III Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı nə ilə yadda qaldı?
22.12.2023 [16:08]
MÜŞFİQƏ
Xəbər verdiyimiz kimi, dekabrın 15-də III Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı başladı. Azərbaycan müğənnilərinin vokal potensialını üzə çıxarmağa imkan verən tədbir Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dəstəyilə təşkil olundu. Festivalın ideya müəllifi və bədii rəhbəri isə Əməkdar artisti Ramil Qasımov idi. Festivalın proqramı bir çox mədəni müəssisələri əhatə etdi.
Festivalın ilk günü Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Klassik vokal ifaçılığı və onun əsasları” adlı konfrans keçirilib. Muzeyin rəhbəri Alla Bayramova çıxışında III Azərbaycan Beynəlxalq Vokalçılar Festivalının önəmini vurğulayıb.
Eləcə də Festival çərçivəsində Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin “Mezzo Piano” adlı konsert təşkil olunub. Məktəbin şagirdlərinin ifasında klassik ariyalar səsləndirilib. Gənc istedadlar Fərid Ziyalı, Mehriban Qasımova, Aydın Əliyev, Rasimə Cəfərova, Məryəm Bağırova, Ülkər Əliyeva, Orxan Cabbarov, Rauf Məmmədzadə, Anar Həmidli, Araz Əsədli çıxış ediblər. Konsertmeysterlər Günel Rəhimova, Könül Abdullayeva, Səmra Həsənli olub.
Eyni zamanda, Bakı Musiqi Akademiyasının Opera studiyasında Cüzeppe Verdinin “Traviata” operası təqdim olunub. Azərbaycan Milli Konservatoriyasının milli vokal kafedrası tələbələrinin konsertində Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri ifa edilib. Operanın 170 illik yubileyinə həsr olunmuş tamaşada baş rolları Əməkdar artistlər İnarə Babayeva, Ramil Qasımov, Cahangir Qurbanov ifa ediblər.
III Azərbaycan Beynəlxalq vokalçılar festivalının üçüncü günü isə Gəncədə keçirilən konsertlə yadda qalıb. Xalq artisti Rafael Bayramovun dirijorluğu ilə Gəncə Dövlət Filarmoniyasının kamera orkestri doğma səhnədə çıxış edərək, Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa edib.
Xalq artisti Sevinc İbrahimova, Əməkdar mədəniyyət xadimi Mehparə Cəfərova, gənc ifaçılar Rüstəm Cəfərov və Vasif Bayramovun kompozisiyaları səsləndirilib. Tədbirə toplaşanlar, eləcə də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Taleh Yəhyayev, Mahir Tağızadə və Günel Hacıyevanın çıxışlarını hərarətlə qarşılayıblar.
Əfsanəvi müğənni Müslüm Maqomayevin repertuarında olan ən məşhur mahnılardan biri - “Azərbaycan” mahnısının ifa edilməsi tamaşaçılarda xüsusi coşqunluğa səbəb oldu. Məhz bu kompozisiya tamaşaçıların xahişi ilə konsertin sonunda təkrar ifa olunub.
Habelə Festival çərçivəsində müasir Azərbaycan bəstəkarlarının vokal əsərlərindən ibarət konsert olub. Bu əsərlərin bir çoxu ilk dəfə ifa edilib. Eləcə də dördüncü gününün proqramı Bülbülün Xatirə Muzeyində “Şuşadan İtaliyaya” adlı konsert proqramı ilə başlayıb. Bülbül adına vokal məktəbinin tələbələri dünya və Azərbaycan bəstəkarlarının əsərlərini ifa ediblər.
Festivalın növbəti gününün proqramına Beynəlxalq Muğam Mərkəzində yekun vurulub. Azərbaycanın Xalq artisti, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının professoru Azər Dadaşovun, Üzeyir Hacıbəyovun Ev-Muzeyinin direktoru, bəstəkar, Xalq artisti Sərdar Fərəcovun, gənc bəstəkarlar Tahir İbişov, Tural Məmmədli, Elvin Quliyev, Elnara Dadaşova, Qumru İmamverdiyeva, Toğrul Salmanovun əsərlərini Əməkdar artist Səidə Şərifəliyeva və gənc vokalçılar Şaban Cəfərov, İsmayıl Zeynalov, Şəfa Qəhrəmanova, Katibə Mehdiyeva, Atəş Qarayev, Mələk İsrafilova ifa ediblər. Xalq artisti Samir Cəfərovun ifa etdiyi və musiqisi Tural Məmmədliyə aid olan “Günəşim” əsəri tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.
Festivalın dördüncü gününə yekun vuran Əməkdar artist, III Beynəlxalq Azərbaycan Vokalçılar Festivalının ideya müəllifi və bədii rəhbəri Ramil Qasımov festival çərçivəsində keçirilən bu tədbirin ən əlamətdar gecələrdən biri olduğunu vurğulayıb.
Öz növbəsində, dekabrın 20-də Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində Azərbaycan milli musiqi teatrının banilərindən biri, SSRİ Xalq artisti Bülbülün xatirəsinə həsr olunmuş “Bülbül vokal məktəbi” adlı konsert proqramı təqdim olunub. Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri, Xalq artisti Polad Bülbül oğlu giriş sözü ilə konserti açaraq Bülbülün adının qorunub saxlanmasına görə minnətdarlığını bildirib.
Azərbaycanın Xalq artistləri Azər Zeynalov, Fidan Hacıyeva, Gülnaz İsmayılova, Əməkdar artistlər İlahə Əfəndiyeva, Ramil Qasımov, Fəridə Məmmədova, Elnarə Məmmədova, Anton Ferştandt, İnarə Babayeva, solistlər Mahir Tağızadə və Taleh Yəhyayevin ifasında Azərbaycan operalarından ariyalar səsləndirilib.
Konsert proqramının sonunda ilk dəfə olaraq bəstəkar Faiq Sücəddinovun İlqar Fəhminin “Rekviyem”inin sözlərinə yazılmış əsəri təqdim olunub. Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş bu əsəri Atəş Qarayev və Lalə Sultanlı ifa ediblər.
Ən nəhayət, III Azərbaycan Beynəlxalq Vokalçılar Festivalının təntənəli bağlanış mərasimi isə bu gün Heydər Əliyev Mərkəzində olacaq. Həmin gecədə xüsusi dəvət olunmuş qonaqların iştirakı ilə “Viva Puchchini” proqramında Cakomo Puççininin operalarından əsərlər səsləndiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45

