ABŞ-ın, yoxsa ANCA-nın konqresmenləri?
04.07.2024 [10:20]
Ermənipərəst konqresmenlərin hər hansı layihəsi ölkəmizin mövqeyinə təsir etməyəcək
Nardar BAYRAMLI
ABŞ Konqresində Ermənistana lobbiçilik edən konqresmenlər vaxtaşırı olaraq Azərbaycana qarşı qərəzli mövqe sərgiləyirlər. Həmin konqresmenlərin ABŞ-dakı erməni təşkilatı olan Amerika Erməni Milli Konqresi (ANCA) tərəfindən maliyyə dəstəyi alması hər kəsə məlumdur. Bugünlərdə isə Konqresin Nümayəndələr Palatasının üzvləri - Anna Eşu və Kris Smit Azərbaycanı guya “Qarabağın erməni əhalisinə qarşı etnik təmizləmə apardığına görə” “qınayan” ikipartiyalı qətnamə layihəsini təqdim ediblər. Təxribatçı ifadələr və böhtanların yer aldığı layihənin müəlliflərindən olan Anna Eşu iddia edib ki, guya keçən il Azərbaycanın “Dağlıq Qarabağa hücumu” bölgəni əsrlər boyu öz vətəni sayan erməni icmasının “məhvinə” gətirib çıxardı: “Azərbaycanın hərəkətləri etnik təmizləmənin bütün anlayışlarına uyğundur və bu şəkildə pislənməlidir. ABŞ-ın ədaləti bu hadisələr görə cavabdehliyi təmin etmək üçün atmalı olduğu mühüm addımları əks etdirir”.
Ermənipərəst konqresmenlərin bu addımı isə Ermənistandakı revanşistlər, separatçı ünsürlər və “artsax parlamenti” tərəfindən “təşəkkür bəyanatı” ilə qarşılanıb. Görünən odur ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etməsi ABŞ-dakı erməni havadarlarına da rahatlıq vermir. Əks halda, ABŞ kimi özünü demokratiyanın və insan haqlarının beşiyi hesab edən ölkənin qanunvericiləri bu cür beynəlxalq hüquqazidd addımlar atmazdılar.
Xatırladaq ki, bu, konqresmenlərin ölkəmizə qarşı ilk qərəzi deyil. Əvvəllər də, ermənipərəst konqresmenlər Azərbaycanın əleyhinə müxtəlif layihələri icra etməyə çalışıblar. Məsələn, bir müddət öncə konqresmen Adam Şiff və 47 tərəfdarı dövlət katibi Antoni Blinkenə məktub yazaraq “Qarabağda kökü kəsilməkdə olan erməni irsi” barədə “narahatlıqlarını” bölüşmüşdülər. Bundan başqa, mayın 13-də isə ABŞ Konqresinin 26 nəfərlik heyəti (onların içərisində 100 nəfərlik Senatdan cəmi 3 senator, 435 nəfərlik Nümayəndələr Palatasından isə cəmi 23 nümayəndə var) ABŞ dövlət katibi Antoni Blinkenə və ABŞ Prezidentinin baş müşaviri John Podestaya məktubla müraciət edərək, Azərbaycanın COP29-a sədrliyini əsassız və absurd ittihamlarla qaralamağa cəhd ediblər.
