Kukla Teatrının yaradıcı kollektivi yeni səhnə əsəri hazırlayır
28.01.2020 [17:24]
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı uşaqlar üçün yazılıb, lakin böyüklər üçün əngin amalları ehtiva edən “Balaca qara balıq”ın hüznlü hekayəsini səhnəyə daşıyır.
Teatrın bu mövsüm yaradıcılıq planında yer alan tamaşanın səhnələşdirəni Həmidə Rüstəmova, quruluşçu rejissoru Namiq Ağayev, quruluşçu rəssamı İqbal Əliyevdir. Musiqi tərtibatlı tamaşa üç aktyorun kuklalar və paralel olaraq canlı planda oyunu ilə fərqlənəcək.
Teatrın aparıcı aktyorları Aygül Ağayeva, Cavid Telman və Günay Əhmədin canlandıracaqları obrazlarda əsərin ideya tələbinə uyğun olaraq müəyyən texniki həll və mətn dəyişiklikləri aparılıb.
Səhnə əsərinə məhz bütün mübarizələrin, nəticəsindən asılı olmayaraq, mübarizi qalibdir düşüncəsi ilə yanaşan kuklaçılar tamaşaçılara cəsarətli balığın yeni sular kəşfini maraqlı boyalarla təqdim edəcək.
Hekayənin səhnələşdirəni Həmidə Rüstəmova AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib ki, bir çoxumuzun arzularında gizlənən azadlıq, hür yaşamaq istəyi “Balaca qara balıq”ın timsalında özünün mükəmməl bədii həllini tapıb. Dramatik sonluqla bitən balaca balığın hekayəsini teatrın ümumi ideya və meyarlarına uyğun formada hazırlayacaqlarını da əlavə edərək balığın ölümü və nəticəsiz mübarizəsini fərqli formada, bir növ, bütün həqiqətlərin əbədi qələbəsi kimi verəcəklərini bildirib.
Tamaşanın quruluş müəllifi, məşhur kuklaçı rejissor Namiq Ağayev hər kəsə bəlli balıq-insan dramını elə bütün tamaşaçılar üçün baxımlı edəcəyini vurğulayıb: “Balaca qara balıq mövcud həyat tərzi ilə barışmır. O, arxdan çıxmaq, böyük dünyaya qovuşmaq istəyir. Ətrafdakı mühafizəkar balıqlar isə onun bu istəyini əsla anlamır və bir ağızdan deyirlər: – Başqa dünya yoxdur! Dünya elə gördüyün bu dünyadan ibarətdir.
Balaca Qara Balıq nə anasının yalvarışlarına, nə də qonşularının tənələrinə məhəl qoymayaraq, özündə ətalət mühitini tərk gücü tapır. Onun bu hərəkəti digər balaca balıqları da cəsarətləndirir. Beləcə getdiyi hər yerdə, üzdüyü hər suda özünün mübarizlik toxumlarını səpən balaca qəhrəmanımız çoxillik rejissor fəaliyyətimdə mənim də ideal obrazlarım sırasındadır.
Nağılçı, Kərtənkələ, Balıqudan, Naqqa və Balaca Qara Balıq obrazlarının səhnə canlanmasını reallaşdıracaq aktyor üçlüyü də səhnə işini maraqla məşq etdiklərini deyirlər.
Fərqli kukla texnikalarını ümumi konsepsiya daxilində məşq prosesinə qoşan və beləcə onlardan əl, bədən və səs olaraq fərdi kukla idarəetməsi tələb edən, bu manevrlər içərisindən vəziyyətə uyğun tərzdə oyunu seçən rejissorla işi zəhmətli və həm də maraqlı hesab etdilər.
Quruluş müəllifi və heyətin iddialı olduğu tamaşa martın sonlarında teatrsevərlərin ixtiyarına veriləcək.
Xəbər lenti
Hamısına baxSosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50

