/ / Öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmək niyyətinə görə dövlətimizi qınamağa heç kəsin siyasi və tarixi nöqteyi-nəzərdən haqqı yoxdur
Öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmək niyyətinə görə dövlətimizi qınamağa heç kəsin siyasi və tarixi nöqteyi-nəzərdən haqqı yoxdur
06.10.2020 [09:41]
Milli Məclisin deputatı Eldəniz Səlimov www.yap.org.az saytına müsahibə verib:
- Eldəniz müəllim, bu gün Azərbaycan Ordusu Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin azad olunması istiqamətində uğurlu hərbi əməliyyatlar keçirir. Bu barədə fikirlərinizi bilmək istərdik...
- Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu növbəti dəfə tarix, zəfər yazmaqdadır. İşğalçı və təcavüzkar Ermənistanın növbəti təxribatı nəticəsində yaranmış gərginliklə bağlı Azərbaycan Ordusu, Silahlı Qüvvələrimiz bütün cəbhəboyu əks-hücum əməliyyatına başlayıb və bir daha - 2016-cı ilin apelin döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında və bu ilin iyul - Tovuz hadisələri zamanı olduğu kimi, düşmənə, işğalçı orduya öz gücünü göstərir. Döyüş əməliyyatları, Ordumuzun zəfəri hələ də davam etməkdədir.
Müsəlləh və müzəffər Azərbaycan Ordusu işğal altında olan Cəbrayıl şəhərini, bır sıra kəndlərimizi və strateji yüksəklikləri işğalçılardan azad edib. İgid, qəhrəman, şanlı Ordumuz yenidən tarix yazdı, yazır və yazmaqdadır. Düşmənə ağır zərbələr vurulmaqda davam edir. Çünki bunu onlar - qana susamış, gözləri qandan doymayan ermənilər, işğalçı, təcavüzkar, nasist, faşist Ermənistan özü istədi və istədiyini də aldı, alır, alacaq.
Dəfələrlə xəbərdarlıq edilmiş, sərt mesajlar verilmişdi, “peşman olacaqlar” deyilmişdi, ancaq eşitmədilər, dinləmədilər, qulaqardına vurdular, sentyabrın 27-də səhər saatlarında yenidən qanlı təxribata əl atdılar, bütövlükdə atəşkəsi pozdular. Və Azərbaycanın da, Ordumuzun da anındaca çox sərt, çox kəskin, çox barışmaz üzünü gördülər.
- Oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan xalqına müraciət etdi. Cənab Prezident müraciətində atəşkəsin bərpa edilməsi üçün şərtlərini açıqladı. Bu barədə nə deyə bilərsiniz?
- Cənab Prezidentin Azərbaycan xalqına müraciəti tarixi bir müraciətdir. Dövlətimizin başçısı münaqişənin həlli ilə bağlı Ermənistanın, eləcə də beynəlxalq birliyin tutduğu mövqedən bəhs etdi, indiyə qədər olan prosesləri Azərbaycan xalqı ilə bölüşdü.
Cənab Prezident bir daha qeyd etdi ki, vəziyyətin bu həddə çatmasına görə işğalçı Ermənistan məsuliyyət daşıyır. Hərbi əməliyyatların dayandırılmasına gəlincə, cənab Prezidentin qeyd etdiyi kimi, işğalçılar bizim torpaqlarımızdan çıxmalıdır. Prezident İlham Əliyev Ermənistanın baş nazirinə də xəbərdarlıq etdi: “Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən işğal edilmiş torpaqlardan qoşunlarımızı çıxaracağam, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil”.
Paşinyan bu şərtlərə əməl etməsə, işğalçı ordunu bundan sonra da ağır nəticələr gözləyir. Təsəvvür edin, sentyabrın 27-də döyüşlər başlayandan bir neçə saat sonra bir neçə kəndimiz işğaldan azad olundu. İndiyə qədər isə Cəbrayıl şəhəri və onun bir sıra kəndləri, strateji əhəmiyyət kəsb edən Tərtərin Suqovuşan və Talış kəndləri, Füzuli rayonun bir neçə kəndi və strateji yüksəkliklər azad olunub. Hazırda düşmənə sarsıdıcı zərbələr endirilməkdədir.
Var olsun, Azərbaycan Ordusu, var olsun, düşmən üzərinə şığıyan, ona qan udduran, Zəfər dalınca Zəfər yazan Azərbaycan Silahlı Qüvvələri! Bu, son deyil, bu, son olmayacaq. Bizi hələ çox qələbələr, çox zəfərlər gözləyir.
