Bizim söyləyəcəyimiz sözlər çoxdur
31.10.2010 [23:44]
- Musa müəllim, Sosial siyasət komitəsinin üzvü kimi, millət vəkili olaraq ötən beş il ərzində Milli Məclisin fəaliyyətini necə qiymətləndirirsiniz?
- Millət vəkilinin funksiyaları əsasən üç sahəyə bölünür: qanunvericilik siyasəti, beynəlxalq aləmdə Azərbaycanın apardığı siyasətin dəstəklənməsi, bu sahədə Azərbaycanın təmsil olunması, seçicilərin yerli problemlərinin həlli sahəsində işin aparılması. Şübhəsiz ki, digər millət vəkilləri kimi mən də çalışmışam ki, öz fəaliyyətimdə bu üç sahəni əhatə edim.
ümumiyyətlə, ötən beş il ərzində Milli Məclisin beynəlxalq siyasətdə fəaliyyətini yüksək qiymətləndirirəm və düşünürəm ki, ölkəmizin təmsil olunduğu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycanın deputat qrupu fəal iştirak edib. Mən də son beş ildə Parlament Assambleyasında digər həmkarlarımla birlikdə Azərbaycanı təmsil etmişəm. Bu qrupa daxil olan 12 dövlətin ərazisində müxtəlif vaxtlarda konfranslar keçirilib, dinləmələr olub və bütün bu dinləmələrin, konfransların gündəliyinin necə olmasından asılı olmayaraq biz imkan tapan kimi, Dağlıq Qarabağ məsələsini, Azərbaycanın qaçqın və məcburi köçkün vətəndaşlarının problemlərini və işğal olunmuş ərazilərimizin azad olunması məsələsini qaldırmışıq.
- Təbliğat-təşviqat kampaniyasına start verilən vaxtdan indiyədək seçicilərlə çoxlu sayda görüşləriniz olub. Seçici fəallığı barədə nə deyə bilərsiniz?
- Seçicilərlə işin daha yaxşı təşkil olunması üçün Milli Məclisdə yeni, çox mühüm bir addım atıldı, deputat köməkçisi institutu yaradıldı və bütün regionlarda hər bir dairədən seçilmiş deputatın köməkçisinin, deputatın qəbul otağının olması məsələsi artıq öz həllini tapdı. Bizim də Gəncə şəhərində - həm Kəpəz rayon İcra Hakimiyyətinin binasında, həm də YAP Gəncə şəhər təşkilatında deputat otağımız var, bütün ilboyu fəaliyyət göstərmişik. Ayda bir dəfə isə biz, qrafik üzrə, seçicilərlə görüşlər keçirmişik. Eyni zamanda, qrafikdənkənar Bakıda, kim bizimlə görüşə gəlibsə, Milli Məclisdə onları qəbul etmişəm. 1500-ə yaxın ərizə, məktub, şikayət və təkliflər daxil olub ki, onların da hamısına müvafiq cavablar vermişik. Təxminən daxil olan müraciətlərin 80 faizə qədəri müsbət həllini tapıb. Əsasən şikayətlərin çoxu şəxsi xarakterli problemlərlə bağlı olub və bu problemlərin içərisində məhkəmə çəkişmələri, müəyyən kommunal problemlər var ki, bunların da böyük əksəriyyəti icra hakimiyyətinə göndərilib və həmin məsələlər də öz həllini tapıb.
- Təbliğat prosesi zamanı YAP-ın seçki proqramının üstünlükləri özünü hansı səviyyədə göstərir?
- Yeni Azərbaycan Partiyasının namizədi olmaq həm şərəfli bir işdir, həm də ki, bu namizədin arxasında böyük güc, dəstək və etimad dayanır. Partiyamızın Sədri, cənab Prezidentimiz İlham Əliyev qısa müddət ərzində respublikamızda o qədər böyük işlər görüb ki, həm respublikamızın sosial-iqtisadi inkişafında, həm beynəlxalq nüfuzunun yüksəlməsində, ordu quruculuğu prosesində, ümumiyyətlə, Azərbaycan dövlətinin qüdrətinin artmasında bunlar öz əksini tapır. Hər halda, bizim söyləyəcəyimiz sözlər də çoxdur və seçicilərin qarşısına çıxmağa üzümüz ağdır. Yeni Azərbaycan Partiyası çox real işlərə söykənən bir partiya olduğuna görə, gələcək perspektivləri də düzgün müəyyən etmək və bu barədə seçicilərə məlumat vermək işi asandır. Cənab Prezident deyir ki, “bizim siyasətimiz bizim işimizdir”. Bu mənada, biz də seçicilərə yalnız görə biləcəyimiz real işləri vəd veririk. Odur ki, bizim seçki kampaniyamız rəngarəngliyi və zənginliyi ilə digər namizədlərin seçki kampaniyasından fərqlənir. Respublikamızın digər dairələrində, həmçinin, Gəncədə də bəzi müxalifət nümayəndələri öz namizədliklərini irəli sürüblər. Bu, onların konstitusion hüququdur. İqtidar partiyası da, Azərbaycan dövləti də onlara bu hüquqları və şəraiti yaradıb. Amma onların bəziləri televiziya ekranlarında, qəzetlərdə seçkilər haqqında Azərbaycan iqtidarının ünvanına, Yeni Azərbaycan Partiyasının ünvanına o qədər əsassız, reallığa uyğun olmayan sözlər söyləyirlər, yalan danışırlar, böhtan atırlar. Əslində bu bizim opponentlərin seçki mədəniyyətinin səviyyəsinin göstəricilərindən biridir. Əminəm ki, həmişə olduğu kimi, bu metod yenə də effekt verməyəcək. Seçicilər artıq kimin kim olduğunu bilir, hansı partiyanın xalqa nə qədər doğma, nə qədər yaxın olduğunu bilir və inanıram ki, bu seçkilərdə də həmişə olduğu kimi, xalq yenə də YAP-ın namizədlərinə səs verəcək.
