/ / Erməni terror təşkilatlarının səfirliklərimizə qarşı təhdidlərini nəzərə alaraq bütün lazımi təhlükəsizlik tədbirləri görürük
Erməni terror təşkilatlarının səfirliklərimizə qarşı təhdidlərini nəzərə alaraq bütün lazımi təhlükəsizlik tədbirləri görürük
14.09.2012 [16:16]
“Ermənilər, onların lobbi təşkilatları, o cümlədən keçmişdə ciddi terror hadisələri törətmiş ASALA tipli terror təşkilatlarının beynəlxalq aləmdə Azərbaycana qarşı qisasçılıq hərəkətləri, yaxud da digər terror hadisələri planlaşdırdığı barədə məlumatlar sızır. Bu məlumatlar bizə də daxil olub”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov verib.
O, artıq Azərbaycanın xarici dövlətlərdə fəaliyyət göstərən səfirliklərinə, xaricdə yaşayan azərbaycanlılara qarşı təhdidlərin olduğunu deyib: “Bu təhdidləri nəzərə alaraq bütün lazımi təhlükəsizlik tədbirləri görürük. Amma bir şeyi əvvəldən bütün dünyaya bəyan edirik ki, bu, təkcə erməni terror təşkilatlarının və yaxud da ayrı-ayrı erməni lobbi təşkilatlarının siyasəti deyil. Bu, Ermənistanın dövlət siyasətidir”.
Əli Həsənov ermənilərin uzun illərdir, azərbaycanlılara qarşı soyqırımı törətdiyini deyib: “Xocalı soyqırımı yaxın tariximizdə baş verən bu hadisələrdən biridir. Ermənilər Ramil Səfərov hadisəsindən sui-istifadə edərək dünyada bir anti-Azərbaycan fəaliyyəti reallaşdırırlar. Azərbaycanlıları qəddar, ermənilərə qarşı bu tipli tədbirlər görən millət kimi təqdim edirlər. Amma faktiki olaraq bütün dünya bilir ki, Ramil Səfərovun aldığı cəza törətdiyi cinayətə adekvat deyil. Ramil Səfərov verilən cəzanı çəkib. Ona verilməli olan cəza Avropa ölkələrində və Ermənistan daxil bütün dünyada maksimum 15 il ola bilərdi və bu 15 ilində artıq yarıdan çoxunu çəkdiyinə görə, azad edilmək onun haqqıdır. Həbsdə olduğu müddətdə özünün nümunəvi davranışı, ətrafına olan münasibəti ilə sübut edib ki, o nə Azərbaycan daxilində, nə də Azərbaycan xaricində ictimai təhlükə kəsb etmir.
Ramil Səfərovun əfvi tam qanunlar çərçivəsində həyata keçirilib. Ona görə də nə Macarıstanın hakimiyyət orqanları, nə də Azərbaycan Prezidenti heç bir səhvə yol verməyiblər. Ermənilərin bu hay-küyü əsassızdır. Ermənilər bundan daha artıq qatı cinayətlər törətmiş insanları əfv ediblər. ASALA-nın təhdidlərinə biz lazımi cavab veririk və bundan sonra da verəcəyik. Biz hesab edirik ki, bu, növbəti kampaniyadır və ötüb gedəcək”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

