/ / ABŞ Prezidenti Co Baydenin “erməni soyqırımı” ifadəsini işlətməsi tarixi saxtalaşdırmaq cəhdidir
ABŞ Prezidenti Co Baydenin “erməni soyqırımı” ifadəsini işlətməsi tarixi saxtalaşdırmaq cəhdidir
27.04.2021 [08:33]
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rauf Əliyev www.yap.org.az saytına müsahibə verib:
- Rauf müəllim, bildiyimiz kimi, ABŞ Prezidenti Co Bayden 24 aprel tarixli bəyanatında uydurma “erməni soyqırımı” ifadəsini işlədib. Sizcə, belə bir addımın atılmasında məqsəd nədən ibarətdir?
- Erməni lobbisinin uydurma, yalan və saxta məlumatlara əsaslanan təbliğatına uyan ABŞ Prezidenti Co Baydenin aprelin 24-də səsləndirdiyi bəyanatda “soyqırımı” ifadəsini işlətməsi tarixi saxtalaşdırmaq cəhdidir. 106 il bundan əvvəl Birinci Dünya müharibəsi zamanı 1915-ci ildə baş verən hadisələrlə bağlı həqiqətlərin təhrif edilməsi bir daha ABŞ-ın ikili siyasət yürütdüyünü, beynəlxalq hüququ öz siyasətlərinə qurban verdiyini sübut edir.
Prezident Baydenin qondarma “erməni soyqırımı” ifadəsini işlətməsi haqlı olaraq qardaş Türkiyədə, Azərbaycanda və Türkiyəyə dost olan bütün ölkələrdə kəskin etirazlarla qarşılanıb. Tarixi faktlar göstərir ki, 1915-ci ildə Osmanlı dövlətində ermənilər qətlə yetirilməyib, əksinə həmin illərdə və sonralar türklər və azərbaycanlılar XX əsrin müxtəlif dövrlərində erməni faşistləri tərəfindən misli görünməmiş soyqırıma məruz qalıblar. Türkiyə rəhbərliyi dəfələrlə Ermənistana və bu məsələ ilə maraqlanan digər dövlətlərə müraciət edərək bildirib ki, Türkiyə 1915-ci il hadisələri ilə bağlı bütün tarixi məlumatları təqdim etməyə hazırdır. Ancaq həqiqətləri qəbul etməyən, ancaq yalan və uydurmalar üstündən siyasət quran Ermənistanı bu tarixi məlumatlar maraqlandırmır.
Baydenin bəyanatında “soyqırım” ifadəsinin indi dilə gətirilməsinin bir çox səbəbləri var. Birincisi, Co Baydenin Amerikada fəaliyyət göstərən erməni lobbisi ilə yaxın əlaqələri məlumdur. Bu səbəbdən o, seçkiqabağı kampaniyada Amerikada yaşayan ermənilərə verdiyi sözə əməl etdi. O, eyni zamanda, bununla son illərdə artıq heç kimdən aslı olmayan siyasət yürüdən, sürətlə inkişaf edən, güclənən, regionun şəksiz liderinə çevrilən, dünyanın güc mərkəzlərindən biri olan Tükiyəyə təsir göstərmək istəyir. Səbəblərdən biri də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının işğaldan azad edilməsi uğrunda apardığı 44 günlük Vətən müharibəsində Azərbaycana məğlub olan, kapitulyasiya aktını imzalayan Ermənistana, ümumiyyətlə ermənilərə təsəlli verməkdir. Bu bəyanatla ABŞ-ın hazırkı Prezidenti Co Bayden özündən qabaqkı prezidentlərdən fərqli olaraq erməni lobbisindən aslı olduğunu sübut etdi və yalançı, uydurma və saxta erməni tarixinə düşdü.
Azərbaycan hər zaman Türkiyənin yanındadır. Biz dost və qardaş ölkələrik. Prezidentimiz cənab İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng etməsi və ABŞ Prezidentinin mövqeyini tarixi səhv adlandırması birliyimizin sarsılmazlığının daha bir nümunəsidir.
- Bu bəyanat Cənubi Qafqaz regionunda mühüm proseslərin baş verdiyi dövrə təsadüf edir. Xüsusilə Zəngəzur dəhlizi məsələsi gündəmin əsas mövzularından biridir...
