/ / Bəzi anti-Azərbaycan dairələri Avropanın nüfuzlu mədəniyyət aksiyası olan "Eurovision" yarışmasını siyasiləşdirərək, bu və ya digər məqsədlərini reallaşdırmaq istəyirlər
Bəzi anti-Azərbaycan dairələri Avropanın nüfuzlu mədəniyyət aksiyası olan "Eurovision" yarışmasını siyasiləşdirərək, bu və ya digər məqsədlərini reallaşdırmaq istəyirlər
04.04.2012 [00:43]
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun APA-ya müsahibəsi:
- ABŞ-da nəşr olunan “Foreign Policy” dərgisində Azərbaycanın öz aerodromlarını İsrailin sərəncamına verdiyi iddia olunan məqaləyə münasibət bildirməyinizi istərdik. “Foreign Policy” dərgisi həm də iddia edir ki, Azərbaycan öz aerodromlarını hazırda İsrailə verməsə belə, İranla müharibə başlayacağı təqdirdə bunu edəcək. Bunlar nə qədər əsaslı iddialardır?
- Bu iddiaların heç bir əsası yoxdur. Bu, ayrı-ayrı dairələrin uydurduğu, indiki vəziyyətdə mətbuata yaydığı, Azərbaycanla İranı bir-birinə qarşı qoymaq, bir-birinə qarşı istifadə etmək niyyəti ilə ortaya atılmış məqsədyönlü məlumatlardır. Azərbaycan tam müstəqil hərbi və təhlükəsizlik siyasəti yürüdür. Azərbaycan 1993-cü ildən ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən olunmuş bölgədə hərbi geosiyasi, geostrateji tarazlığa uyğun olaraq bitərəf siyasət yürüdür. Azərbaycan nə NATO-nun, nə Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, nə də digər bölgə dövlətlərinin Azərbaycanda, Cənubi Qafqazda hərbi bazalar saxlamaq, hərbi hissələr yerləşdirmək siyasətini dəstəkləyir. Azərbaycan hesab edir ki, Cənubi Qafqaz ölkələri ümumiyyətlə heç bir hərbi blokda iştirak etməməli, hərbi blokların Cənubi Qafqazdakı qarşıdurmasının meydanı olmamalıdır. Cənubi Qafqazda tərəfdaşlıq, əməkdaşlıq mühiti olmalıdır. Cənubi Qafqaz, o cümlədən Azərbaycan da yalnız iqtisadi cəhətdən xarici ölkələrin tərəfdaşlıq, əməkdaşlıq meydanına çevrilməlidir.
- “Amnesty İnternational” beynəlxalq təşkilatı “Twitter” sosial şəbəkəsində Azərbaycanda keçiriləcək “Eurovision” mahnı yarışması ilə bağlı yeni kampaniyaya başlayıb. Bunu necə dəyərləndirirsiniz?
- Əlbəttə, biz buna təəssüflənirik. ümumiyyətlə, təkcə “Amnesty İnternational” təşkilatı yox, bəzi digər beynəlxalq dairələr, hətta bəzi ölkələrdəki müvafiq anti-Azərbaycan dairələri “Eurovision” mahnı yarışmasını - Avropanın nüfuzlu mədəniyyət aksiyasını siyasiləşdirərək özlərinin bu və ya digər məqsədlərini reallaşdırmaq, Azərbaycana bu və ya digər sahələrdə təzyiq göstərmək, Azərbaycanla bağlı indiyə qədər reallaşdıra, həyata keçirə bilmədiyi ayrı-ayrı məqsədlərinə nail olmaq istiqamətində istifadə etməyə çalışırlar. Əlbəttə, bu, ilk növbədə Avropa Yayım Birliyinə hörmətsizlik, Avropa Yayım Birliyinin bu cür nüfuzlu tədbirini siyasiləşdirərək nüfuzdan salmaq cəhdidir. Digər tərəfdən, əlbəttə, müsabiqəyə qatılan, qatılmaq hüququ qazanmış müğənnilərə təzyiqdir, onlara hörmətsizlikdir, onların fəaliyyətini siyasiləşdirməkdir. Bu insanların heç birinin məlumatı yoxdur ki, hansı ölkədə siyasi proseslər necə gedir, bu məsələlərin onlara aidiyyəti də yoxdur. Onlardan istifadə edərək, özlərinin siyasi və digər təzyiq mexanizmlərini reallaşdırmaq istəyirlər. Belə hərəkətlər bu tip təşkilatlara, o cümlədən “Amnesty İnternational” təşkilatına başucalığı gətirmir, əksinə, onların siyasiləşməsinə, onların ayrı-ayrı dairələrə bağlanaraq məqsədyönlü subyektiv siyasət yürütməsinə və subyektiv fəaliyyət göstərməsinə bir işarədir.