Əlbəttə ki, ermənipərəst konqresmenlərin belə addımları ABŞ-ın dövlət maraqlarına cavab vermir. Hazırda rəsmi Vaşinqtonun Cənubi Qafqazda sülhün təmin olunmasına maraqlı olduğunu nəzərə alsaq, konqresmenlərin ölkəmizə qərəzli yanaşması Birləşmiş Ştatların Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətindəki təşəbbüslərinə ciddi zərbə vurur. Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, ABŞ-ın qanunvericilik orqanında Ermənistanla “dostluq qrupu” fəaliyyət göstərir və qrupun xeyli üzvü var. Bu qrup və erməni lobbisinin təsiri altında olan digər konqresmenlər Azərbaycana qarşı daim qərəz nümayiş etdirirlər. Həmsöhbətimiz xatırladıb ki, Qarabağda erməni separatizminin kökü kəsilənə qədər Senat hər il Qarabağdakı qondarma rejimə maliyyə yardımı ayırırdı: “Həm Ermənistana, həm də separatçı rejimə pul dəstəyi göstərilib. Senatın həmin vəsaitin ermənilərə guya humanitar məqsədlər, o cümlədən minatəmizləmə əməliyyatı üçün ayrıldığı bildirilirdi. Amma həmin vəsaitin xərclənməsinə nəzarət var idimi? Əlbəttə ki, yox. Azərbaycan tərəfi həmişə bu məsələyə etirazını bildirib. Bu, ABŞ-la Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinə zidd addımlar idi. Müharibə bitdikdən sonra yenə ermənipərəst mövqe sərgilənirsə, qəbulolunmaz haldır”.
Politoloqun fikrincə, ABŞ konqresmenləri 30 il Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistanı ciddi tənqid etməli, bu ölkəyə təzyiqlər göstərməlidir. Çünki işğal dövründə 20 faiz ərazilərimizdə hər şey məhv edilib. İşğal nəticəsində doğma yurdlarından məcburi köçkün düşən bir milyona qədər azərbaycanlının evləri dağıdılıb. İndi dövlətimiz onlar üçün ev və digər infrastrukturları tikir. Beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ Ermənistanı törətdiyi bu vəhşiliklərə görə məsuliyyətə cəlb etməlidir. Lakin humanizmdən danışan ABŞ-ın konqresmenləri bu istiqamətdə heç bir addım atmır. “Əksinə, ABŞ konqresmenləri könüllü surətdə Qarabağı tərk edən ermənilər üçün canfəşanlıq edir, guya onların etnik təmizləməyə məcbur qaldıqlarını iddia edirlər. İşğaldan əziyyət çəkən Azərbaycana qarşı isə böhtan atırlar. Bunun adı riyakarlıq, ikiüzlülükdür. Məhz bu səbəblərdən ölkəmiz ədalətsizliklə üz-üzə qalıb”,- deyən R.Alıyev əlavə edib ki, hazırda ABŞ-ın Paşinyan hakimiyyəti ilə isti əlaqələri mövcuddur. Tez-tez rəsmi şəxslərin bu ölkəyə səfəri də buna sübutdur. Məsələn, bu yaxınlarda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms Obraynın başçılıq etdiyi nümayəndə heyəti iki ölkə arasında “strateji dialoq” görüşü keçirmək üçün İrəvanda səfərdə oldu.
Hazırda isə ABŞ Konqresinin hər iki palatasının nümayəndə heyəti Ermənistanda səfərdədir. Nümayəndə heyətinə Respublikaçılar Partiyasından olan, ABŞ-in Missisipi ştatının senatoru, Helsinki Komissiyasının üzvü, Senatın silahlı qüvvələr üzrə komitəsinin üzvü Rocer Uiker başçılıq edir. Nümayəndə heyətinə Cənubi Korelinadan respublikaçı, Nümayəndələr Palatasının üzvü, ABŞ Helsinki Komissiyasının sədri Co Uilson, Demokratlar Partiyasının təmsilçisi, Senatın beynəlxalq münasibətlər üzrə komitəsinin sədri Ben Kardin, Texasdan respublikaçı senator Con Kornin, respublikaçı, Alabamadan Nümayəndələr Palatasının üzvü Robert Aderxolt və başqa respublikaçı konqresmenlər daxildir. Onlar Ermənistanın baş naziri Nikol Paşinyan və digər rəsmi şəxslərlə görüşüblər. Politoloq hesab edir ki, konqresmenlərin bu səfəri də onların erməni maliyyəsi ilə çalışdığını təsdiqləyir. Ona görə də, Azərbaycana qarşı əsassız iddialar səsləndirirlər. Beynəlxalq hüququn və ədalətin Azərbaycanın tərəfində olduğunu deyən R.Alıyevin sözlərinə görə, konqresmenlərin hər hansı layihəsi ölkəmizin mövqeyinə təsir etməyəcək.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29