Dövlətimizin başçısının qeyd etdiyi kimi biz haqq-ədalət tərəfindəyik: “Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq!”.
Bunu rəzil, bədnam, sərsəm paşinyanlar, digər yanlar da, ermənilərdən daha çox erməniçilik edən makronlar da yaxşı bilsinlər və eşitsinlər!
- Yeri gəlmişkən, Fransa Prezidenti Emmanuel Makronun Qarabağ məsələsi ilə bağlı mövqeyi Azərbaycan cəmiyyəti tərəfindən kəskin etirazla qarşılanır. ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Fransanın dövlət başçısının belə bir mövqeyi vasitəçilik missiyasına ziddir. Bu məsələyə münasibətinizi bilmək istərdik...
- Yaşanan son proseslər göstərdi ki, Azərbaycanın haqq mübarizəsinə xüsusilə qərəzli münasibət göstərən bəzi Qərb dövlətlərinin, institutlarının, media qurumlarının fəaliyyətini, obyektivliyini və peşəkarlığını şübhə altına almağa tam əsaslar var və onların bütün bu illər ərzində səsləndirdiyi humanizm, ədalət və demokratiya fikirləri yalnızca gözdən pərdə asmaqdan ibarət olub. Bununla belə, Fransa, Rusiya, ABŞ və beynəlxalq qurumlar danışıqların bərpasına çağırışlar edirlər. Halbuki, cənab Prezident son iki ildə Paşinyanın imtina etməsi səbəbindən danışıqlar prosesinin dalana dirəndiyini və dəfələrlə Ermənistanın müharibəyə hazırlaşdığını onların və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Bu çağırışların heç birinə nəinki adekvat, ümumiyyətlə reaksiya verilməyib. Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün mübarizəyə başladığı dövrdə isə Fransa Prezidenti Emmanuel Makron sentyabrın 30-da Riqada qəbuledilməz bəyanatlar səsləndirməyə başlayıb. Bu, ikili standartların bəlkə də dünya üzrə ən bariz nümunəsidir, xüsusilə də bunun Fransa tərəfindən edilməsi elə də təəccüblü deyil. Fransa tarixdə dəfələrlə müxtəlif xalqlara qarşı soyqırım törətmiş və qəsbkar bir dövlətdir. 1830-1962-ci illərdə Əlcəzair xalqı 132 il Fransanın müstəmləkəçiliyindən qurtulmaq üçün mübarizə aparıb və nəticədə 1,5 milyon əlcəzairliyə qarşı soyqırım törədilib. Digər bir böyük soyqırım Fransa tərəfindən Cibutidə həyata keçirilib.
Makrona tövsiyə edirik ki, Azərbaycana Dağlıq Qarabağla bağlı məsləhətlər və bəyanatlar verməkdənsə, Korsika xalqına öz müqəddəratını müəyyən etmək prinsipini bəxş etməklə əsl “demokratiya” nümunəsi göstərsin.
Makronun qeyd olunan bəyanatları münaqişənin nizamlanması üçün yaradılmış Minsk qrupunun həmsədri kimi Fransanın vasitəçilik fəaliyyətinə tamamilə zidd və qərəzlidir. Belə bəyanatlar qəti şəkildə beynəlxalq təhlükəsizliyin təmin edilməsinə xidmət edə bilməz və belə bəyanatlarla Fransa əslində münaqişənin davam etdiyi 30 il ərzində tərəflərə göstərdiyi fərqli münasibəti tam aşkarlığı ilə ortaya qoymuş oldu.
Azərbaycanın öz ərazi bütövlüyünü və dövlət sərhədlərinin toxunulmazlığını təmin etmək üçün ən ali hüququnu reallaşdırdığı bir vaxtda Fransa kimi dövlətlər beynəlxalq hüquqa və özlərinin bütün dünyaya elan etdikləri “sülh, ədalət və demokratiya carçılığı”na uyğun olmayan, yaraşmayan şəkildə hərəkət edirlər. Əlbəttə ki, öz suverenlyini və ərazi bütövlüyünü bərpa etmək niyyətinə görə dövlətimizi qınamağa heç kəsin siyasi və tarixi nöqteyi-nəzərdən haqqı yoxdur. Fransa kimi dövlətlərin və dövlət rəsmilərinin isə buna əlavə olaraq həm də mənəvi haqqı yoxdur.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

