Bu gün ayın üçüdür...
03.04.2023 [13:56]
Müəllifsiz kimi təqdim edilən əsərin gerçək sahibi kimdir?
MÜŞFİQƏ
Bu gün ayın üçüdür,
De, gülüm, nanay nay naninay
Misraları oxuduqca sizdə də zümzümə etmək istəyi yarandı? Şeirin səsi var. Rəşid Behbudovun səsidir o səs. Bu mahnı görkəmli sənətkarın ifasında ən yüksək zirvəsinə ucaldı, yaddaşımızda əbədiləşdi. O qədər sevildi ki, hətta bir qisim insanlar məhz toylarını ayın üçünə təyin edib, bu mahnı ilə qol qaldırıb oynadılar. Mahnının yaratdığı müsbət enerji danılmazdır. Ürəklərdə asanlıqla yer tapmasına səbəb həm ritmik gücü, həm də sözlərindəki səmimiyyətdir:
Bu gün ayın üçüdür,
De, gülüm, nanay nay naninay,
Girmə, bostan içidir,
Yar, girmə, bostan içidir.
Dodaqların bal-şəkər (xam şəkər), hey!
Dilin badam içidir,
Yar, dilin badam içidir.
Görəsən, nə üçün məhz ayın üçü? Niyə təqvimin bu tarixinə mahnı yazılıb? Əfsuslar olsun ki, məşhur xalq mahnımız haqqında, demək olar ki, informasiya yoxdur. İnsana nikbinlik və xoşbəxtlik aşılayan əsər internetdə müəllifsiz-anonim deyə təqdim edilir.
Araşdıranda məlum olur ki, sən demə, mahnının müəllifi də, yaranma tarixi də məlumdur. Belə ki, "Bu gün ayın üçüdür" kimi tanıdığımız mahnının digər adı "Qalalı" olub və XIX əsrin sonlarında yaranıb. Bu barədə musiqişünas Aygün Əliyeva qəzetimizə açıqlamasında deyib. Onun sözlərinə görə, əsər Şuşa qalasında yaranıb və daha sonra sorağı bütün elə-obaya yayılıb: “Müəllifsiz kimi təqdim olunan əsər Cabbar Qaryağdıoğluna məxsusdur. Hüseynqulu Sarabski isə mahnının ilk ifaçılarından olub. Hətta 1930-cu ilə aid lent yazısı da mövcuddur. Onu tarda Əsgər İsmayılov, dəfdə isə Sultan müşaiyət edib. Mahnının sözləri əslində “Qalalıyam, qalalı... de gülüm nanay, ay naninay” ilə başlayıb. Buna görə də digər adı “Qalalı” olub.
Araşdırdıqca bütün həqiqətlər gün üzünə çıxır. Mədəniyyətimiz torpağımız qədər müqəddəsdir. Damla-damla qanımıza hopan doğma və milli musiqimizi mütləq şəkildə qoruyub saxlamalı, gələcək nəsillərə çatdırmalıyıq. Bu işdə ən vacib öhdəlik isə hər birimizin üzərinə düşür.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54

