Döyüşə gedəndə uşaqların hərəsinin bir tay corabını cibinə qoydu...
08.02.2022 [12:01]
Əzizə Fariz: Bilsəm ki, balam şəhid olacaq, yenə də atasının yolunu getməsini istəyərəm
İlhamə Rəsulova
“Ömrümdən bir gün daha azalır deyə, sevinirəm. Sənə qovuşacağım günün xoşbəxtliyini yaşayacağam deyə”. Bu sətirlər ömrünün baharında həyat yoldaşını, yeganə dayağını itirmiş gənc bir qadının dilindən şəhid həyat yoldaşına xitabən yazılıb.
Əzizə Həsənova II Qarabağ müharibəsi şəhidi Fariz Həsənovun həyat yoldaşıdır. Farizin şəhadətindən sonra onun adını öz adıyla qoşa işlədir, təxəllüs olaraq götürüb. Ürəyində sevgisini, adında adını yaşadaraq Əzizə Fariz olub. Bu günlərdə Əzizə xanımın Farizlə qoşa yaşadığı günlərin xatirəsinə həsr etdiyi “Sevən qəlbin fəryadı” adlı kitabı işıq üzü görüb. Şəhidimizin əziz xatirəsini Əzizə xanımla birlikdə yad edirik.
- Əzizə xanım, bu günlərdə kitabınızın təqdimatı oldu. Öncələr yaradıcılığa meyiliniz olub?
- Yox. Sadə, qapalı bir həyat keçirirdim, insanlar ya çox bədbəxt olanda, ya da xoşbəxt olanda qələmi əllərinə alırlar, könüllərindən süzülənlər kəlmələrə dönür. Təəssüf ki, mənim yazmaq səbəbim fəlakətimlə başladı. Fariz həmişə deyərdi ki, ömrümüzdən keçən gözəl xatirələri yaz saxla, vaxt gələr balalarımız oxuyar. O dünyasını dəyişəndən sonra bu dedikləri yadıma düşdü. Düşündüm ki, mən onun arzusunu həyata keçirməliyəm. Bu kitabı yazmaqla özümü Farizin vəsiyyətini yerinə yetirmiş hesab edirəm. Mənim üçün çox qürurvericidir ki, təəssüratlarımı, hisslərimi, duyğularımı, ən əsası sevgimi həkk etdiyim kitabımı oxucularla bölüşdüm və gələcək nəslə bir örnək kimi təbliğ etdim.
- “Bu xatirələr” deyərkən belə anladım ki, böyük bir sevginiz olub.
- Fariz mənim ömrümün çox çətin günlərində qarşıma çıxıb. Evin tək övladıydım. Anamla atam eyni ildə həyatlarını itirdilər. Tək qaldım. Bu çox acı bir sınaq idi. Onun dostu mənim rəfiqəmlə evli idi. Dostlarımız sayəsində tanış olduq. Ona qədər tanımamışıq bir-birimizi. 10 ay nişanlı qaldıq, o müddətdə mən Farizi yaxşı tanıdım. Və o gündən sonra ömrüm sanki onun ömrünə bələndi. Bir-birimizin ayrılmaz parçasına çevrildik. 8 il xoşbəxt evlilik həyatı yaşadıq. Bu 8 ildə 80 il yaşamış kimi bir ömrümüz oldu onunla. Sevgi dolu, arzu dolu.
- Başqa nə arzuları var idi?
- İstəyirdi mən ali təhsil alım. İstəyirdi balalarımız da ali təhsilli olsun. Bu arzusunu da yerinə yetirdim. Bu il Odlar Yurdu Universitetinə qəbul olunmuşam. Uşaqların da keyfiyyətli təhsil alması üçün əlimdən gələni edəcəm.
- Bir hərbçinin xanımı olaraq əsgər həyatının çətinliklərini yaxşı bilirsiniz. Buna rəğmən oğlunuzun hərbçi olmağına razı olardınız?
