Fərid Axundov: Bu il BFB-nin tarixində rekord nəticə əldə etmişik
26.12.2023 [12:51]
Müşfiqə Bayramlı
Bakı Fond Birjası (BFB) Müşahidə Şurasının sədri Fərid Axundovun yeniazerbaycan.com-a müsahibəsi:
- Fərid müəllim, artıq üç aydır ki, Bakı Fond Birjasının Müşahidə Şurasının sədri vəzifəsini icra edirsiniz. Bu müddət ərzində BFB olaraq fəaliyyətiniz haqqında məlumat verə bilərsinizmi?
- Bu müddət ərzində əsas diqqətimiz bazar araşdırmasına yönəlmişdi. Yəni istiqraz və səhmlərini kapital bazarında yerləşdirmək istəyən yerli emitentlərin potensialı, hazırlıq vəziyyəti və qarşılaşdıqları problemlərin nələr olduğunu araşdırdıq. Eyni zamanda investorların, əsasən də fiziki şəxslərin bazar haqqında düşüncələri və əhalinin kapital bazarı haqqında məlumatlılıq səviyyəsi barədə məlumat topladıq. Xüsusilə bu bazarda investorun həssaslığı vacib olduğu üçün biz hər şeyə investor gözü ilə baxmağa çalışırıq. Sözügedən dövr ərzində BFB olaraq peşəkar məsləhət şirkətləri ilə dərin araşdırmalar apardıq. Yaxın zamanlarda işlərimizin nəticəsinin geniş bazarda özünü biruzə verəcəyini düşünürük. İnvestorlara mövcud bazar alətlərindən istifadə etməyin faydaları haqqında, eyni zamanda bazar iştirakçılarının maliyyə savadlılığının artırılması istiqamətində proqramlar hazırlanıb. Məqsədimiz bu bazarı texnoloji yeniliklərdən yararlanaraq əlçatan etməkdir. Eləcə də yeni texnoloji platformamız hazırlanır. Bir neçə investisiya şirkəti artıq testləri tamamlayıb. Növbəti ildən yerli qiymətli kağız buraxılışları investorlar tərəfindən mobil tətbiqlər vasitəsi ilə alınıb satıla biləcək. Bu il avqustun 30-da Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmanla səkkiz dövlət şirkətinin özəlləşdirmə proqramı ilə bağlı hazırlığa başlanılıb. Yaxın 6-9 ay ərzində bu şirkətlərin müəyyən paylarının satılması nəzərdə tutulur. Bu özəlləşmə nəticəsində dövlət şirkətləri həm investisiya məqsədi ilə vəsait əldə edəcək, həm də bu şirkətlərin yeni səhmdarları formalaşacaq. O cümlədən Azərbaycan vətəndaşları dövlət şirkətlərinin səhmdarları olmaq şansı əldə edəcək. Aparıcı şirkətlərdə səhmdar kimi çıxış etmək əhali üçün maraqlı olacaq.
- Bildiyimiz qədəri ilə Bakı Fond Birjası yeni strategiya üzərində işləyir. Yeni strategiyanın detalları nədən ibarətdir?
- BFB strategiyası 2024-2026-ci illəri əhatə edəcək. Strategiya bütün bazar iştirakçılarının inkişafını təmin etməyi hədəfləyir. Əsas fokusumuz ekosistemi inkişaf etdirməkdir. Bizim müştərilərimiz investisiya şirkətləridir. Onlar da həm buraxılışı edən şirkətlərlə, yəni emitentlərlə, həm də investorla əlaqəni təmin edirlər. Biz isə əqdlər baş verən platformayıq. Növbəti ildən üçillik strategiyanın detalları barədə məlumatı bölüşəcəyik.
- Hazırda BFB-na xalq İPO-ları üçün hansı şirkətlər müraciət edib?
