XEYRƏDDİN QOCA - 60
29.01.2010 [12:02]
Yazıçı Xeyrəddin Qoca Azərbaycan publisistikasına töhfələr verən, Mirzə Cəlilin irsini XX əsrin sonlarına uyğunlaşdıran, Ə.Haqverdiyevin “maral”larını 80 il sonra yenidən qamçılayan, Bakı ilə İstanbul arasında diplomatik əlaqələrin möhkəmlənməsində rolu olan, Milli Məclisdə təkcə söz deməyən, həm də söz yazan, ən nəhayət, sadə Azərbaycan vətəndaşıdır. Təbiəti etibarilə orijinal, maraqlı bir insan olan Xeyrəddin Qoca oxucu ilə ütülü, ibarəli danışmır. Siyasət adamı, vətənpərvər publisist, kəskin və dolğun yazıların müəllifi, gülüşü göz yaşı ilə müşayiət olunan satirikdir.
Xeyrəddin Qoca sözsüz ki, Azərbaycan ictimai və ədəbi fikrində özünü təsdiqləmiş şəxslərdəndir. Düz 40 il əvvəl yaradıcılığına jurnalist məqalələri ilə başlayan yazıçı tədricən öz ampulasını genişləndirərək artıq, ədəbi simaya çevrilib. O, bir sıra kitabların, pyeslərin, mətbuatda minlərlə məqalələrin müəllifidir.
Ədib əsərlərində mühüm ictimai məsələlərə toxunur, oxucusunu uydurmalar, illüziyalar aləmindən ayırıb, real həyata gətirir, nöqsanları vətəndaş mövqeyindən tənqid edir.
Tanınmış qələm sahibinin yumorlu istehzası öz tərzinə görə klassiklərimizin istehza tərzinə söykənirsə, onun istər təmsillərinin, istər atmacalarının, istərsə də süjetli hekayələrinin məzmunu təzədir, günümüzün adamlarıdır, cəmiyyətdir, jurnalistlər, yazıçılar aləmidir.
“Filankəslər”, “Marallar”, “Hərə öz payını götürsün”, “Gərək yazam...”, “Bu da belə həyatdır...”, “Bu dünyadan məktublar”, “Pyeslər...” kitablarındakı əsərlər oxucunu təkcə güldürmür, həm də düşündürür. Ədib xalqın həyatını yaxşı bildiyinə görə əsərlərində xalq ruhunun güclü təsiri duyulur.
Günümüzün acı həqiqətlərini satirik qələmlə oxuculara çatdıran yazıçı öz “marallar”ının hər cür sifətini bacarıqla açır. Tiplərini söz qılıncı ilə yaralayan ədibin uğuru bir də ondadır ki, o mövzulara çox konkret yanaşır və onları öz oxucularına sadə, oxunaqlı ifadələrlə, yığcam və inandırıcı şəkildə çatdırır.
Yazıçı yaradıcılığında siyasətlə ədəbiyyatı birləşdirməyə də nail olur. Gündən-günə sayı göbələk kimi artan partiyalarda gedən proseslər, “siyasətçilər”in əməlləri, hərəkətləri və s. onun acı gülüşünə çevrilir.
X.Qoca güclü müşahidə qabiliyyətinə malikdir. Nöqsanları, çatışmazlıqları hamı görür. Ancaq o, tək müşahidə ilə kifayətlənmir, onların səbəblərini açaraq, canlı obrazlar yaratmağa müvəffəq olur, ən ümdəsi nəticə çıxarmağı oxucunun öhdəsinə buraxır.
Dramaturq həm də maraqlı komediyalar müəllifidir. Onun jurnalistlikdən yumora, sonra satiraya, daha sonra dramaturgiyaya gəlməsində bir qanunauyğunluq var. Pyeslərində hadisələrə dərin bir baxış olmaqla yanaşı, ictimai ziddiyyətlərə ciddi münasibət aydın görünür.
“Hərənin öz payı...” komediyası X.Qocanın ilk səhnə əsəridir və uzun zaman Akademik Milli Dram Teatrının repertuarında yer alıb. Mətbuat “Hərənin öz payı...” pyesinin səhnə təcəssümünü çox yüksək qiymətləndirib.
Ədibin “Qonşulaşma, qohumlaşma, kirvələşmə” komediyası Azərbaycan Milli Televiziyasında ekran həyatı tapıb. “Bu bizim zəmanədir”, “Düzü-düz, əyrini-əyri”, “Toy olacaq...” adlı pyesləri Milli Radionun efirində yayınlanıb.
Bu günlərdə akademik İsa Həbibbəylinin mətbuatda dərc olunmuş “Həyati proseslərin axarında” məqaləsində müəllif qeyd edir ki, hazırda Xeyrəddin Qoca yeni dövr Azərbaycan ədəbiyyatında satirik nəsr və publislistika sahəsində mövcud boşluğu aradan qaldırmağa şərəflə xidmət edən ən aparıcı yazıçı-publisistdir. Məhz onun yorulmaz satirik kimi ardıcıl yaradıcı fəaliyyəti ilə ədəbiyyatımızda həmin boşluq hiss olunmur.
Yazıçı Xeyrəddin Qoca müstəqillik dövrü Azərbaycan ədəbiyyatında miniatür satirik nəsrin əsas yaradıcısı kimi tanınır. Xeyrəddin Qoca Azərbaycan ədəbiyyatında Əbdürrəhim bəy Haqverdiyevdən sonra müasir həyatın “marallar”ının bədii obrazını yaratmağa müvəffəq olmuşdur. Onun “marallar”ı Molla Nəsrəddin “marallar”ının davamçıları, xələfləridir... Bütövlükdə ədibin çoxcəhətli yaradıcılığı yeniləşməyə, mənəvi kamilliyə, əqidə bütövlüyünə, sabit ictimai mövqeyə xidmətə ünvanlanıb...
Xəbər lenti
Hamısına baxSiyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44