- Nəinki razı olmaq, mən bilsəm ki, balam şəhid olacaq, yenə onun hərbçi olmasına, atasının yolunu davam etdirməsinə çalışacam. Bu Farizin istəyi idi. Bizim bir qızımız, bir də oğlumuz var. Fariz şəhid olandan sonra məni həyata bağlayan onlar oldu. Düşündüm ki, uşaqların xatirinə güclü olmalıyam. Farizin yadigarlarını atalarına layiq şəkildə böyütməliyəm. Mənim bütün ömrüm ona həsr olunub və hər addımımda, hər anımda onu yanımda hiss edirəm. Fariz indi də mənə sağkən olduğu qədər güc verir, ruh verir. Şəhid yarımı yaşatmaq uğrunda etdiyim mübarizədə hər an Farizimin varlığını hiss etdim, duydum. Bu mübariz ruhu mənə Fariz bəxş edib. Şəhid xanımı olaraq fəxr edirəm ki, seçilmiş bir insanın həyat yoldaşı olmuşam.
- Mənə biraz ondan danış
Duruşundan, yerişindən
Gəlişindən, gedişindən
Bacardıqca hər işindən
Nə bilirsən axır, çalış,
Mənə biraz ondan danış.
Sizinlə danışarkən bu misralar yadıma düşdü nədənsə.
- Fariz Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu (MAXE) idi. Hərbi xidməti sevirdi. Canında, qanındaydı bu onun. Aprel döyüşlərində də iştirak etmişdi. II Qarabağ müharibəsində onların komandasını Füzuliyə apardılar. Füzuli uğrunda gedən döyüşlərdə həlak oldu. Döyüş yoldaşları onun cəsur, qorxmaz bir insan olduğunu deyirdilər. Fariz həm ər, həm ata kimi çox həssas, ürəyiyumşaq insan idi. Evə gələndə həmişə isti çörək alıb gələrdi. Çörəyi kəsib öncə uşaqlara iylədirdi, deyirdi bu qoxunu hiss edərək böyüsünlər ki, çörək qədri bilsinlər. Ürəyi uşaqlarla idi. Döyüşə gedəndə uşaqların hərəsinin bir tay corabını cibinə qoydu, darıxanda yanında olsun deyə. Uşaqlar meyvə şirəsini çox sevərdilər deyə, hər evə gəlişində mütləq isti çörək və uşaqların diliylə desəm, “çöplü sok” gətirərdi. Son dəfə yola düşəndə taksiyə vermək üçün 4 manat istədi, mən beş manat verdim. 1 manatı geri qaytardı ki, mənim əvəzimdən son dəfə onlara “çöplü sok” al. Hər dəfə evdən çıxanda uşaqları mənə tapşırardı. Son dəfə məni oğluma tapşırdı. “Anan sənə əmanətdi, evin kişisi sənsən” dedi. Onun şəhid olacağını bir gün öncədən yuxuda görmüşdüm. Bir təsəllim var. Hamımız bu dünyadan gedəcəyik. Kimlərsə adi ölümlərlə, kimlərsə şəhid kimi. Onun ölümü də həyat yolu kimi şərəfli oldu. O şəhid olmağı arzulayırdı. Televizorda şəhidlər haqqında hansısa bir proqram veriləndə həmişə deyirdi, “nə xoş onlara, kaş Allah mənə də belə bir ölüm qismət etsin”. Deyərdi ki, şəhid olsam, elə et ki, kimsə sənin ağlamağını görməsin. Və bir də deyərdi ki, şəhid olsam, mən sənə bu dünyadakından daha çox kömək etmiş olacam. Sən şəhid xanımı kimi bir adın daşıyıcısına çevriləcəksən. Bu nə qədər acı olsa da, bir o qədər şərəfli bir sınaqdır. Canımın yandığı qədər də fəxr edirəm onunla. Şəhid əmanətinə sevgisi, dəstəyi, təsəllisi olan bu xalq var olduqca şəhidlər yaşayacaq. Bu duyğudur məni, mənim kimi minlərlə qadını ayaqda tutan. Yaxşı ki, varsınız, yaxşı ki, sizin kimi xalqım, millətim var. İndi tək istəyim var. Kitabımın ssenarisi əsasında film çəkilməsini istərdim. Bir hərbçinin ömür yolunu işıqlandıran bu film bütün şəhidlərimizin ruhuna ithaf olardı.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

