17 iyun həkimlər üçün həm də bir hesabat günüdür
17.06.2022 [13:03]
Ümummilli lider Heydər Əliyevin 4 iyun 2001-ci il tarixdə imzaladığı Sərəncamla 17 iyun hər il Azərbaycanda səhiyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu əlamətdar gündə mama-ginekoloq, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun dosenti, tibb üzrə fəlsəfə doktoru Xəyalə Təhməzi ilə həmsöhbət olduq. Müsahibimiz səhiyyənin bu günü, inkişafı, uğurları və qayğıları ilə bağlı suallarımıza aydınlıq gətirdi.
- Tibb işçilərinin peşə bayramında bir həkim kimi həyatınızı həsr etdiyiniz sahəyə baxışınız maraqlıdır.
- Əslində 17 iyun biz həkimlər üçün həm də bir hesabat günüdür. Peşə bayramının təsis olunmasında, bu günün özəl qeyd edilməsində məqsəd həm tibb işcilərinin zəhmət və əməyinə, elminə, fədakarlığına hörmət və ehtiramı göstərmək, həm də onların bizim sağlamlığımızın qorunmasinda göstərdikləri xidmətlərə diqqət yetirmək, ölkə tibbinin inkişafina və nailiyyətlərinə nəzər yetirməkdir. Əlbəttə, danışmağa, qeyd etməyə uğurlarımız da, qayğılar da var...
- Bir ziyalı olaraq səhiyyənin mövcud durumunu necə qiymətləndirirsiniz?
- Öncə xatırlatmaq lazımdır ki, ulu öndər Heydər Əliyevin 2001-ci il tarixli fərmanı hər il iyunun 17-də Azərbaycan Respublikasında tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu günü peşə bayramı günü kimi qeyd etməyi tibb işçilərinə ərməğan edən ulu öndərimiz Heydər Əliyevin səhiyyə sistemində fədakarcasına çalışan tibb personalına, həkimlərə, ziyalı alimlərə göstərdiyi diqqətin, qayğının təzahürü idi. Etiraf etmək lazımdır ki, bu gün də cənab Prezident İlham Əliyevin rəhbərliyi altında səhiyyədə çalışan çoxsaylı tibb işçilərinə eyni qayğı, diqqət davam etdirilir. Müxtəlif əlamətdar günlərdə həkimlərin, ömrünü bu sahəyə həsr etmiş tibb işçilərinin Prezident tərəfindən müxtəlif mükafatlarla, fəxri adlarla təltif edilməsi yenə də qayğının göstəricisidir. Yeri gəlmişkən, bir vaxtlar Ulu Öndər çıxışında vurğulamışdır ki, "Azərbaycanda bir dənə də şəhər, rayon olmayacaq ki, orada ən müasir standartlara cavab verən tibb mərkəzi olmasın". Uzaqgörən liderin arzuları, proqnozları bu gün gerçəkləşib. Bu gün statistikaya görə bütövlükdə ölkəmizdə təqribən 40 minə yaxın həkim fəaliyyət göstərməkdədir. Əhalinin sağlamlığının qeydinə qalan həkimlərin sırasına tibb sahəsində çalışan tibb personalını da əlavə etdikdə, özəl səhiyyə sektorunun inkişafına nəzər saldıqda, dövlətin bu sahəyə nə qədər önəm verdiyinn şahidi oluruq. Əlbəttə, bu insanlarımızda fərəh hissi yaradır və bu sevincdən bir həkim kimi mənə də pay düşür. Etiraf dedim ki, həkimlik peşəsinə yiyələndiyim üçün qürur duyuram. İnsanların sağlamlığına xidmət etməklə xoşbəxtəm. Peşəmiz cox agir və son dərəcə məsuliyyətlidir. İxtisaslaşdığım sahə - mama-ginekologiya isə tibbin bir qolu olaraq, yüz qat artıq məsuliyyət tələb edir. Cünki biz qadınlarla, ana olmağa çətinlik çəkən, ana olmağa hazırlaşan xanımlarla işləyirik. Bu sahədə çalişan həmkarlarım həm ananın, həm də onun bətnində daşıdığı körpənin saglamlıgına cavabdehlik daşıyırlar.
Əlbəttə ki, hər bir sahədə mükəmməl nəticə əldə etmək arzuolunandır. Və buna nail olmaq üçün gecəni gündüzə qatıb çalışmaq, yenə də çalışmaq lazımdır. İstənilən sahədə xoşagəlməz hallarla üzləşmək mümkündür və tibbdə də bu kimi hallar qaçılmazdır. Amma bir arzuolunmaz hal bütövlükdə bir sahənin fəaliyyətinə, uğurlarına, inkişafına kölgə sala bilməz. Son dövrlərdə tibb sahəsində aparılan islahatlar bütün cəmiyyətə bəllidir. Əlbəttə, ən müasir metodlara uyğunlaşmaq, onların ölkəmizdə tətbiq olunmasına, ən müasir standartlara uyğun çalışmağımız üçün təbii ki, islahatlar davam etdirilməli, daha da təkmilləşdirilməlidir. Hesab edirəm ki, bu istiqamətdə də yeniliklərin, uğurların, inkişafın şahidi olacağıq.
- Hippokrat andına sadiq həkimlər hansı özəllikləri ilə seçilməlidir? Bu and dövrümüzdə nə qədər aktualdır?