- Bəli, tamamilə doğrudur. 44 günlük Vətən müharibəsinin sonunda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları birgə Bəyanat əsasında yaradılacaq yeni Zəngəzur dəhlizi uzun illər blokadada olan Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, qədim Zəngəzurun qapılarını da uzun həsrətdən sonra böyük Türk dünyasının üzünə açır. Əməkdaşlıq və nəqliyyat baxımından Zəngəzur dəhlizinin yaradılması Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış sənədlər arasında ən mühüm element hesab edilir və bu, Ermənistan da daxil olmaqla bütün regional ölkələrin maraqlarına xidmət edir. Dəhlizin açılması, ilk növbədə, təcrid şəraitindən azad olunduğu üçün ölkə iqtisadiyyatına tam inteqrasiya oluna biləcək Naxçıvanın iqtisadı inkişafına hərtərəfli dəstək olacaq. Bu dəhliz sayəsində Naxçıvan dövlət büdcəsinə maliyyə baxımından baha başa gələn hava yolu ilə yükdaşımaları dəmiryolu ilə həyata keçirə biləcək.
Azərbaycan bölgədə davamlı sülhün bərqərar edilməsi üçün əsas vasitəni əməkdaşlıqda görür və buna görə də Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat əlaqələrinin bərpasını qətiyyətlə dəstəkləyir. Zəngəzur dəhlizinin yaradılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsinin yeni bir damarı açılacaq və bu da bölgə ölkələri arasında iqtisadi və ticarət əlaqələrinə müsbət təsir göstərəcək. Türkiyə bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yolu əldə edəcək ki, bu da öz növbəsində, ikitərəfli iqtisadi və turizm əlaqələrinin daha da inkişafına şərait yaradacaq. Digər tərəfdən, Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq və bu ölkənin Türk dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə imkan verəcək.
Zəngəzur dəhlizinin bölgə dövlətləri üçün təqdim etdiyi bütün imkanlar onu göstərir ki, bu dəhlizin reallaşması regional nəqliyyat şəbəkələrinin genişlənməsinə səbəb olacaq və bölgə ölkələri arasında qarşılıqlı iqtisadi əlaqələri stimullaşdıracaq. Bu dəhliz, həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və Orta dəhliz kimi beynəlxalq nəqliyyat dəhlizləri daxilində bölgənin əhəmiyyətini daha da artıracaq. Dəhlizin iqtisadi faydaları ilə yanaşı, onun reallaşması nəticəsində iqtisadi əlaqələrin genişlənməsi də bölgədə davamlı sülhün və təhlükəsizliyin qorunub saxlanmasına əhəmiyyətli dərəcədə töhfə verəcək.
- Necə hesab edirsiniz, bu layihə üçün hər hansı əngəl ola bilərmi?
- Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə, zorla həll edəcəyik. Ermənistanda da başa düşməlidirlər ki, Zəngəzur dəhlizi bu ölkənin illər boyunca yoluxdurulduğu dağıdıcılıq xəstəliyindən qurtulmasında, aclıq və səfalətdən xilas olmasında xüsusi rol oynayacaq. Dəhlizin açılması həm də vaxtilə bu ərazilərdə yaşamış azərbaycanlı əhalinin yenidən qayıdışı üçün imkanlar yarada bilər.
Göründüyü kimi, yeni reallıqlar Azərbaycanın geosiyasi və geostrateji mövqeyini daha da möhkəmləndirir. Artıq Azərbaycanın və regionun inkişafında yeni dövr, yeni era başlayır. Bu layihələrin gerçəkləşməsi isə regional inkişaf, əməkdaşlıq, bağlılıq üçün daha əlverişli imkanlar yaradacaq. Tezliklə xarici investorların da azad edilmiş torpaqlarımızda yeni layihələrə sərmayə yatırmaları, əlbəttə ki, iqtisadiyyatımızın daha da yüksəlişini təmin edəcək. Azərbaycan həm Qarabağın şöhrətini özünə qaytaracaq, həm də iqtisadi dividendlər qazanacaq. Bütün bunlar isə Azərbaycanın Cənubi Qafqaz regionunda ən sabit, ən qüdrətli və lider ölkə statusunun, mövqeyinin daha da möhkəmlənməsini şərtləndirəcək.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49

