“Pəncərədən düşən işıq” sənədli filminin nümayişi tamaşaçılarda dərin təəssürat yaradıb
02.10.2019 [09:39]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib
Oktyabrın 1-də Bakı Marionet Teatrında Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində “TEFİ Sodrujestvo”nun mükafatına layiq görülmüş “Pəncərədən düşən işıq” sənədli filminin nümayişi olub.
Film Heydər Əliyev Fondunun və Bakı Media Mərkəzinin dəstəyi ilə çəkilib.
AZƏRTAC xəbər verir ki, filmin baş prodüseri və ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər.
“Pəncərədən düşən işıq” sənədli filmində Xeyir və Şər arasında əbədi mübarizədən danışılır. Filmin qəhrəmanları bu suala cavab verməyə çalışırlar: Şərlə əbədi mübarizəsində Xeyrin qələbə qazanması üçün nə etmək lazımdır? Onların arasında 20 ildən çox həbsxana həyatı yaşayan və hazırda xeyriyyə təşkilatı yaratmaqla, xeyirxahlığı təşviq edən kitablar yazmaqla, hər gününü yaxşılıq etməklə başlayan şəxsi görürük. Ekran əsərinin digər qəhrəmanı əlil arabasında gəzməsinə baxmayaraq, fəal həyat tərzi keçirir - ali məktəbdə oxuyur, bal rəqsləri ilə məşğul olur, Olimpiya Oyunlarına hazırlaşır, paraşütdən tullanır, bununla da çətinliklərin öhdəsindən gələ bilir.
Filmdə valideynlər və həkimlərlə birlikdə ağır onkoloji xəstəliklərə qarşı mübarizə aparan uşaqlara xüsusi yer verilib. Uşaqları məktəbə getmək, yaşıdları ilə ünsiyyət saxlamaq imkanından məhrum edən müalicənin mürəkkəb olmasına baxmayaraq, onlar tam sağalacaqlarına inam və ümidlərini itirmirlər. “Pəncərədən düşən işıq” filminin hər bir qəhrəmanı insanları xeyirxahlıq etməyə, hər şeyin yaxşılığa doğru dəyişəcəyinə daim inanmağa və heç vaxt ruhdan düşməməyə çağırır.
Sənədli filmin nümayişi tamaşaçılarda dərin təəssürat yaradıb.
Filmin nümayişi başa çatandan sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva jurnalistlərə müsahibəsində ekran əsəri ilə bağlı təəssüratlarını bölüşüb. O bildirib ki, xəstə uşaqlara tez-tez baş çəkir, onlarla ünsiyyət saxlayır. Onu “Pəncərədən düşən işıq” filminin çəkilməsinə də məhz bu ünsiyyət ruhlandırıb. Leyla Əliyeva deyib ki, filmin ideyası ona baxan hər kəsi daha çox xeyirxahlıq etmək barədə düşündürməkdən ibarətdir. Çünki xeyirxahlıq paylaşdıqca artır. O vurğulayıb ki, arzu edən hər kəs “Pəncərədən düşən işıq” filminə “YouTube” kanalında baxa bilər.
Filmin rejissoru və ssenari müəllifi Oleq Şommer qeyd edib ki, söhbət real insanların taleyindən getdiyi üçün çəkiliş prosesi çox mürəkkəb olub. O deyib: “Bu filmdən sonra mənim daxilimdə çox şey dəyişdi. Mən dərk etdim ki, biz bir-birimizə daha çox kömək etməli, özümüzü başqasının yerinə qoymağı bacarmalı, qarşımızdakı insanı incitməməliyik. Həyatın əsas amalı məhəbbət və xeyirxahlıqdır”.
Xatırladaq ki, Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə ikinci dəfədir keçirilir.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05

