Bütün seçiciləri daha güclü Azərbaycan naminə partiyamızın namizədlərinə səs verməyə çağırıram
26.01.2020 [09:35]
29 saylı Səbail seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Aytən Hüseynova www.yap.org.az saytına müsahibə verib:
- Aytən xanım, Yeni Azərbaycan Partiyası qarşıdan gələn parlament seçkilərində namizədlər irəli sürərkən gənclərə də böyük önəm verib. Bu faktı hansı amillərlə izah edərdiniz?
- Hər kəsə məlumdur ki, fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcəkdir. Bu seçkilərdə iştirak üçün namizədliyim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüşdür. Bu, bir gənc kimi mənim üçün qürurvericidir və eyni zamanda, böyük məsuliyyətdir. Göstərilən etimada görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə öz dərin minnətdarlığımı bildirirəm.
Yeni Azərbaycan Partiyası bu gün öz sıralarında 740 mindən çox üzvünü birləşdirərək, nəinki Azərbaycanda, eyni zamanda, regionda ən güclü və nüfuzlu qüvvəyə çevrilib. Zamanın sınaqlarından uğurla çıxan Yeni Azərbaycan Partiyası siyasi xadim, müdrik rəhbər Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi siyasi xətt əsasında Azərbaycanın inkişafına, tərəqqisinə mühüm töhfələr verib.
Sevindirici haldır ki, cəmiyyətin ən dinamik təbəqəsi kimi çıxış edən gənclərin əksəriyyəti Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunurlar. Ümummilli Lider Heydər Əliyevin “Bizim müstəqil Azərbaycanın gələcəyi gənclərə məxsusdur, gənclərin əlində olmalıdır” sözləri bu gün tam təsdiqini tapıb. Partiyamız yarandığı ilk gündən etibarən daim sıralarında sağlam əqidəli, vətənpərvər, Azərbaycanın parlaq gələcəyi naminə bilik və bacarıqlarını əsirgəməyəcək gəncləri birləşdirib.
Bunun başlıca səbəbi ölkəmizdə həyata keçirilən gənclər siyasəti ilə yanaşı, partiyanın gənclərin düşüncə və ideyalarına xüsusi diqqət yetirməsidir. Bu gün Azərbaycanda savadlı və istedadlı gənclərin nailiyyətlər əldə etməsi üçün hər bir imkan yaradılıb.
- Sizcə, Azərbaycan gəncləri ölkəmizin ictimai-siyasi həyatında, inkişaf prosesində hansı səviyyədə inkişaf edir?
- Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvəsi kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur.
Müstəqil ölkəmizin bütün sahələrində - dövlət strukturlarında, təhsildə, səhiyyədə, orduda, sənayenin, kənd təsərrüfatının bütün sahələrində aparıcı qüvvə kimi gənclər öndə dayanırlar. Gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin olunması, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, asudə vaxtlarının təmin edilməsi, bu sahədə görülən işlər, həyata keçirilən çoxşaxəli tədbirlər Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin məntiqi davamı kimi cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla həyata keçirilir.
Bu günün gəncləri Azərbaycanın ictimai-siyasi həyatında daim fəallıqları ilə seçilir, öz düşüncə və baxışları ilə dünyada, ölkədə baş verən hadisələrə münasibətlərini bildirir, cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Partiyamızın sıraları keyfiyyət etibarilə gündən-günə zənginləşir, intellektual, fəal gənclər partiya sıralarına qoşulurlar.
Yeni Azərbaycan Partiyasının sıralarında gənclərin sayının durmadan artması isə Yeni Azərbaycan Partiyasında gənclik enerjisini artırmaqla gələcək inkişafımıza etibarlı təminat yaradır. Heç şübhəsiz, gənclərin partiyamıza axınının sürətlənməsində Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti xüsusi əhəmiyyət kəsb edir.
- 29 saylı Səbail seçki dairəsindən deputatlığa namizəd olaraq seçicilərlə görüşlər keçirirsiniz. Bu görüşlərlə bağlı təəssüratlarınız necədir?
- Əlbəttə ki, təəssüratım çox yüksəkdir. İnsanlar görüşlər zamanı parlament seçkilərində Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin siyasətinə səs verəcəklərini bildirirlər. Yeni Azərbaycan Partiyası da özündə bu amilləri birləşdirir.
Mən səs vermək hüququ olan hər bir şəxsi 9 fevral parlament seçkilərində daha güclü Azərbaycan naminə partiyamızın namizədlərinə səs verməyə çağırıram!
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

