək Yolu” layihəsinin tarixindən, eləcə də layihə çərçivəsində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən söz açılıb. Bildirilib ki, İpək Yolu ilə bağlı indiyədək 4 min elmi sənəd rəqəmsallaşdırılıb. Bundan başqa, İpək Yolu ilə bağlı veb-sayt hazırlanıb. İpək Yolu ilə bağlı fotomüsabiqənin keçiriləcəyi, interaktiv atlasın hazırlanacağı diqqətə çatdırılıb. Qeyd olunub ki, bu təşəbbüslər gənclərin “İpək Yolu” layihəsinə cəlb olunmalarına stimul verə bilər. Həmçinin tarixi İpək Yolunun iki min ildən artıq müddətdə Şərq və Qərb arasında elmin, mədəniyyətin və ideyaların yayılması üçün körpü rolunu oynadığı, ölkələrin zəngin tarix və mədəniyyətlərinin gələcək üçün qorunub saxlanmasını təmin etdiyi vurğulanıb.
Qeyd olunub ki, iqtisadiyyatın bir qolu olan bu yol, ilk növbədə, sərnişin, yükdaşımalarını və mal mübadiləsini təmin edir. Həmçinin İpək Yolu ölkələri birləşdirir, xalqları bir-birinə yaxın edir və mədəniyyətləri qovuşdurur. Şərqlə Qərbi birləşdirən və Azərbaycanın da mühüm rol oynadığı tarixi İpək Yolu buna misaldır.
UNESCO-nun İpək Yolu “Onlayn” Platformasının Beynəlxalq Şəbəkəsi rəhbərinin köməkçisi Annik Tebia böyük İpək Yolunun çox geniş coğrafi ərazini əhatə etdiyini, həm də bəşər tarixinin bir hissəsi olduğunu deyib. Vurğulayıb ki, bununla yanaşı, İpək Yolundan kənarda yerləşən ölkələr də bu layihəyə cəlb edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Şahin Mustafayev 2016-2017-ci illərdə İpək Yolu çərçivəsində ölkəmizdə təşkil edilən tədbirlərdən danışıb. O, İpək Yolunun Azərbaycanda turizmin inkişafına əlverişli şərait yaratdığını deyib, ötən il Şəkidə “İpək Yolu” musiqi festivalının keçirildiyini, eləcə də İpək Yolu ilə bağlı bir sıra nəşrlərin hazırlandığını diqqətə çatdırıb. Ş.Mustafayev, eyni zamanda, Böyük İpək Yolu Beynəlxalq Gənclər Təşkilatının yaranma tarixindən və gördüyü işlərdən söz açıb. Qeyd olunub ki, 20-dən çox ölkənin gənclər təşkilatlarını birləşdirən bu qurum İpək Yolu ideyasının reallaşması istiqamətində önəmli addımlardan biridir. Bu təşkilat qısa müddətdə müxtəlif dillər, dinlər və mədəniyyətlər arasında sərhədləri aradan götürüb.
Bildirilib ki, qədim İpək Yolu ticari əhəmiyyət daşımaqla yanaşı, həm də xalqları və sivilizasiyaları birləşdirir. Azərbaycan öz coğrafi mövqeyi ilə bu tarixi yolda hər zaman xüsusi əhəmiyyət daşıyıb. Bakı, Şəki, Şamaxı, Gəncə kimi şəhərlərdə müxtəlif xalqların nümayəndələri öz mədəniyyətlərini, dinlərini bölüşməklə sülh içində yaşamanın örnəyi olublar.
Vurğulanıb ki, qədim İpək Yolu Azərbaycan tarixində zəngin irs qoyub. Ötən əsrin sonlarında tarixi İpək Yolunun mədəni əhəmiyyəti yenidən artmağa başladı. 1998-ci ildə Ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə Bakıda Avropa Komissiyası ilə birgə tarixi İpək Yolunun bərpası məqsədilə konfrans keçirilib və TRACECA kimi iri layihənin əsası qoyulub. Bu gün də Azərbaycan Şərqi və Qərbi birləşdirən layihələrdə fəal iştirak edir, həmçinin böyük layihələrin təşəbbüskarıdır.
Toplantı Valensiyada keçirilmiş ikinci iclasda işlənib hazırlanmış 2016-2018-ci illər üzrə Fəaliyyət Planının həyata keçirilməsi məsələlərinin müzakirəsi ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

