NATO Türkiyənin gözləntilərini doğrultmur
11.07.2024 [10:28]
Rəcəb Tayyib Ərdoğan: NATO terrorla mübarizə istiqamətində səylərini gücləndirməlidir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO liderlərinin sammitində iştirak etmək üçün ABŞ-a səfər edib. Rəsmi dairələr səfərdən öncə Prezident Ərdoğanın Birləşmiş Ştatlara səfərinin gündəliyini açıqlamışdı. “NATO-nun yaranmasının 75-ci ildönümü ilə bağlı keçiriləcək sammitdə təşkilatın coğrafiyası üçün çağırışlar və risklər qarşısında alyansın çəkindirmə və müdafiə səyləri, həmçinin Ukraynadakı vəziyyət və Kiyevə dəstək kimi məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Sammitin gündəliyinə terrorizmlə mübarizə məsələləri də daxil ediləcək”, - deyə məlumatda qeyd olunurdu. Bundan başqa, sammit çərçivəsində Türkiyə liderinin dövlət və hökumət başçıları ilə bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub. Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri iyulun 11-də başa çatır.
NATO müharibənin tərəfi olmamalıdır!
Yeri gəlmişkən, Ərdoğan səfər öncəsi Esenboğa hava limanında keçirdiyi mətbuat konfransında deyib ki, NATO terrorla mübarizə istiqamətində səylərini gücləndirməlidir. Onun sözlərinə, ABŞ-də keçirəcəyi görüşlərdə bu məsələni xüsusilə diqqətdə saxlayacaq. Türkiyənin lideri, həmçinin Ukraynada davam edən müharibə barədə də danışıb: “NATO müharibənin tərəfi olmamalıdır. Biz müharibənin ilk günündən etibarən ədalətli sülhün tərəfdarıyıq və bunun üçün çalışırıq”.
Prezident Ərdoğan NATO-nun Türkiyənin gözləntilərini doğrultmadığını da deyib. O bildirib ki, bu, bəzi məsələlərdə, o cümlədən Yaxın Şərqlə bağlı durumda özünü göstərir: “Biz bu istiqamətlərdə, müxtəlif səviyyələrdə müzakirələrimizi davam etdirəcəyik”.
Orban: Prezident Ərdoğan bizim sülh missiyamızın mühüm tərəfdaşı, ortağıdır
Qeyd edək ki, NATO sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Alyansın 75 illik yubileyi münasibətilə keçirilən mərasimə qatılıb. O, həmçinin sammit çərçivəsində Macarıstanın Baş naziri Viktor Orbanla da görüşüb. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsi xəbər yayıb. Qeyd olunub ki, liderlər ölkələr arasında ikitərəfli münasibətləri, Türkiyənin Aİ-yə daxil olmasını, həmçinin regional və qlobal problemləri müzakirə ediblər. Görüş zamanı Prezident Ərdoğan bildirib ki, Türkiyə tərəfi Rusiya-Ukrayna müharibəsinə və İsrailin Qəzza zolağına hücumlarına son qoymaq üçün sülh səylərini davam etdirir. Bu bölgələrdə sülhün bərqərar olması üçün beynəlxalq ictimaiyyət tərəfindən səylərin gücləndirilməsinin vacibliyi vurğulanıb. Türkiyə lideri onu da qeyd edib ki, Ankara Macarıstanın sədrliyi dövründə Türkiyənin Avropa İttifaqına daxil olması prosesinin intensivləşdirilməsinə və Aİ ilə əlaqələrin inkişafına dəstək ümid edir.
Yeri gəlmişkən, Macarıstanın Baş naziri görüşlə bağlı özünün sosial media hesablarında maraqlı paylaşım edib. O, Türkiyə Prezidenti ilə Vaşinqtondakı görüşünü əks etdirən foto paylaşıb və paylaşımın mətnində diqqətçəkən fikirlər yazıb. Viktor Orban yazıb ki, yola çıxdığı sülh missiyasında Ərdoğan onunla bərabərdir, missiyanın ortağıdır: “Prezident Ərdoğan bizim sülh missiyamızın mühüm tərəfdaşı, ortağıdır. Türkiyə Qara dəniz regionunun regional gücünü müəyyən edən və Rusiya-Ukrayna münaqişəsində döyüşən tərəflərə uğurla vasitəçilik edən yeganə oyunçudur”.