- Hər dəfə demokratik prinsiplərə uyğun olaraq, seçkilərdə yeni mütərəqqi forma və metodlar tətbiq olunur. Bu parlament seçkilərinin fərqli cəhətləri necə xarakterizə olunur?
- Yeni Azərbaycan Partiyası hər dəfə seçkilərə daha müasir, daha təkmil texnologiyalar ilə qatılır. Bu dəfəki seçki texnologiyası da özünün kifayət qədər dinamik, seçiciyə daha yaxın olması, partiyanın fikrinin seçiciyə çatdırılması mexanizminin daha yüksək səviyyədə olmasına görə fərqlənir. Yeni Azərbaycan Partiyası Gəncədə çox böyük nüfuza malik, geniş ictimai dəstəyi əhatə edən bir partiyadır, üzvlərinin sayı 25 min nəfəri keçib. Onun 6 mindən çoxu mənim namizədliyim irəli sürülən dairədə seçicidir. Mən çox şadam ki, bu seçki kampaniyasına könüllü gənclər, xüsusən partiyamızın gənc üzvləri fəal surətdə qoşulublar. Onlar bu kampaniyada iştirak etməklə həm özlərinin siyasi təcrübələrini artırırlar, həm də Vətən və partiya qarşısında öz vətəndaşlıq borclarını yerinə yetirirlər. Biz bir neçə texnologiyalardan istifadə edirik. Bunlardan ən çox qiymətləndirdiyimiz namizədlərlə, namizədlərin vəkilləri və təbliğat qrupunun üzvləri ilə seçicilərin qapıdan-qapıya görüşlərinin təşkil olunmasıdır. Bizim təbliğat qrupunun üzvləri yaşadıqları və ya aidiyyəti olduqları ərazilərdə seçicilərlə görüşürlər, bizim platformamızı ictimaiyyətə çatdırırlar. İmkan daxilində, mən də seçicilərimlə fərdi görüşürəm. Bu da seçkilərdə yüksək effekt verdiyini və daha səmərəli olduğunu göstərməkdədir. Digər tərəfdən, biz kütləvi görüşlərə də üstünlük verir və çalışırıq ki, bu görüşlərə daha çox həmin ərazidə yaşayan, problemi, narazılığı olan seçiciləri cəlb edək. Biz o problemləri öyrənib, həll etmək istiqamətində müvafiq icra hakimiyyəti orqanlarında məsələ qaldırmağı düşünürük, həm də o insanlara ola bilsin ki, subyektiv amil təsir edir, onları müəyyən qədər narahat edən faktorların aradan qaldırılmasında çalışırıq ki, bu görüşlərdən səmərəli istifadə edək.
Bizim vəkillərimiz arasında kifayət qədər Gəncəni yaxşı tanıyan, dövlət quruculuğu proseslərini yaxından bilən alimlər, ziyalılar var, onlar seçicilər arasında xüsusi hörmətə malik olan insanlardır. Onların da bizim kampaniyanın qurulmasında böyük əməyi var.
Yeni Azərbaycan Partiyası bu seçkilərə “Güclü dövlət, yüksək rifah” şüarı ilə qatılıb, biz çalışırıq ki, bu şüarın mahiyyətini seçicilərimizə çatdıraq və bir daha seçicilərimizi dövlətimizin, Azərbaycan Respublikası Prezidentinin ətrafında sıx birləşməyə, Azərbaycanın daha güclü, daha qüdrətli dövlətə çevrilməsinə öz töhfələrini verməyə çağırırıq.
Xəbər lenti
Hamısına baxMaraqlı
21 Yanvar 21:19
İqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11

