Qadın problemləri əsərlərdə - "E TİRAZ" sərgisindən reportaj
04.03.2024 [10:46]
Müasir İncəsənət Muzeyində rəssam Günel Ravilovanın qadın mövzusuna həsr olunan sərgisi keçirilir. Sərgidə Azərbaycanın xalq rəssamları, incəsənət adamları və müxtəlif sahələrdən olan digər tanınmış gənclər iştirak edirlər.
Bir-birindən fərqli və maraqlı əsərləri insanı dərindən düşündürür.
40-a yaxın rəngkarlıq və müxtəlif ölçüdə olan qrafik əsərlərinin tamaşaçılara təqdim olunduğu bu sərgidə qadınların bir çox problemləri tam çılpaqlığı ilə göstərilib.
Açılışda çıxış edən Xalq rəssamı, professor Arif Hüseynov bildirib ki, Günel Ravilova əsərlərində daha çox qadın obrazı və qadın problemlərinə toxunur. "Günel xanım həmişə axtarışda olan bir rəssamdır. Onun özünə aid qrafikaları, rəngkarlıq işləri var. Hər işdə də özünün fəlsəfəsi var. Bu fəlsəfə də odur ki, bütün qadınların problemlərini həll etmək istəyir. Məhz əsərlərində də bunu çox aydın əks etdirir", - deyə A.Hüseynov qeyd edib.
Rəssam var ki, çox vaxt eyni rəsmlərə müraciət edir. Günel xanım isə hər zaman qadınların xoşbəxtliyini, cəmiyyətdəki rolunu əsas tutaraq əsərlər yaratmaq istəyib. Rəssam əsərləri semantik mərkəzini tablonun daxilində deyil, yaradılmış obrazla onun seyrçisi arasındakı boşluğa köçürərək, şəkli tamaşaçıya ruhən “hopdurur”.
Qonaqlar arasında yer alan Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva qadın obrazına həsr olunan bu sərginin çox maraqlı olduğunu deyib. "Azərbaycanda rəssamlara yaxşı şərait yaradılıb. Onlar ictimaiyyətə öz əsərlərini belə sərgilər vasitəsilə göstərə bilirlər. Bu çox önəmlidir. Günel xanımın özünəməxsus yanaşması və üslubu var", - deyə deputat diqqətə çatdırıb.
Sonra çıxış edən Günel Ravilova hər dəfə əsərlərində qadın mövzusuna toxunduğunu vurğulayaraq deyib: "Mən əsərlərimdə qadın həyatını, yaşadığı dövrü, sevgisini göstərməyə çalışıram. İşlərimə baxdığınızda görəcəksiniz ki, əsərlər həyat tərzidir, danışan əsərlərdir, hamısında nələrisə deməyə çalışmışam".
Çıxışlardan sonra qonaqlar əsərlər sərgilənən zala üz tuturlar.
Əsərləri seyr edə-edə daha bir gənc rəssam yaxınlaşıram. Gənc rəssam Məryəm Məmmədova da qeyd edir ki, müəllifin əsərlərinin başlıca obrazı qadın olub: "Günel Ravilova özünə məxsus tərzi olan rəssamlardan biridir. Tanınmış rəssam hər zaman fərqli formalarda əsərlərini nümayiş elətdirir. Onun əsərlərində qadınlar əsas obrazdır".
Rəssamı narahat edən problemlərdən ən başlıcası cəmiyyətdə qadınlara qarşı doğulduğu andan münasibətlə bağlıdır. Cəmiyyətdə daimi təzyiq və qadınlara qoyulan sərhədlər səbəbindən mübarizə aparmaq çox çətinləşir və bununla qorxular yaranır. Ailə qurmamaq, müəyyən yaşa qədər layiqli ailə qurmağa vaxt tapmamaq, sosial statusuna uyğun olmayan bəy seçmək, hətta ömrünü tək keçirmək qorxusu - bütün bu inanclar nəsildən-nəslə keçir, çünki bütün bu çətinliklərdən keçmiş, qızlarını qorumağa çalışan analar özləri də istəmədən qorxularını onların üzərinə qoymağa başlayırlar.
Qeyd edək ki, Günel Ravilova sənətkar ailəsində böyüyüb. 1998-ci ildən indiyədək bir çox sərgilərdə uğurla iştirak edib. Həmçinin “Qadınlara qarşı zorakılıq” adlı sərgidə birinci yerə layiq görülüb. Onun möhtəşəm rəsmləri müxtəlif sərgilərdə nümayiş etdirilib, birinci yerə, bir çox mükafat və diplomlara layiq görülüb. Həmçinin onun “Fransız öpüşü” adlı əsəri Mənzər Hacıyeva Moda Evinin təşkil etdiyi “Paint a Scarf” müsabiqəsində birinci yerə və diploma layiq görülüb. Hazırda Günelin əsərləri həm şəxsi qalereyalarda, həm də dünyanın müxtəlif ölkələrində yerləşən muzeylərdə nümayiş etdirilir.
Sərgi martın 10-dək davam edəcək.
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33