- Bakıda keçirilən Avronest Parlament Assambleyasının II sessiyasında erməni deputatların iştirakı barədə fikirləriniz maraqlı olardı...
- Azərbaycan beynəlxalq birliyin üzvüdür, ATƏT-in, Avropa Şurasının, BMT-nin, İqtisadi Əməkdaşlıq Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının və digər bu tipli qurumların üzvüdür, yaxud əməkdaşlıq edir. Məsələn, NATO ilə əməkdaşlıq çərçivəsində bəzən Ermənistanla bu və ya digər formada təmasa girməyə məcbur oluruq. Biz bundan çəkinmirik də. çünki düşünürük ki, harada keçirilməsindən asılı olmayaraq, tədbirlərin bütün iştirakçılarının təhlükəsizliyi, tədbirin təhlükəsizliyi və tədbirə qatılanların sərbəst fəaliyyəti təmin olunmalıdır. Azərbaycan da bu öhdəliyi yerinə yetirir, hər kəsin təhlükəsizliyini təmin edir. Erməni deputatların həm bu, həm də bundan əvvəlki tədbirlərdə iştirakla bağlı səfərlərində təhlükəsizlikləri təmin olunub. Lakin təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, çıxışlarda erməni nümayəndə heyəti qeyri-konstruktivlik nümayiş etdirir. Bir milləti təmsil edən millət vəkili statusu ilə tədbirə qatılan deputatın oradakı çıxışı, o cümlədən Azərbaycan ərazilərinin işğalı ilə bağlı orada səsləndirdiyi fikirlər onu göstərdi ki, Ermənistan dövləti hələ də beynəlxalq hüquq normalarına, BMT-nin sənədlərinə meydan oxumaqda davam edir.
- Mətbuata açıqlamanızda iqtidar-müxalifət dialoqu ilə bəzi fikirlər işlətmisiniz. Bu günlərdə isə İqbal Ağazadə deyib ki, Əli Həsənovu aprelin 5-i saat 12-də qərargahda gözləyir. Bu çağırışa münasibətiniz necədir?
- Mənim kiminsə qərargahına getməyə nə vaxtım, nə də həvəsim var. Mən kiminsə qərargahına niyə getməliyəm? Mənim çağırışım o deyil ki, kimsə kiminsə qərargahına getsin, kimsə kiminləsə görüşsün. Mənim açıqlamam ondan ibarət idi ki, Azərbaycan dövləti Azərbaycan vətəndaşları, onların təmsil olunduğu təşkilatların, siyasi partiyaların bu və ya digər istəklərini, təkliflərini dinləməyə, konstruktiv şəkildə müzakirələr aparmağa, onların rasional ideyalarını qəbul etməyə və həyata keçirməyə, qeyri-rasional ideyalarının tətbiqinin qeyri-mümkünlüyünə onları inandırmağa hazırdır. Mən dövlətin, Prezident İlham Əliyevin komandasının iradəsini ortaya qoymuşam. Bu qətiyyən o demək deyil ki, kimsə kiminsə ayağına və ya harasa getməlidir. Mən dövlət məmuruyam, vəzifəm də Azərbaycanın ictimai-siyasi dairələri ilə Azərbaycan Prezidentinin əlaqələrini yaratmaq, onların istək və arzularını ölkə Prezidentinə, dövlət başçısının siyasətini də onlara çatdırmaqdır.
- AXCP sədri Əli Kərimli “Texnikabank”ın əməkdaşı olan qaynının həbsini özünə qarşı təzyiq hesab edir. Bunu necə qiymətləndirirsiniz?
- Bu məsələ ilə əlaqədar proses davam edir. Hüquq-mühafizə orqanlarının fəaliyyəti, məhkəmə qərarı, həbs məsələsi, bundan sonrakı proseslər bitmədiyinə görə mənim verəcəyim şərh prosesə təsir kimi qiymətləndirilə bilər. Yalnız onu deyə bilərəm ki, Azərbaycanda gün ərzində yüzlərlə bu tip hadisə baş verir, onlarla, yüzlərlə saxlanan olur, işi məhkəməyə gedir. Bunların hər biri fərdi qiymətləndirilməlidir. Bu məsələləri siyasiləşdirib hansısa siyasi prosesə bağlamaq heç kəsə başucalığı gətirmir.
Xəbər lenti
Hamısına baxMaraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32

