Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası ilk dəfə Rusiyada nümayiş olunacaq
22.09.2017 [10:16]
Dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının oktyabrın 16-da Rusiyada premyerası keçiriləcək. Moskvada “Crocus city hall”da ilk dəfə nümayiş olunacaq operada Məcnun obrazında Xalq artisti Mənsum İbrahimov, Leyli rolunda isə beynəlxalq müsabiqələrin laureatı, xanəndə Arzu Əliyeva çıxış edəcəklər.
Dünən Azərbaycan Milli Konservatoriyasında “Leyli və Məcnun”un ilk dəfə Rusiyada nümayişi ilə bağlı mətbuat konfransında bu barədə məlumat verilib.
Bildirilib ki, 110 illik tarixə malik Şərqin ilk operası “Leyli və Məcnun” Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Rusiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və İncəsənət Studiyasının və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə nümayiş olunacaq. Operanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamı Rafiz İsmayılov, baletmeysteri Yuliana Əlikişizadədir. Simfonik orkestrin dirijoru Xalq artisti Yalçın Adıgözəlovdur.
Konfransda çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi deyib ki, “Leyli və Məcnun”la Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir dövr açılıb, eyni zamanda, müsəlman Şərqində opera janrının əsası qoyulub. Opera Məhəmməd Füzulinin eyniadlı poemasının motivləri əsasında hazırlanıb.
“Leyli və Məcnun”un Rusiyada nümayişinin Azərbaycan mədəniyyətində olduqca mühüm hadisə olduğunu vurğulayan Simfonik orkestrin dirijoru Xalq artisti Yalçın Adıgözəlov bu işdə əməyi olan hər kəsə minnətdarlığını bildirib. Xalq artistinin sözlərinə görə, premyera Azərbaycan və Rusiya musiqiçilərinin müşayiəti ilə təqdim ediləcək.
Tədbirə fəxri qonaq qismində qatılan və Məcnun obrazına dəfələrlə yeni nəfəs verən Xalq artisti, görkəmli muğam ustası Arif Babayev də bu hadisəni yüksək qiymətləndirib və uğurlar arzulayıb.
Daha sonra solistlərin ifasında “Leyli və Məcnun” operasından kiçik bir parça səsləndirilib.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

