Əli Əhmədov: Rayon ifadəsi başqa sözlə əvəzlənməlidir
02.04.2012 [23:13]
- Əli müəllim, bir müddət öncə parlamentdə rayon sözündən imtina edilməsi təklifini səsləndirdiniz. Sizcə, bu təklifiniz reallaşarsa, o zaman rayon sözü nə ilə əvəzlənməlidir?
- Mən sadəcə, həmin vaxt yeri gəlmişkən, o fikri də səsləndirdim. Hesab edirəm ki, bütövlükdə Azərbaycan dilinə aid və indiki müstəqil Azərbaycana heç bir aidiyyəti olmayan belə bir ifadənin işlədilməsinə ehtiyac yoxdur. Fikrimcə, Azərbaycanın tarixindən çox insanların rahat başa düşəcəyi şəkildə regional quruluşumuzu əks etdirən ifadə axtarıb tapmaq lazımdır. Hər halda belə hesab edirəm ki, bunun üzərində düşünməyə ehtiyac var. Yəni, onunla əlaqədar mən belə bir təklif irəli sürdüm.
Mənim bildiyimə görə, keçmiş sovetlər birliyinə aid olan ittifaq respublikalarından, demək olar ki, əksəriyyətində o sistemin quruluşunu ifadə edən sözlər, o cümlədən də rayon sözü artıq istifadədən götürülüb, o sözlərdən istifadə olunmur.
- Burada Azərbaycan tarixindən hansı ifadə tapılıb seçilə və yaxud məqsədəuyğun hesab edilə bilər?
- Bunun üzərində düşünmək, Azərbaycanın tarixinə nəzər salmaq lazımdır. Ona görə indi konkret nə isə bir fikir bildirmək istəmirəm. çünki o vaxt bu təklifi səsləndirərkən də, bunun üzərində açıq deyim ki, fikirləşməmişdim. Orada, sadəcə, birdən elə bu da mənim fikrimə gəldi və onu da səsləndirdim. Amma düşünmək lazımdır. Bu məsələni də həll etmək lazımdır.
Müstəqil Azərbaycanın öz tarixi keçmişini, ənənələrini və mənəvi dəyərlərini, özgürlüyünü ifadə edən ifadələrdən işlətmək lazımdır. Rayon sözü nəyisə əks etdirmir. özü də rayon sözü yalnız sovet sisteminə, sovet quruluşuna, sovet ərazi sisteminə aid olan bir ifadədir. Onu indi müstəqil Azərbaycanda saxlamağın heç bir lüzumu yoxdur. üstəgəl bu Azərbaycan dilinə aid olmayan sözdür.
- Əli müəllim, həmin çıxışınız zamanı regionların kiçilməsinə qarşı olduğunuzu da dilə gətirdiniz. Bu zaman belə başa düşmək olarmı ki, Azərbaycanda rayonların birləşdirilməsinin tərəfdarısınız...
- Bilirsiniz, bütövlükdə dünyada idarəetmə sistemləri, idarəetməçilik sadələşdirilib və bu sadələşdirmə bir yandan idarəçiliyin özünün sadələşdirməsini nəzərdə tutursa, ikinci bir yandan idarəçilik xərclərinin azalmasını nəzərdə tutur. Azərbaycanda 80-dən çox rayon var.
Azərbaycan o qədər də böyük bir dövlət deyil və ona görə də nəticə etibarilə mən indi onu bu gün üçün nəzərdə tutmuram. Yəni, nə vaxtsa Azərbaycanda idarəçiliyin, regional idarəçiliyin mexanizminin təkmilləşdirilməsinə ehtiyac duyulur və inanıram ki, bu sahədə də islahatlar həyata keçiriləcək.
Mən, eyni zamanda, belə hesab edirəm ki, kiçik bir rayonda, əhalisi çox az sayda olan bir bölgəmi deyək, inzibati ərazi vahidimi deyək, oranı xüsusi bir idarəçilik zonası kimi saxlamaq həm idarəçilik baxımından, həm maliyyə baxımından o qədər də sərfəli deyil. Amma, bu, hesab edirəm ki, bir az bundan sonrakı dövrün islahatları kateqoriyasına aid edilə bilər. Bununla belə, hesab edirəm ki, bunu etməyə ehtiyac olacaq.
- Yeri gəlmişkən, soyad sonluqlarının dəyişdirilməsi, milliləşdirilməsi məsələsinə necə baxırsınız?
- Mənim bildiyimə görə, bu məsələ ilə əlaqədar bir xeyli müddətdir xüsusi bir komissiya yaradılıb və həmin komissiya bu məsələ üzərində işləyir. Amma addım atmaq məsələsi hələ ki, öz həllini tapmayıb. Mənim düşüncəmə görə, burada bir psixoloji baryer məsələsi var.
Yəni, yaşlı, müəyyən qədər yaşı olan, özünü cəmiyyətə təqdim etmiş, tanınmış insanlarda bu, bir sıxıntı yaradır ki, artıq bu vaxta qədər tanınmış, özünü təqdim, özünü ifadə etmiş bir insan özünün soyadını dəyişib, məsələn, tutaq ki, filankəsov olsun indi filankəsli. Bunu mən müəyyən dərəcədə qəbul edirəm, amma bunun da yenə həlli yolu var.
Ən azından biz belə bir qayda qəbul edəndən sonra yeni doğulan uşaqlar təzə qəbul olunmuş sistem əsasında - soyadlar sistemi əsasında qeydə alınar və beləliklə də bu məsələ bir müddət sonra həll olunmuş olar. Əgər biz indi bunu toxunulmaz şəkildə saxlayırıqsa, demək o heç zaman həll olunmayacaq.
Nəyə görə azərbaycanlılar Azərbaycan mentalitetinə və Azərbaycan tarixinə aid olmayan bir soyad sistemini daşımalıdır. Digər bir tərəfdən, burada söhbət təkcə soyadların arxasındakı rus sonluğunda deyil, bu sistem bütövlükdə rus sistemidir. Biz onu, sadəcə olaraq, o soyadın sonluğunda o rus sonluğunu götürməyi nəzərdə tutmuruq.
Mən belə hesab edirəm ki, bütün dünyada tətbiq olunan daha müasir, daha əlverişli soyad sistemi Azərbaycanda tətbiq olunmalıdır. Məsələn, Türkiyədə, o cümlədən digər ölkələrdə olduğu kimi, bizdə də bu yöndə daha müasir sistemi tətbiq etməyə ehtiyac var. Əgər onu biz bu gün həll etməsək, demək, biz həmin məsələnin həllini gələcək nəsillərin öhdəsinə buraxacağıq.
- Ad və soyadın sıralanması, yazılması məsələsi necə olmalıdır...
- Bütün dünyada ad qabaqda gedir. Birinci ad və ikinci soyad sistemləri olduğuna görə, təbii ki, birinci ad qabaqda gedir, soyad olan ikinci ad ikinci yerdə gedir. Azərbaycanda bunu da etmək olar. Bu, çox asan, çox sadə bir şeydir. Yəni, bundan ötrü hər hansı bir qayda qəbul etməyə ehtiyac yoxdur. Sadəcə, bu, bir vərdiş kimi tətbiq oluna bilər.
Soyad sisteminin dəyişdirilməsi isə, hesab edirəm ki, xüsusi qaydaların qəbul olunması şəklində olmalıdır. Mənim bildiyimə görə, komissiya bir neçə ay işləyib, amma real olaraq nəticə ortada yoxdur. Elə yeri düşmüşkən onu da dedim ki, bu işlər öz həllini tapsın.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

