Bir balaban əfsanəsi...
07.12.2023 [14:47]
M.BAYRAMLI
Əzizim, balabanı,
Asta çal balabanı.
Hamının balası gəldi,
Bəs mənim balam hanı?
Bu, qədim el bayatısında adı keçən milli musiqi alətimiz balabandır. Bu səs möcüzəli, ruhani səsdir. Bu səs əski türk yurdu oğuz ellərindən ucalan ulu babalarımızın səsidir. İnsanın həzin duyğularını, sevgisini, nisgilini, könül fəryadını ifadə edir. Onun səsindəki həzinlik, inilti insanın könül pıçıltıları, qəlb sızıltıları ilə eynidir. Əbəs yerə, qərb musiqişünasları “balaban səsi insan səsinə çox yaxın yeganə musiqi alətir” deməyiblər. “Sarı gəlin”, “Gözəlim sənsən”, “Sən gəlməz oldun” dediyimizdə balaban ifası yada düşür.
Balaban sözü iki türk sözündən, “bala” və “ban” sözlərinin birləşməsindən əmələ gəlib. “Bala” kiçik, zərif, həzin mənalarını verirsə, “ban” isə dilimizin arxaik sözlərindən olub səs, ün mənasını daşıyır. Yəni “həzin səsli” alət deməkdir. Səslənməsinə və ölçüsünə görə müxtəlif növləri - aşıq balabanı, orkestr balabanı, pikkolo (cürə) balaban, bəm balaban, tenor balaban, alt balaban və s. var. Balaban ərik, qoz, tut və ya armud ağacından hazırlanır. Uzunluğu 28-30 santimetr olur və üzərində səkkiz dəlik açılır. Balabana qarğıdan hazırlanmış müştük taxılır və onun üzərinə keçirilmiş xamıt (qısqac) vasitəsilə alətin səsi nizamlanır.
Balabanın tarixi çox qədimlərə dayanır. Mingəçevir qədim yaşayış məskənində tapılan, e.ə əvvəl 1-ci əsrə aid sümükdən hazırlanmış nəfəsli musiqi alət balabanın ilk örnəyi sayılır. Digər tədqiqatçıların araşdırmalarına görə isə balabanın bir musiqi aləti kimi formalaşması təxminən 4-5 min il əvvəl baş verib.Bu çalğı alətinin adına “Kitabi Dədə Qorqud” dastanında, klassik Azərbaycan şairlərinin əsərlərində rast gəlinir. XI əsrdə Qətran Təbrizi divanının bir neçə yerində bu musiqi alətinin adını çəkib. Dahi musiqişünasımız Ədbülqadir Marağalının əsərlərində də balabanın adına rast gəlinir. O dövrün balaban ustalarının adı, təəssüf ki, dövrümüzə gəlib-çıxmayıb. Yalnız XVI əsrdə yaşamış şair və tarixçi İsgəndər Münşi öz əsərlərində Ustad Əsəd, Ustad Hüseyn və Şahməmməd kimi ifaçılarının adını qeyd edir. Çağdaş Azərbaycan balaban məktəbinin yaradıcısı isə yastı balaban ustası Əli Kərimov olub.
1931-ci ildə isə Xalq Çalğı Alətləri Orkestrinin tərkibinə daxil edilib və aparıcı alət hesab olunub. Üzeyir Hacıbəyovun “İkinci fantaziya”, Müslüm Maqomayevin “Azərbaycan çöllərində”, Hacı Xanmmədovun “Simfoniyetta” və bir sıra digər əsərlərində balabanın solo ifasına geniş yer ayrılıb.
Məlum olduğu kimi, Azərbaycan və Türkiyənin birgə hazırladığı “Balaban/mey sənətkarlığı və ifaçılıq sənəti” çoxmillətli mədəniyyət elementi Qeyri-Maddi Mədəni İrsin Mühafizəsi Komitəsinin 18-ci sessiyasında UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Təmsilçilik Siyahısına (İCH) daxil edilib. Artıq Azərbaycanın Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısında 23 elementi var.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

