“Görüş”ün növbəti seriyası...
10.04.2024 [10:56]
“5 aprel”dən 3 gün sonra Buriçin İrəvan səfəri nədən xəbər verir?
Bəzi “beynəlxalq” statuslu təşkilatların, xüsusilə Avropa təsisatlarının eynimotivli məsələlərə fərqli yanaşmalar sərgiləməsi, adekvat mövqe ortaya qoymaması ümumi deqradasiyadan xəbər verir. Bu kimi təşkilatların isə korporativ maraqlara söykənən davranışlar sərgilməsi, bəyan etdiyi “demokratik ənənələrə” sadiqlik göstərməməsi adi hala çevrilib. Hətta bu təşkilatların bəziləri müəyyən məqamlarda siyasi dəyənək rolunu belə “üstlənirlər”. Bu isə ilk növbədə, beynəlxalq təşkilatlarla müstəqil dövlətlər arasında fikir ayrılıqları formalaşdırır, onlara inamı tam olaraq sıradan çıxarır.
Avropa yeni donda, yeni qiyafədə...
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, eyni zamanda regionda davamlı sülhün və sabitliyin formalaşmasına münasibətdə Qərbin yanaşması bəllidir - Qərb və haqqında “demokratik dəyərlərə malik” imic formalaşdırdığı təşkilatlar 30 ilə yaxın işğala məruz qalmış, əhalisinin mühüm bir hissəsi ev-eşiyindən didərgin düşmüş Azərbaycanla bağlı adekvat münasibət sərgiləməyiblər. Ən yaxşı halda quru bəyanatlarla işini bitmiş sayan bu kimi təşkilatların 30 ildən sonra - ədalətin bərqərar olması, Qarabağda separatizmə son verilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası fonunda ortaya qoyduğu “münasibət” birmənalı qarşılana bilməz. Xüsusilə, Avropa təsisatlarının “canfəşanlığı” çox şeydən xəbər verir - bu onu göstərir ki, illərlə davam etmiş ikili standartlar bu gün yeni fonda, yeni qiyafədə “peyda olur”.
Niyyət “hərbi pakt”, görüntü isə “islahat”dır...
Aprelin 5-də Brüsseldə baş tutmuş ABŞ-Aİ-Ermənistan üçtərəfli görüşünün ardından bütün tərəflər israrla müzakirə predmetlərinin iqtisadi fonla məhdudlaşdığını sübut etməyə çalışırlar. Amma prosesin inkişafı onu göstərir ki, Qərb Ermənistanla bağlı yeni siyasi-hərbi planlar qurmaqdadır. Bu, Aİ-nin davranışlarında və bəyanatlarında, ABŞ-ın Ermənistana münasibətdə yaratdığı “trafikdə”, eyni zamanda digər təşkilatların münasibətlərində də açıq görünür. Qərb regionda artan gərginlik şəraitində Ermənistanı öz hərbi-missiyasi, eyni zamanda iqtisadi asılılığına salmaqla həm də ortbitinə çevirməyə niyyətlənib. Bunun üçün isə hələlik hərbi tərəf gizli saxlanılır - indiki halda, iddia edildiyi kimi, Ermənistanda “demokratiyanın inkişafı” prinsipləri önə çıxarılır. Bu da məqsədli şəkildə atılmış addım və ya yaradılmış görüntüdür. O baxımdan ki, Avropa Ermənistanı hərbi cəhətdən gizli şəkildə ayağa qaldırmaq istəyir. Bunun üçün isə seçilən yol ikitərəfli mahiyyət daşıyır:
- Avropa təsisatları “demokratiya ənənəsi” adı altında Ermənistana silah daşıyacaq;
- ABŞ-ın bu məsələdəki rolu “vizual görüntü”nün daha da “dəqiq fokusla” ifadəsindən uzağa getmir - ABŞ ilə birgə hərbi təlim görüntüsü, Ermənistan siyasi rəhbərliyinin “NATO hərbi sisteminə transformasiya” ilə bağlı fikirləri, dövlətin təhlükəsizliyi ilə bağlı balansın Qərbin lehinə dəyişdirilməsi cəhdləri, sərhədlərin qorunması məsələsində ABŞ-Aİ hərbi kontingentinin rol oynaya bilmə imkanlarının təftişi reallaşdırılacaq.
Bütün bunlar isə ümumilikdə, yaxın zamanda Qərbin hərbi ambisiyalarının “Ermənistanın dili” ilə istifadə olunma ehtimalını ortaya qoyur.
Səfərin pərdəarxası...
Beləliklə, Avropanın Ermənistanla bağlı “öhdəliklərinin” bəzi simptomları artıq üzə çıxmaqdadır. Məsələn, Ermənistana səfər edən Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç “X” hesabında bildirib ki, “Bu gün İrəvanda Baş nazir Nikol Paşinyanla əla görüşümüz baş tutdu. Avropa Şurası Ermənistanı islahatlar prosesində dəstəkləməyə davam edəcək. Səmimi qəbula və görüşə görə nazir Ararat Mirzoyana da təşəkkür edirəm”.
Erməni mətbuatının yazdığına görə, Buriç baş nazir Paşinyanla görüşdə bu ölkənin Şərq-Qərb tranzitində “oynadığı rolu” ağızdolusu tərifləyib. Yenə də eyni koordinat - Azərbaycanın bölgədə formalaşdırdığı yeni iqtisadi-siyasi reallıqları etiraf etməyə belə cürət etməyən Qərb əksinə, özünün qeyri-konstruktiv addımları ilə sülhə mane olan Ermənistanın rolunu şişirtməyə çalışır. Peyçinoviç-Buriç vurğulayıb ki, Ermənistan “çağırışlarla dolu bir dövrdə müxtəlif istiqamətlərdə səmərəli islahatlar həyata keçirir”. Bəs bu islahatlar hansılardır ki, bunu yalnız avropalılar görür? Axı bütün həqiqətlər ortadadır:
- Ermənistan Şərq-Qərb tranzitinin reallaşmasının qarşısını alır;
- Zəngəzur dəhlizi məsələsinə isti yanaşmamaqla iqtisadi əlaqələri bloklamağa çalışır;
-Bölgədə yeni eskalasiyalar axtarışındadır.
Bütün bunların fonunda Ermənistanı “islahatçı” licimdə təqdim etmək hansı maraqdan doğur?
Peyçinoviç-Buriç xarici işlər naziri Mirzoyanla görüşdə yenə də ənənəvi “Qarabağ yalanlarını” dinləyib. Könüllü şəkildə Qarabağı tərk edən erməniləri “qaçqın” adlındıran və bunu əlində bayraq edən Ermənistan əsl həqiqətləri gizlətməyə çalışır. Təbii ki, əsl həqiqətləri görmək həvəsində olmayan qərblilər də Ermənistanın bu yalanlarının tirajlanmasına kömək edirlər.
Bu mənada, AŞ baş katibinin də səfəri “qeyri-adililiyi” ilə seçilmədi. Avropanın “İrəvan planı”nın növbəti seriyasına çevrilən bu səfərin “əks-sədası” isə yəqin ki, yaxın zamanlarda eşidiləcək...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09

