"İşıq adamın nağılı" kitabının təqdimatı olub
26.07.2012 [22:16]
Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin binasında görkəmli Azərbaycan alimi, geologiya-mineralogiya elmləri doktoru, Dövlət mükafatı laureatı, akademik Şəfaət Mehdiyevin xatirəsinə həsr edilmiş “İşıq adamın nağılı” kitabının təqdimatı olub. “Azərbaycan neft sənayesini yaradanlar” layihəsi çərçivəsində Türkiyədə 6 dildə (Azərbaycan, türk, alman, rus, ingilis və fransız dillərində) nəşr edilmiş kitabın müəllifləri İlham Mirzəyev və Şərəf Cəlillidir.
Tədbirdə Azərbaycanda akkreditə edilmiş diplomatik korpusun nümayəndələri, tanınmış alimlər və ziyalılar iştirak ediblər.
Mərasimdə AMEA-nın vitse-prezidenti, akademik Akif Əlizadə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev 2010-cu ildə görkəmli alim, akademik Şəfaət Mehdiyevin anadan olmasının 100 illiyi ilə əlaqədar müvafiq Sərəncam imzalayıb. Bu sərəncamın icrası çərçivəsində respublikanın müxtəlif ali təhsil müəssisələrində, ayrı-ayrı təşkilatlarda tədbirlər keçirilib. Bu gün biz bu silsilədən olan növbəti tədbirə toplaşmışıq.
A.Əlizadə qeyd edib ki, Azərbaycanda geologiya elminin formalaşması və inkişafında misilsiz xidmətləri olmuş Şəfaət Mehdiyev geniş elmi biliyə, yüksək təşkilatçılıq bacarığına malik alim olmaqla yanaşı, neft və qazın genezisinin tədqiqi üzrə daha fərqli proqressiv ideyalar daşıyan alimlərdən olub.
400-dək elmi əsərin, 20-dən artıq monoqrafiyanın müəllifi olmuş görkəmli alim dünya elm tarixində ilk dəfə neft mənşəyinin “Dərinlik-biogen” nəzəriyyəsini irəli sürmüşdür. Neftin dərinlik-biogen mənşəyi nəzəriyyəsi bu gün də tədqiqatçıların diqqət mərkəzindədir və həmin konsepsiyanın alimlər arasında tərəfdarları çoxdur.
Eyni zamanda, Ş.Mehdiyev “Neftin dərinlikdə əmələ gəlməsi geneziyası” mövzusunda dəyərli tədqiqatlar aparıb, Abşeron yarımadasının geoloji xəritəsini tərtib etmiş, “Azərbaycan SSR-nin neft-qaz yataqları və perspektiv strukturları xəritəsi”nin hazırlanmasına rəhbərlik edib.
O, ensiklopedik biliyə və geniş erudisiyaya malik alim, görkəmli neftçi-geoloq olmaqla yanaşı, eyni zamanda, peşəkar jurnalist, yazıçı və ictimai-siyasi xadim idi.
Xeyirxahlığı, insanpərvərliyi, sadəliyi, vətənpərvərliyi ilə qəlblərdə böyük hörmət-izzət sahibi olmuş alim, haqq dünyasına qovuşduqdan sonra da çoxlarının xatirəsində dəyərli ziyalı, əsl insan kimi qalıb. Məhz buna görə Ş.Mehdiyev bu gün də qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayır.
Kitabın müəllifləri İlham Mirzəyev və Şərəf Cəlilli layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə Türkiyə səfirliyinə minnətdarlıqlarını bildirib, 5 ölkədə təqdimatı keçiriləcək kitabın bu layihənin ilk nümunəsi olduğundan fəxr etdiklərini diqqətə çatdırıblar.
Alimin ailəsi adından çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyev atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə Prezident İlham Əliyevə, tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35