- Tarixin bütün dövrlərində, bütün dönəmlərdə həkimlər, loğmanlar, şəfaçılar hörmət, nüfuz sahibi olublar. Əlbəttə, söhbət insan sağlamlığından gedirsə, həkimlik peşəsi mütləq ki, aktualdır. Bu peşə çox böyük məsuliyyət, fədakarlıq tələb edir. Hesab edirəm ki, bir insan gecə-gündüz oxumaqla, öz üzərində işləməklə, peşəsini ürəkdən sevərək əziyyətlərə qatlaşmaqla, keşməkeşli yollardan keçməklə həkim adını qazana bilər. Amma günümüzdə qloballaşma, sosial medianin inkişafi, ondan geniş istifadə olunması bəzi hallarda səhiyyə ilə bağlı fikirlərə də təsirsiz ötüşmür. Belə ki, həkimlər, tibb işçiləri haqqında mənfi xarakterli paylaşımlar bəzi hallarda yanaşmalara təsir edir. Amma bütün bunlara baxmayaraq həkimlərimizin tibb sahəsində əldə etdikləri uğurları, fədakarlığı danılmazdır, təqdirəlayiqdir. Ötən illər yaşadığımız pandemiya dönəmində həkimlərin, tibb personallarının göstərdikləri fədakarlığı necə görməmək olar, necə unutmaq olar? Bizim xalqımız qədirbilən xalqdır. Məncə qeyd etdiyiniz doğmalıq, səmimiyyət bu gün də davam edir. Dövlətimizin, xalqımızın diqqəti, sevgisi həkimlərə öz peşələrini və vəzifə borclarını layiqincə yerinə yetirməyə daha da ruhlandırır.
- Qadın sağlamlığı, yeni doğulan uşaqların sağlamlığı hər zaman aktual olub və belə də olacaq. Bu istiqamətdə ölkəmizdə vəziyyət qənaətbəxş sayıla bilərmi?
- Əbəs yerə deyilməyib ki, qadın bəşəriyyətin gələcəyidir. Uşaqlar da bizim gələcəyimizdir, onların sağlam, xoşbəxt, özgüvənli, böyüməsi üçün anaların sağlamlığı mütləqdir. Buna görə də qadin sağlamlığı, yeni doğulan uşaqların sağlamığı hər bir ölkənin prioritet məsələlərindəndir. Fikrimcə, bu aspektdə ölkəmizdə vəziyyət qənaətbəxş sayıla bilər. Çünki ölkəmizdə bu sahədə vəziyyət dövlətin tam nəzarəti altındadır. Bu sahədə təkmilləşməyə, daha ciddi nəticələrə nail olmaq üçün dövlət və cəmiyyət tərəfindən mütəmadi müxtəlif layihələr həyata keçirilir, yeniliklər təbliğ olunur, maarifləndirmə işləri aparılır. Sözügedən istiqamətdə dövlət və qeyri-dövlət sektoru tərəfindən monitorinqlər keçirilir. Bu sahədə mövcud olan problemlər mütəmadi olaraq araşdırılır və onların aradan qaldırılması üçün tədbirlər görülür.
- Ginekoloq kimi fəaliyyət göstərdiyiniz sahədə mövcud uğurlar və qayğılar kimi nələri vurğulayardınız?
- Ginekologiya sahəsində uğurlarımız çoxdur, desəm yanılmaram. Xüsusilə son İllərdə ana və uşaq ölümlərinin, qüsurlu uşaqların dünyaya gəlməsinin sayı, sonsuzluq problemlərinin, onkoloji problemlərin sayı kəskin şəkildə azalıb. Qeyd etmək istərdim ki, ucqar kənd xəstəxanalarında müvafiq istiqamətdə aparılan monitorinqlərin təşkil olunması, həkimlərimizin təkmilləşdirmə kurslarına cəlb olunması, onların online beynəlxalq konfranslara qatılması üçün şəraitin yaradılması əldə edilən uğurları şərtləndirən faktor rolunda çıxış edir. Ancaq nə qədər uğur qazansaq da, yeni meydana çıxan xəstəliklərin vaxtında aşkar edilməsi və aradan qaldırılması istiqamətində aparılan işlər bizim qayğılarımızdır. Ona görə də bir az öncə qeyd etdim ki, peşəmiz çox ağir və son dərəcə məsuliyyətlidir. İxtisaslaşdığım sahə - mama-ginekologiya isə bizdən yüz qat artıq məsuliyyət tələb edir. Mən də bu məsuliyyətin öhdəsindən gəlməyə var gücümlə çalışıram.
- Səhiyyə Nazirliyi, eləcə də çalışdığınız institutun ana və uşaq sağlamlığı ilə bağlı həyata keçirdiyi layihələr barəsində nə deyə bilərsiniz?
- Səhiyyə Nazirliyi, Elmi Tədqiqat Mamaliq Ginekologiya İnstitutu və digər tibbi qurumlar tərəfindən ana və uşaq sağlamliğina dəstək istiqamətində çox böyük işlər görülür. Dünya tibbində mövcud olan ən son müalicə və müayinə üsulları Elmi Tədqiqat Mamaliq Ginekologiya İnstitutunda tətbiq olunur. İnstitutun vasitəsilə yeniliklərin, ən müasir müalicə üsullarının bölgələrdə həyata keçirilməsi, monitorinqlərin və beynəlxalq konfransların keçirilməsi, həkimlərin təcrübələrini bölüşməsi üçün yaradılan imkanlar, gənc həkimlərin müxtəlif kurslara, təlimlərə qatılması birmənalı şəkildə sahənin inkişafının təzahürüdür.
Bugünkü potensiala, gerçəkləşən layihələrə əsaslanaraq gələcəkdə beynəlxalq səviyyədə daha da böyük işlər görüləcəyinə əminəm.
Xəbər lenti
Hamısına baxXəbər lenti
21 Yanvar 21:54
Maraqlı
21 Yanvar 21:19
İqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12