Onu da qeyd edək ki, Türkiyə parlamentinin spikeri Numan Kurtulmuş da hesab edir ki, NATO dəyişən yeni dünya nizamında öz funksiyalarını nəzərdən keçirməlidir. NATO PA-nın toplantısında iştirak edən Numan Kurtulmuş Vaşinqtonda jurnalistlərə müsahibəsində deyib: “NATO-nun mühüm müttəfiqlərindən biri olan Türkiyə Alyansda üzvlüyünə davam edəcək. Ankara həm də NATO-ya üzv ölkələrlə ikitərəfli münasibətlərini möhkəmləndirəcək. Lakin biz hesab edirik ki, NATO da bu prosesdə öz yeni funksiyalarını nəzərdən keçirməlidir”.
“Alyans sülhü bərqərar etmək üçün öz vəzifələrini yenidən nəzərdən keçirməlidir”
Spiker əlavə edib ki, NATO-nun ikinci ən böyük ordusuna malik olması ilə öyünən Türkiyə 70 ildən artıqdır ki, alyansın üzvüdür. O əlavə edib ki, qlobal münaqişə potensialı olan bəzi məsələlərin, xüsusən Rusiya-Ukrayna böhranının gündəmə gəlməsi NATO-nun təhlükəsizlik məsələlərində sadəcə əməkdaşlıq və həmrəylik təşkilatı olmaqdan savayı, həmçinin müəyyən addımlar atmalı olduğunu göstərir. Vaşinqtonda 23 parlament sədri də daxil olmaqla 32 NATO ölkəsi və Ukraynanın parlament liderlərini bir araya gətirən NATO toplantısında iştirak edən Numan Kurtulmuş vurğulayıb: “Şübhəsiz ki, bunlardan (funksiyalardan-red.) ən mühümü NATO-nun çəkindirmə və təhlükəsizlik perspektivinə malik olmasıdır, lakin bundan əlavə, onun həm də sülh missiyası olmalıdır və biz hesab edirik ki, Alyans sülhü bərqərar etmək üçün öz vəzifələrini yenidən nəzərdən keçirməlidir”. Mövcud dövrün əhəmiyyətli təhlükə və imkanlar ehtiva etdiyini deyən Kurtulmuş birqütblü dünya nizamının dəyişdiyini, yeni çoxqütblü dünya sisteminin başladığını vurğulayıb.
ABŞ-la münasibətlərə toxunan spiker Türkiyənin problemlərini masa arxasında diplomatik şəkildə müzakirə etməyə çalışdığını bildirib. O əlavə edib: “Bu gün bir çox məsələlərdə ABŞ-la birgə işləmək imkanımız olsa da, bəzi məsələlərdə aramızda ciddi fikir ayrılığı var. Amma Türkiyə fikir ayrılıqlarını bir kənara qoyaraq necə birgə hərəkət edəcəyini və davranacağını həmsöhbətləri ilə bölüşür, problemləri həll etməyə çalışır”.
Türkiyə-ABŞ münasibətlərində son illərdə Vaşinqtonun Suriyanın şimalında terror qruplaşması YPG/PYD/PKK-ya verdiyi dəstək və Türkiyənin 2017-ci ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi alması ilə bağlı fikir ayrılıqları səbəbindən problemlər yaranıb. Kurtulmuş bununla bağlı deyib: “Təəssüf ki, strateji tərəfdaşlığımıza və bir çox sahədə sıx əməkdaşlığa baxmayaraq, ABŞ PYD-yə maddi-texniki, kəşfiyyat və siyasi dəstək verməyə davam edir. Demək istərdim ki, əlaqələrimizi zəhərləyən ən mühüm amil budur”.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

