/ / Əsli Kazımova: Milli həmrəyliyimiz düşmənlərimizin cəmiyyət içində ayrı-seçkilik yaratmaq arzularını puça çıxardı
Əsli Kazımova: Milli həmrəyliyimiz düşmənlərimizin cəmiyyət içində ayrı-seçkilik yaratmaq arzularını puça çıxardı
26.02.2021 [08:58]
Müsahibimiz Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımovadır:
- Əsli xanım, ölkəmizdəki siyasi həmrəylik milli birliyin daha da güclənməsində hansı rolu oynayır?
- Sosial Rifah Partiyası olaraq biz hər zaman milli maraqlarımızın qorunması, dövlətimizin və dövlətçiliyimizin inkişafı ilə bağlı məsələlərdə milli həmrəyliyin tərəfdarı kimi çıxış etmişik. Ötən ilin əvvəlindən başlayaraq ölkədə yeni siyasi konfiqurasiyanın yaranması siyasi partiyalar və təşkilatlar arasındakı münasibətlərin inkişafında yeni bir mərhələnin başlanğıcını qoydu. Bu, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün vacib şərtə çevrilməklə yanaşı, həm də siyasi münasibətlərin sivil, dialoq vasitəsilə tənzimlənməsində əsaslı rol oynayır. Milli maraqların, xalqın mənafeyinin qorunması, o cümlədən digər ümummilli məsələlərdə siyasi həmrəyliyin nümayiş etdirilməsi ümumi inkişafımız üçün vacib bir amildir.
- Ölkəmizdə mövcud olan siyasi həmrəyliyin Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm qələbədəki payını necə dəyərləndirmək olar?
- Ölkədə siyasi münasibətlərin dialoq səviyyəsində tənzimlənməsi bütün aspektlərdən önəmlidir və siyasi sabitliyin qorunmasına da öz töhfəsini verir. Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun cəbhədə düşmənlə mübarizə apardığı bir zamanda da ölkə daxilində siyasi həmrəyliyin daha da gücləndirilməsi zəruri şərtə çevrildi və bu mənada, Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiyanın Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanatı olduqca mühüm əhəmiyyət daşıdı. Vurğulamalıyam ki, buna qədər ötən ilin iyulunda Tovuz rayonu ərazisində baş verən erməni təxribatları zamanı analoji siyasi həmrəylik nümayiş etdirilmişdi və bu da xalqın Qarabağ məsələsində vahid mövqeyini özündə əks etdirmişdi. Vətən müharibəsi dövründə siyasi partiyaların sərgilədiyi mövqe isə bir daha onu sübut etdi ki, siyasi baxışlarından asılı olmayaraq hər bir partiya və ya vətəndaş torpaqlarımızın işğaldan azad olunması üçün bütün gücünü səfərbər etməyə hazırdır. Qeyd edim ki, Vətən müharibəsi zamanı nümayiş etdirilən həmrəylik Azərbaycana qarşı ikili standartlardan çıxış edən bəzi xarici qüvvələrə də layiqli cavab oldu. Bir məsələni xüsusi vurğulamaq lazımdır ki, milli həmrəyliyimiz düşmənlərimizin cəmiyyət içində ayrı-seçkilik yaratma arzularını puça çıxardı.
- Vətən müharibəsinin ardından regionda yeni siyasi-iqtisadi reallıqlar yaranıb. Sizcə, bu amil Azərbaycanın istər regional, istərsə də beynəlxalq mövqeyinə hansı təsirləri göstərir?
- Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat ölkəmizin Vətən müharibəsindəki qələbəsini rəsmiləşdirməklə yanaşı, Cənubi Qafqaz regionunda yeni siyasi-iqtisadi reallıqlar yaratdı. Ortaya çıxan bu yeni reallıqlar bölgədə sülhün və təhlükəsizliyin təmin ediləcəyi təqdirdə iqtisadi inkişaf üçün əsaslı zəmin vəd edir. Bu gün Avropa və Asiya, Şimal və Cənub üçün ən səmərəli iqtisadi inteqrasiya platforması məhz Cənubi Qafqaz, konkret desək Azərbaycandır. Ölkəmiz bu yeni reallıqda güc mərkəzi statusunda çıxış etməkdədir. Bu isə özlüyündə iqtisadi layihələrin təşəbbüsü və reallaşması ilə yanaşı həm də onun təhlükəsizliyinin və rentabelliyinin təmini istiqamətində Azərbaycanın gücündən müsbət mənada istifadə edilməsini aktuallaşdırır. Azərbaycan bu gün güclü regional siyasi aktora çevrilib. Bunu həm Avropa, həm də Asiyanın böyük dövlətləri etiraf etməkdədirlər. Hər bir ölkə və ya təşkilat Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu ifadə edir. Bütün bunlar isə özlüyündə ölkəmizin beynəlxalq nüfuzunu bir daha ortaya qoyur.
- Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ini ölkəmizin gələcək inkişafı baxımından necə dəyərləndirərdiniz?
- Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” gələcək onillikdəki inkişafımızın əsas istiqamətləridir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış və təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi kimi hədəflər müəyyənləşdirilib. Qarşıdakı onillikdə həyata keçirilməsi nəzərdə tutulmuş bu prioritetlər ölkə vətəndaşlarının sosial rifahının yüksəldilməsi ilə yanaşı, daha güclü və qüdrətli Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyacağını deməyə əsas verir. İşğaldan azad edilmiş torpaqlarımızda aparılacaq yenidənqurma və bərpa işləri isə ölkə iqtisadiyyatı üçün müsbət dividend vəd etməkdədir. Birmənalı olaraq gələcəyə yönəlik bu cür proqramlar istər regionun, istərsə də Azərbaycanın yeni inkişaf perspektivini yaradır.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03