- Azərbaycan bazarı bu baxımdan unikal deyil. Bu bazarların inkişafında ən mühüm rolu dövlət oynayır. Həm münbit şəraitin yaradılması, həm də ilkin bazara çıxmaq baxımından dövlətin rolu vacibdir. İlk növbədə dövlət müəssisələri, sonra isə özəl şirkətlər bazara çıxır. Azərbaycanda fəaliyyətdə olan böyük və tanınmış şirkətlər səhmlərinin kütləvi təklifi üçün maraqlıdırlar. Məxfiliyi qorumaq baxımından adlarını açıqlamaya bilməsəm də deyə bilərəm ki, səhmlərin kütləvi təklifi ilə bağlı artıq bizə müraciətlər daxil olub.
- Azərbaycanda bank depozit faizləri ilə emitentlərin təklif etdiyi gəlirlilik rəqabət apara bilirmi?
- Mən rəqabət sözünü istifadə etməzdim. Çünki bank depozitləri heç vaxt gəlir mənbəyi olmayıb, heç vaxt da ola bilməz. Bank əmanətləri adətən inflyasiyanın kompensasiyası qədər gəlir verə bilir. Gəlir əldə etmək üçün biz kapital bazarlarına müraciət etməliyik. Yerli qiymətli kağızlar bazarında istiqrazlar (borc öhdəlikləri) üstünlük təşkil edir. Hazırda borc öhdəlikləri üçün 10%-17% gəlirlilik təklif olunur. Səhm bazarında isə iki növ qazanc əldə edilir. Biri ilin sonunda verilən divident, digəri isə səhmin qiymətinin artması şəklindədir. Bizim əsas hədəflərimizdən biri də səhm bazarını inkişaf etdirməkdir.
- İlin sonuna və növbəti il üçün BFB-nin dövriyyəsi nə qədər proqnozlaşdırılır?
- Biz bu il BFB-nin tarixində rekord nəticə əldə etmişik. 2023-cü ilin yanvar-noyabr ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 22 milyard manat təşkil edib. İlin sonuna qədər BFB-nin dövriyyəsinin 23-24 milyard manat olacağı proqnozlaşdırılır. Yaxın aylarda isə BFB üç illik proqnozunu açıqlayacaq.
- Səhm bazarını inkişaf etdirmək üçün BFB hansı addımları atır?
-İlk növbədə bazar iştirakçılarının maliyyə biliklərini artırmaq üçün addımlar atılır. Əsas hədəf əhalini maliyyə alətləri ilə tanış etməkdir. Onu da qeyd edim ki, səhm bazarı şəffaflığı tələb etdiyi üçün hər bir şirkət bu bazara çıxa bilməz. Bu bazarda inkişaf etmiş, gələcəyə baxışı olan şirkətlər uğur qazana bilər. Publik olmaq böyük məhsuliyyətdir. Eyni zamanda kapital bazarlarına çıxmaq istəyən şirkətlər öz etibarlılığını sübut etmək istəyən şirkətlərdir.
- İnvestorları əsas düşündürən məsələ emitentlərin etibarlılığıdır. BFB-na müraciət edən emitentlərin etibarlılığını necə qiymətləndirirsiniz?
- Azərbaycanda qiymətli kağızlar buraxmaq istəyən şirkətlərə Mərkəzi Bank, Milli Depozit Mərkəzi və BFB tərəfindən ciddi tələblər qoyulub. Bu tələblər sayəsində şirkətlərin qiymətli kağızlar buraxmaq üçün hazır olub-olmamağı müəyyən edilir. Biz bu tələbləri beynəlxalq standartlara uyğun tətbiq edirik ki, investorların düzgün qərar qəbul edə bilsinlər.
- İslam qiymətli kağızları (sukuk) nə vaxt yerli kapital bazarında buraxılacaq?
- Bu vaxta qədər bizim kapital bazarında islam istiqrazları sayılan sukuk olmayıb. Hazırda sukuk məhsulları BFB-da yoxdur. Eyni zamanda Azərbaycanda sukukla bağlı qanunvericilik də mövcud deyil. Hal-hazırda potensial emitentlər islam istiqrazları ilə bağlı müzakirəni peşəkar məsləhət şirkətləri ilə aparırlar. Hələ ki, birinci sukukun nə vaxt yerli kapital bazarında buraxılacağı barədə hər hansı məlumat verə bilmərəm.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

